Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ucqar rayonlarda pensiyalar səyyar bankomatlardan çıxarılacaq
Səlim Müslümov: “Səyyar bankomatların nə vaxt gələcəyi pensiyaçılara əvvəlcədən xəbər veriləcək”

Rauf Ağayev: “Bu sistem tətbiq olunduqdan sonra ucqar kəndlərdə olan bankomat çatışmazlığı nisbətən həll ediləcək”


2012-ci ildə respublikada həllini gözləyən problemlər sırasında bankomat çatışmazlığı məsələsi də yer alıb. Belə ki, bu il pensiyaların paylanmasında gözlənilən yeniliklərdən biri də pensiyaların səyyar bankomatlar vasitəsilə verilməsi olacaqdır.


2011-ci ilin dekabr ayında keçirilən 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı parlament müzakirələri zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, deputatlar tərəfindən pensiyaların çatdırılmasındakı problemlər fondda müzakirəyə çıxarılıb. Bu işlə məşğul olan Azərbaycan Beynəlxalq Bankının və Kapital Bankın rəhbərləri fonda dəvət olunub və onlarla bu barədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, Beynəlxalq Bank tərəfindən 50, Kapital Bank tərəfindən isə 23 yeni bankomat fondun tövsiyə etdiyi yerlərdə quraşdırılsın. Bundan əlavə, Beynəlxalq Bank tərəfindən 50 bankomatın və 3 səyyar bankomatın alınması ilə bağlı sifariş verilib. Həmin bankomatlar da ilin ikinci yarısında respublikasının müxtəlif regionlarında quraşdırılacaq və bununla da pensiyaçıların öz pensiyalarını almasında yaşadıqları problemlər aradan qaldırılacaq.

“AzərTac”ın məlumatına görə, DSMF-in sədri onu da diqqətə çatdırıb ki, DSMF bankomatların az olduğu ucqar və dağlıq rayonlarda sakinlərin pensiyalarını almasını asanlaşdırmaq məqsədi ilə banklarla müzakirələr aparılıb. Qeyd olunub ki, artıq dünyada səyyar bankomatlar tətbiqinə başlanılıb. Təcrübəyə görə, həmin bankomatlar maşınların üzərində quraşdırılır. S.Müslümov vurğulayıb ki, belə bankomatlar dağlıq ərazilərdə istifadə olunacaqdır. Həmin ərazilərdə yaşayan pensiyaçılara səyyar bankomatların nə vaxt gələcəyi əvvəlcədən xəbər veriləcək ki, onlar istifadə edə bilsinlər. İlkin olaraq 3 bankomat sifariş olunub, daha sonra onların sayı artırılacaqdır.

Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xitmətinin rəhbəri Elman Babayevdən aldığımız məlumata görə, təkcə 2011-ci ildə Fondun sifarişi ilə əlavə olaraq 15 bankomat quraşdırılıb və pensiyaçılara xidmət göstərən bankomatların sayı  512-yə çatdırılıb: “Ötən illərdə olduğu kimi 2012-ci ildə də ehtiyac olan ərazilərdə yeni bankomatların quraşdırılması prosesi davam etdiriləcək. DSMF mütəmadi olaraq monitorinqlər həyata keçirir və hansı ərazidə bankomat quraşdırılması zəruridirsə, bu barədə müvəkkil banklara mütəmadi məlumatlar verilir. Məlumat üçün bildirim ki, hazırda kəndlərdə pensiyaçıların 98,9 faizi, şəhərlərdə isə 100 faizi pensiyalarını plastik kartlarla alır”.

Elan edildiyi kimi, bu il müvəkkil banklar tərəfindən əlavə bankomatların gətiriləcəyini deyən Fond rəsmisi bildirdi ki, Fondun tövsiyə etdiyi ərazilərdə həmin bankomatların quraşdırılması təmin ediləcək: “Bundan başqa, Azərbaycana Beynəlxalq Bank tərəfindən dünyada tətbiqinə başlanılan səyyar bankomatların gətirilməsi nəzərdə tutulur. İlkin olaraq 3 bankomat sifariş olunub və belə bankomatlar dağlıq ərazilərdə istifadə olunacaq. Yəqin ki, bu il həmin bankomatların istifadəyə verilməsi mümkün olacaq”.

Elman Babayev bankomatların qarşısında növbənin yaranmasına da açıqlama verdi: “Nəzərinizə çatdırım ki, bir sıra ərazilərdə bankomatların qarşısında növbələrin müşahidə olunması heç də bankomat çatışmazlığı ilə əlaqəli deyil. Bunun bir neçə səbəbi var. Bunlardan ən əsası ölkədə nağdsız ödəniş sisteminin əsas elementi olan pos-terminallarla ödəmənin tam inkişaf etməməsidir. Eyni zamanda, əhali tərəfindən hələ də plastik kartlara nağdsız ödəniş vasitəsi kimi deyil, vəsaitin bankomatla nağdlaşdırılması aləti kimi yanaşılmasına daha çox üstünlük verilir. Digər bir səbəb son illər plastik kart sahiblərinin sayının artmasıdır. Belə ki, ölkəmizdə 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsinə başlanılıb və bu sfera inkişaf etdirildikcə pensiyaçılara xidmət üçün müvafiq sayda bankomatın quraşdırılması təmin olunub. 2006-cı ildən etibarən isə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə əməkhaqlarının ödəniş kartları vasitəsilə ödənilməsinə keçilib. Bu sistem sosial yardım və müavinətlərin ödənilməsində, eləcə də müxtəlif özəl qurumlarda da tətbiq edilir. Nəticədə hazırda ölkədə plastik kart sahiblərinin sayı 4,5 milyon nəfərə çatıb. Bunun yalnız 1 milyon 115 min nəfəri pensiyaçıdır.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə bildirdi ki,  təkcə 2011-ci il ərzində Beynəlxalq Bankda kartlar vasitəsilə 2.8 milyard manat həcmində əməliyyatlar aparılıb: “Hazırda Beynəlxalq Bankın 630 bankomatı var. Bunun 40 faizi Bakıdadır, 60 faizi isə Azərbaycanın 50-dən çox rayonunda yerləşdirilib. Bundan başqa, 3757 pos-terminal–elektron nağdlaşdırma var. Pos-terminalların da həmçinin yarısı paytaxtdadır, yarısı da regionlarda”.

Səyyari bankomatlara gəlincə isə R.Ağayev qeyd etdi ki, prinsip etibarı ilə səyyari bankomatların təşkili texniki baxımdan mümkün ola bilər: “Amma, bu əlimizin altında deyil ki, qərar çıxan kimi həmin bankomatları istifadəyə verək. Bunlar xüsusi bankomatlardır və əldə olunduqdan sonra yəqin ki, istifadəyə veriləcək. Bu sistem tətbiq olunduqdan sonra ucqar kəndlərdə olan bankomat çatışmazlığını əlbəttə ki, nisbətən həll ediləcək”.


Elgün Mənsimov
+  -  Çap 
Yerləşdirilib: 11.01.12 | Baxılıb: 88

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •