Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yolkəsənlik, yoxsa dilənçilik?
Bakının mərkəzi küçələrinin birində yol polisinin üç əməkdaşının maşınları saxlayıb «bayram payı» yığmasına başqa nə ad vermək olar?

2012-ci ilin ilk günlərində ovqatları təlx edəcək gülünc və utanc gətirən hadisənin şahidi olduq. Yenə də gündəmə yol polisləri gəldi. İnternetdə yayılan görüntülərdə Bakıda - Təhsil Nazirliyinin düz qarşısında 2011-ci il dekabrın 31-də çəkilən kadrlarda yol polisləri qarşılarına çıxan maşınları saxlayıb "reyd" keçirirlər. Kadrlarda Dövlət Yol Polisinin 3 əməkdaşının sürücülərdən açıq-aşkar pul yığdıqları görünür. Reydin «sonu» isə sürücülərin onlara verdiyi rüşvətlə bitir. Sözün əsl mənasında biabırçılıqdır. Kadrlara baxarkən polis əməkdaşlarının pulları alıb ciblərinə necə qoyduqlarını müşahidə edirsən. Çox iyrəncdir. Çiyinlərindəki paqonlarda Azərbaycanın dövlət gerbini gəzdirən polis əməkdaşlarının bu hərəkəti dilənçilik deyilsə nədir? Polis bayram günü yoldan keçən sürücüləri soymaqla, «bayram şirinliyi» yığmaqla məşğuldur.


Özü də bu faktın ölkədə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinin başlandığının elan edildiyi bir dövrdə ortaya çıxması narahatlıq doğurur. Ölkə rəhbərliyi bu istiqamətdə siyasi iradə ortaya qoyur, korrupsiyaya qarşı mübarizənin aparılması üçün qanunverici baza və institutlar yaradılır, dövlət proqramları qəbul olunur. Belə bir situasiyada 3 polis əməkdaşının bu davranışı dərin təəssüf doğurur. Bu, həmin polis əməkdaşlarının hökumətin apardığı antikorrupsiya siyasətinə vurduğu zərbə kimi qiymətləndirilməlidir. Həmin polis nəfərləri birmənalı şəkildə sıralarında çalışdıqları daxili işlər orqanlarının nüfuzuna da zərbə vurublar. Özü də nəzərə almaq lazımdır ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra yol hərəkət qaydalarını pozan sürücülərdən tutulan cərimələrdən gələn vəsaitin 25 faizi protokolu yazan polis əməkdaşlarının maaşına yönəldilir. Yaxın keçmişdə Daxili İşlər Nazirliyinin rəhbərliyi korrupsiya hüquqpozmalarına qarşı mütəmadi olaraq tədbirlər həyata keçirdiyini açıqlayıb. Bu videogörüntülər ortaya çıxandan sonra da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində də bu cür hallara yol verən əməkdaşlara qarşı sərt tədbirlərin görüldüyünü açıqlayıblar. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib ki, ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyatı qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunub. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.

E.Zahidov korrupsiya hüquqpozmaları ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin nəticələrinin bir il əvvəl ilə müqayisə edərək bildirib ki, 2010-cu ildə korrupsiya hüquqpozmaları üzrə yol polisi əməkdaşları ilə bağlı cəmi 5 fakt aşkar edilib və nəticədə 6 nəfər daxili işlər orqanlarından xaric olunub.

İnternetdə yayımlanan görüntülərə gəlincə, E.Zahidov vurğulayıb ki, bu cür xəlvəti çəkilişlər DİN-in aidiyyatı qurumları tərəfindən mütəmadi olaraq həyata keçirilib. Belə ki, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.


E. Zahidov bildirib ki, internetdə sonuncu yayılan görüntü ilə əlaqədar isə DİN rəhbərliyinin göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsində və nazirliyin digər aidiyyatı xidmət sahələrində araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.

Amma görüntüləri izlədikcə, açıqlanan rəqəmlərin reallığı əks etdirmədiyi, hardasa gözdən pərdə asmağa xidmət etdiyi qənaətinə gəlirsən. Əgər doğurdan da qeyd edilən tədbirlər reallaşdırılsaydı, yol polisləri günün günorta çağı, şəhərin mərkəzində, nazirliyin qarşısında açıq-açığına necə rüşvət yığardımı? Görüntülərdəki polislərin işlərini itirməkdən qorxduqları belə hiss olunmur. Elə davranırlar ki, sanki elə belə də olmalıdır. Sanki gündəlik, adi işləri ilə məşğuldurlar.

İstənilən halda, neçə gündür internetdə minlərlə insan tərəfindən izlənən videogörüntülərlə bağlı vaxt itirmədən araşdırmalar başlamalıdır. Əslində araşdırmaların aparılması üçün ciddi problem də olmamalıdır. Rüşvətxorluqla məşğul olub dövləti gözdən salan yol polislərinin üzləri görüntülərdə açıq şəkildə görünür. Yəni onların şəxsiyyətinin müəyyən olunması çox asandır. Onların istifadə etdikləri xidməti maşının da dövlət nömrə nişanını müəyyənləşdirmək çətin deyil. Adını polis qoyan bu şəxslərin hansı dövlət nömrə nişanlı avtomobillərin sahiblərini saxlayıb rüşvət aldıqları da aydındır. Ona görə də vaxtı uzatmadan ortada olan konkret faktla bağlı çox qısa zamanda təsirli addımlar atılmalı və bu barədə ictimaiyyətə məlumat verilməlidir. Yalnız bu addım atılarsa, kadrlarda yaxalanan yol polislərinin yaşadıqları başqaları üçün də dərs ola bilər.

Digər tərəfdən, internetdə yayılan bu görüntülər və müvafiq strukturların baş vermiş olaya reaksiyası bir reallığı da ortaya qoyur. Bu reallıq da odur ki, Azərbaycanın yol polisi sistemində ciddi islahatlara ehtiyac var. Bu sahədə işə yeni yanaşma tətbiq edə biləcək dəyişikliklər olmalıdır.  Əgər yol polislərinin əmək haqlarının mütəmadi olaraq artırılması, iş şəraitlərinin yaxşılaşdırılması, sürücülərdən tutulan cərimələrin 25 faizinin yol polisi əməkdaşlarının əmək haqqına əlavə edilməsi, nazirliyin rəsmi açıqlamasında yer alan profilaktik tədbirlər effekt vermirsə, deməli, bu sahədə daha ciddi dəyişikliklər aparılmalıdır. Heç kimə sirr deyil ki, bu gün yol polisləri təkcə videogörüntülərdəki halda deyil, başqa hallarda da sürücülərdən pul yığmağı özlərinin adi işi hesab edirlər. Yenə də əvvəllər olduğu kimi kol dibində, hər hansı maneə arxasında gizlənib sürücüləri necə yaxalamaq planları qururlar. Kimi inandırmaq olar ki, videogörüntülərdə yaxalanan yol polisləri rüşvəti sırf özfəaliyyət olaraq toplayırlar, rəislərinin bundan xəbəri yoxdur? Bizcə, Daxili İşlər Nazirliyi videogörüntülərlə bağlı araşdırma apararkən məsələnin bu tərəfinə də diqqət ayırmalıdır. Araşdırmanın nəticəsi təkcə görüntülərdəki 3 sıravi yol polisinin cəzalandırılması, daxili işlər orqanlarından uzaqlaşdırılması olmamalıdır.


F.Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 12.01.12 | Baxılıb: 91

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •