Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Demokratiya yolunda: Qazaxıstanı ikipartiyalı parlament gözləyir
Artıq növbədənkənar seçkilərin tarixi bəllidir – 15 yanvar 2012-ci il

Qazaxıstanda parlamentin buraxılması barədə söhbətlər hələ yazda, növbədənkənar prezident seçkilərindən dərhal sonra başlayıb. Məclisin - parlamentin aşağı palatasının fəaliyyətdə olan 107 üzvündən 53-nün müraciəti noyabrın 10-da səslənib. Deputatlar öz qərarlarını irəliləməkdə olan maliyyə-iqtisadi böhran ilə izah ediblər. Onların qənaətincə, böhranın miqyası ağlasığmaz ola və Qazaxıstan iqtisadiyyatına təsir edə bilər. Burada parlamentin aşağı palatasında bütün yerlərə malik hakimiyyət partiyasının tənqidi, hakimiyyət üzərində monopoliyaya malik olması barədə çoxsaylı tənqidlər də öz işini görmüş oldu. İstənilən halda növbədənkənar seçkilərin tarixi bəllidir – 15 yanvar 2012-ci il.

Son illər aktiv sürətdə inkişaf edən müasir dövlətin imicinin formalaşması Qazaxıstanın diplomatik brendlərindən birinə çevrilib. Lakin sosial-iqtisadi sahədə uğurlara ölkədə azad seçkilərin keçirilməsi məsələsi bir növ kölgə salmış olur.


Elə Qazaxıstanın özündə də siyasi rokirovkaların (yerdəyişmələrin) zəruriliyini başa düşürlər. «Parlamentin yeniləşməsi ölkədə həyata keçirilən miqyaslı modernləşmə üçün zəruridir. Bundan əlavə, əgər növbəti böhran baş verərsə, bu, ölkə rəhbərliyinin, hökumətin və regionların işini çətinləşdirə bilər» - deyən ölkə prezidenti Nursultan Nazarbayev əlavə edib ki, «cəmiyyət çoxpartiyalı parlamentə ehtiyac duyur». Prezidentin sözlərinə görə, Qazaxıstan siyasətinin inkişafının demokratik vektoru ardıcıl olaraq reallaşmalıdır. Hakimiyyətin təbirincə, belə bir addım Qazaxıstanın Qərbdə imicini yaxşılaşdırmağa imkan verə bilər.


 Konstitusiyaya edilən son dəyişikliklərə görə, ölkə parlamentinin aşağı palatasına ən azı iki siyasi partiya təmsil olunmalıdır. Bunun üçün ölkədə siyasi sistemin islahatı həyata keçirilib. İlk növbədə deputatların partiya siyahısı üzrə seçilməsi təsdiq olunub. Məclisin buraxılmasına qədər bütün seçkili yerləri Nursultan Nazarbayevin sədrlik etdiyi «Nur Otan» partiyasının deputatları tuturdu. Digər partiyalar isə 2007-ci ilin parlament seçkilərində 7 faizlik baryeri keçə bilmədiklərindən parlamentdə təmsil oluna bilməmişdilər.


Bu yaxınlarda qəbul edilən dəyişiklik isə parlmentdə minimum iki partiyanın təmsil oluna bilməsini ehtiva edir. Hətta onlardan ikincisi 7 faizlik baryeri keçə bilməsə belə. Qazaxıstan hakimiyyət orqanlarının qənaətincə, mövcud qanunvericiliyə edilən düzəlişlər ölkədə seçkilərin qeyri-demokratik keçməsi barədə beynəlxalq ekspertlərin fikirlərini alt-üst edə bilər.


Hakim «Nur Otan» partiyasının yeni məclisdə yerlərin böyük əksəriyyətini tutacağı heç kimdə şübhə doğurmur. Partiyanın XIV qurultayında çıxış edən Nursultan Nazarbayev deyib: «Mən ümidvaram ki, bu seçkilərdə iştirak edən bütün siyasi partiyalar xalq, dövlət qarşısında yüksək məsuliyyət hissini üstün tutacaqlar. Onlar dünya tarixi və böhranlar kimi mürəkkəb bir dövr qarşısında cəmiyyətimiz də sabitlik, əmin-amanlıq, həmrəylik nümayiş etdirəcəklər, siyasi mübarizədə konkret və korrekt olacaqlar. Prezident kimi yeni parlamentdə və ölkədə təmsil olunacaq bütün siyasi qüvvələrlə işləyəcəyəm». O, həmçinin xüsusi olaraq bildirib ki, respublikada lider partiya kimi «Nur Otan» ölkənin gələcəyi ilə bağlı məsuliyyəti, cəmiyyətin sabitliyi və qarşıdan gələn onillikdəki siyasi kursa sadiqliyini göstərəcək. «Seçkiqabağı mübarizədə bizim əsas mübarizəmiz partiya məqsədlərinin hər bir seçiciyə, hər bir qazaxıstanlıya dərin mənasını başa salmaq olacaq. Mən qazaxıstanlıların bizim «Nur Otan» partiyasına ümumxalq dəstəyini göstərəcəyinə əminəm» - deyə prezident çıxışını bitirib.


«Qazaxıstan rəhbərliyi ikipartiyalı sistemi qurmağı arzulayır – məhz bu məsələ ilə bağlı mütçmadi söhbət gedir. Lakin bu halda loyal müxalifət olacaq partiyanın axtarılması zərurəti ortaya çıxır» - deyə «Qazaxıstanın partiya sisteminin formalaşması» kitabının müəllifi Riko Ayzeks bildirib.


Hakim «Nur Otan» partiyasının cəmiyyətdə dominant rol oynamasının əsas faktorlarından biri müxalifətin dağınıq, parçalanmış halda olmasıdır. Bir çox analitiklərin qənaətincə yeni məclisdə təmsil olunacaq ikinci partiya «Ak jol» partiyası olacaq. Bu partiya xırda və orta biznesin maraqlarını ifadə edir. Seçkiqabağı yarışmada «Azad», «Tabiqat» partiyaları da iştirak edəcəklər. 2012-ci ilin aprel ayına qədər fəaliyyəti dayandırılan Kommunist Partiyası isə növbədənkənar seçkilərdə iştirak edə bilməyəcək. ATƏT-in milli azlıqlar üzrə ali komissarı Knut Vollebekin sözlərinə görə, seçkilər hansısa bir qarşıdan gələn mümkün böhranların səbəbi deyil. Seçki mühiti və onun Qazaxıstan respublikasında keçirilməsi - sağlam mühitin əlamətidir». Qazaxıstanın siyasi sistemində gedən dəyişikliklərə ATƏT tərəfindən verilən belə yüksək qiymət ölkədə aparılan islahatlara beynəlxalq ekspertlərə etibarının göstəricisidir. Knut Vollebek ümidvar olduğunu bildirib ki, «seçkidən sonra qanunverici hakimiyyətə kim gələcəksə, onlarla, eləcə də Qazaxıstan hökuməti ilə bizim istiqamət üzrə uğurla işləyə biləcəyik».


Aydındır ki, növbədənkənar seçkilərin nəticəsinin necə olacağından asılı olmayaraq Qazaxıstan Qərbdən tərif əldə edəcək. Özünün xüsusi «Qazaxıstan» inkişaf yolunun seçən ölkə asta da olsa inamla demokratiyaya doğru irəliləyəcək. Birpartiyalı parlamentin xalqın etibarını tam itirdiyini də demək olmaz. Lakin ölkənin siyasi sistemində həyata keçirilən dəyişikliklər cəmiyyətdə bu gün siyasi nümayəndəlikdən məhrum olan narazı  seqmentlərin səviyyəsini aşağı sala bilər.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 12.01.12 | Baxılıb: 68

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •