Baş nazir Rusiyada asayişin qorunması sahəsində polis fəaliyyətini yumşaltmaq istiqamətində səy göstərəcəyinə söz verib
Rusiya baş naziri Vladimir Putinin seçkiqabağı internet saytı fəaliyyətə başlayıb. www.putin2012.ru adlanan saytda prezidentin seçkiqabağı proqramı dərc edilib. Prezidentliyə namizəd Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, vebsayt RİA “Novosti” agentliyi tərəfindən işlənib hazırlanıb. Onun qiyməti 1 mln. 100 min rubl (37 min dollar) təşkil edir. Saytın maliyyələşməsi namizədin seçkiqabağı hesabı çərçivəsində həyata keçirilir.
Məlumata görə, Vladimir Putin «2012-2018-ci illər proqramı» adlanan seçkiqabağı proqramını da dərc edib. Altı bəndlik mətndə son illiyin yekunları göstərilir, Rusiya hakimiyyətinin qarşıdakı altı ildə məqsədləri göstərilir. Mətndə Rusiyanın əsas dəyərləri kimi mənəvi zənginlik və xalqın birliyi göstərilib. Putinin seçki proqramında regionlara kompleks yardımların göstəriləcəyi, əhlinin layiqli pensiya və əmək haqqı ilə təmin edilməsi, mənzil-kommunal sektorda, təhsil və səhiyyə sahəsində «qayda-qanunun» bərpası da nəzərdə tutulub. İqtisadiyyatın modernləşməsi və innovasiya texnologiyalarının modernləşməsinin zəruriliyi də proqramda vurğulanıb.
Baş nazir Rusiyada asayişin qorunması sahəsində polis fəaliyyətini yumşaltmaq istiqamətində səy göstərəcəyinə də söz verib. Onun fikrincə, xırda və əhəmiyyətsiz pozuntular üçün vətəndaşların həbsə alınması praktikasına yenidən baxılmalı, lazım gələrsə bu praktikadan imtina edilməlidir. Hazırkı baş nazir vəzifəsinədək 8 il ərzində prezident vəzifəsində çalışmış Vladimir Putin eləcədə mənzil probleminin həllinə, sahibkarlıqla məşğul olanların və məmurların rüşvətxorluğu kimi problemləri çözmək niyyətində olduğunu deyib.
Putin vebsaytında mənzil-kommunal xərclərini 3 il öncədən müəyyən etməyi təklif edib. Onun fikrincə, ödəniş səviyyəsi göstərilən xidmətin keyfiyyətindən asılı olmalıdır. Qeyd edək ki, baş nazir öz rəqiblərilə canlı televiziya debatlarında iştirak etməyəcək. Prezidentin mətbuat katibi bildirib ki, bu onu işlərindən yayındıra bilər. Kamran
|