Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
ARDNŞ-in balansından çıxan xəstəxanaların sonrakı taleyi necə olacaq?
Nizaməddin Quliyev: “İşçiyə sığorta polisi veriləcək, işçi həmin sığorta polisində göstərilən tibb müəssisəsində müayinədən və yaxud müalicədən keçə biləcək»

Qubad İbadoğlu: “Səhiyyə üzrə dövlət siyasəti mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir”


Keçən həftə Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə bağlı sərəncam verib. Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, həmçinin Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı yekun qərarın verildiyini dedi.

Məsələnin təfərrüatları barədə Dövlət Neft Şirkətinin rəsmiləri tərəfindən məlumat öyrənməyə çalışdıq. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirdi ki, məsələ ilə bağlı rəsmi açıqlama olacaq: “Mən bizim hüquqşünaslardan xahiş etmişəm ki, bu məsələ ilə bağlı tam bir arayış versinlər. Arayış hazır olan kimi şirkətin internet saytında yerləşdiriləcək”.
 


Neft şirkətində çalışan işçilərin səhiyyə güzəştlərinə gəlincə isə şirkət rəsmisi qeyd etdi ki, ARDNŞ 2012-ci ilin yanvarından başlayaraq bütün işçilərini icbari tibbi sığorta növü üzrə sığortalayacaq: “Hazırda bununla bağlı iş aparılır. Neft-qaz işçilərinin icbari tibbi sığortası ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə həyata keçiriləcək. Elə buna görə də şirkətin balansında olan səhiyyə müəssisələrinin, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanasının, Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Bundan sonra Neft Şirkətinin bütün əməkdaşları müayinə kartı ilə istənilən xəstəxanada müayinədən keçə biləcək. Bu proseduralar isə bütün dünyada, şirkətlərdə necədirsə, bizdə də elə həyata keçiriləcək. İşçiyə sığorta polisi veriləcək, işçi həmin sığorta polisində göstərilən tibb müəssisəsində müayinədən və yaxud müalicədən keçə biləcək”.

 Bu qərarın mahiyyətinə gəlincə, Nizaməddin Quliyev deyir ki, tibbi sığorta olunan zaman bütün müəssisələrdə eyni şərait yaradılmalıdır: “Əgər hər hansı qurumun ayrıca diaqnostika mərkəzləri və xəstəxanası varsa, bu zaman rəqabət prinsipi pozulur, digər tibb müəssisələri və qurumun tərkibində olanların arasında fərq yaranır. Mərkəzi Neftçilər Xəstəxanasının Səhiyyə Nazirliyinin tərkibinə verilməsində məqsəd də yalnız bu fərqi aradan qaldırmaqdır”.

   Məsələyə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlunun da münasibəti müsbətdir: “Bizdən alınan səhiyyə müəssisələrinin bundan sonrakı vəziyyətinin necə olacağını bilmirəm, buna Səhiyyə Nazirliyi cavabdeh olacaq. Amma ümumilikdə bu məsələdə bizim fikrimiz çox müsbətdir. Yəni, hökumət nə qərar çıxarıbsa, onu qəbul etməliyik. Güzəşt məsələsini isə Səhiyyə Nazirliyindən soruşmaq lazımdır ki, bunları saxlayacaqlar, yoxsa yox. Amma Neft Şirkəti tərəfindən işçilərə tibbi sığorta tətbiq olunacaq. Bunun əsasında işçi istədiyi yerdə müayinə oluna biləcək”.
 


Səhiyyə Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldığından Neft Şirkəti işçilərinə edilən güzəştlərin saxlanılıb, saxlanılmayacağını isə öyrənə bilmədik. 

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu qəzetimizə verdiyi məlumatda vurğuladı ki, səhiyyə üzrə dövlət siyasəti mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir: “Bu baxımdan, Azərbaycanın ayrı-ayrı şirkətlərinin müxtəlif dövrlərdə səhiyyə sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi, bir mərkəzdə idarə olunması məqsədəuyğundur. Ona görə də mən ARDNŞ-də baş verən bu dəyişikliyi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Neft Şirkəti daha çox özünün rəqabət qabiliyyətinin artırılması ilə məşğul olmalıdır. Bu prosesin gələcəkdə müsbət nəticələr verəcəyi barədə isə danışmaq hələ tezdir. Çünki proses yenicə başlayıb. Amma hesab edirəm ki, bu sahədə Səhiyyə Nazirliyi daha çox təcrübəyə malik olan bir təşkilatdır. Uzun müddətdir ki, bu istiqamətdə dövlət siyasətini həyata keçirir. Təbii ki, keçid dövrü üçün müəyyən çətinliklər baş verə bilər. Amma nəzərə almaq lazımdır ki, həmin xəstəxanalarda Azərbaycan neftçiləri yenə də tibbi sığorta əsasında öz sağlamlıqlarını müayinə və müalicə etdirə biləcəklər”. İqtisadçı ekspert onu da bildirdi ki, Səhiyyə Nazirliyində baş verən yeni keyfiyyət dəyişiklikləri əgər bütün respublikada qeydə alınarsa, burada da inkişafı görə bilərik. Yox, əgər ölkədəki mövcud problemlər qalacaqsa, təbii ki, həmin problemlər də köhnə üsullarla həll ediləcək.

Mətbuatda bu məsələyə fikir bildirən Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev də hesab edir ki, hərbi profilli səhiyyə obyektləri istisna olmaqla, dövlət qurumlarının tabeçiliyindəki bütün səhiyyə obyektlərində idarəçilik vahid sistemə keçməlidir: “Ölkədə səhiyyə müəssisələrinə vahid mərkəzdən nəzarət edən qurum Səhiyyə Nazirliyidir. Hazırda respublikamızda ARDNŞ-nin və digər dövlət qurumlarının xəstəxanaları var ki, bu səhiyyə obyektlərini birbaşa həmin qurumlar idarə edir. Bu, düzgün deyil. Ona görə də ARDNŞ və digər dövlət qurumlarının balansında olan tibb müəssisələri Səhiyyə Nazirliyinin balansına verilməlidir”.

Millət vəkili Hadı Rəcəbli də hər qurumun ayrıca xəstəxanası olması ilə razı deyil. Onun fikrincə, hər qurumun özünün xəstəxanası olsa, bu səhiyyə sisteminin pərakəndəliyinə gətirib çıxarar: “Hamı səhiyyə ilə məşğul ola bilməz, bu xidmət növü vahid bir sistem olaraq möhkəm olmalıdır. Nazirliyin təsiri bütün xəstəxanalarda hiss edilməlidir”.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilən bu sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.


Elgün Mənsimov
+  -  Çap 
Yerləşdirilib: 10.01.12 | Baxılıb: 92

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •