Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Heç bir sayt haker hücumundan sığortalanmayıb”
AMEA İnformasiya Texnologiyalarının İnstitutunun direktoru: “Son haker hücumları Azərbaycan üçün böyük siqnaldır”

“Heç bir sayt haker hücumundan sığortalanmayıb. Hətta dünyanın aparıcı ölkələrinə mənsub olan çox mühüm saytlar da dağıdılır. Bu virtual məkanın, informasiya müharibəsinin gətirdiyi təzahürlərdir. Təəssüfləndirici hal odur ki, Azərbaycanda mühüm dövlət orqanlarının saytlarına hücum edilib. Bunlara qarşı tədbir görmək və mütəxəssis araşdırması aparmaq lazımdır”. Bu açıqlamanı APA-ya Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalarının İnstitutunun direktoru Rasim Əliquliyev verib.

O qeyd edib ki, haker hücumları müəyyən provayderlər vasitəsilə təşkil edilir: “İndidən kimisə günahlandırmaq istəmirəm. Bu məsələ tam araşdırılmalıdır. Bu təhlükənin hansı ip ünvanlardan, hansı ölkələrdən, hansı ölkələrdə fəaliyyət göstərən provayderlər tərəfindən həyata keçirilməsini aydınlaşdırmaq mütəxəssislər üçün çətin deyil. Bu təhlükənin mənbəyi ilə bağlı tədbirlər görmək artıq müvafiq dövlət qurumlarının işidir. Amma bu hadisə Azərbaycan üçün böyük bir siqnaldır. Elektron dövlət formalaşdıqca, veb saytlarımızın, elektron dövlətin ayrı-ayrı komponentlərinin təhlükəsizliyinin qorunmasına böyük əhəmiyyət verməliyik. Çünki təhlükəsizlik təmin olunmayanda belə hallar ortaya çıxır. Hazırda elektron hökumət vasitəsilə əhaliyə müxtəlif elektron xidmətlər göstərilir. Hansısa veb saytın sıradan çıxması sadəcə həvəskar məsələ deyil, bu, artıq dövlət hakimiyyət orqanının öz funksiyasını yerinə yetirə bilməməsinə gətirib çıxarır. Buna görə də bu məsələ diqqəti bir daha ölkədə milli informasiya təhlükəsizliyi sisteminin mexanizmlərinin qurulmasına yönəldir. Düzdür, ölkədə bununla bağlı işlər aparılır. Azərbaycan eyni zamanda kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub”.

R. Əliquliyev qeyd edib ki, informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir: “Bu hadisə artıq bizim qarşımızda mühüm vəzifə qoyur ki, biz informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif səviyyələrdə işlər aparmalıyıq, Anti-virus, anti-haker proqram məhsullarının tətbiq olunması, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul edilmiş informasiya təhlükəsizliyinə dair standartların Azərbaycan tərəfindən qəbul edilməsi, müvafiq qurumlar tərəfindən onun hüquqi statusa gətirilməsi o deməkdir ki, Azərbaycan dövlət qurumlarının veb-saytları yaradılarkən həmin standartların tələblərinə uyğun iş görmək lazımdır. Veb saytlar informasiya təhlükələrinə qarşı dözümlü olmalıdır. İnformasiya təhlükəsizliyi zaman keçdikcə audit olunmalıdır. Başqa sözlə, veb saytların informasiya təhlükəsizliyi idarə olunmalıdır”.
+  -  Çap 
Yerləşdirilib: 17.01.12 | Baxılıb: 63

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •