Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Neolit”də silahlı insident törədən deputatlığa keçmiş namizəd olub
Şahin Hüseynli onu intizama dəvət edən restoran işçilərinə əsəbiləşib silaha əl atıb

Yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində “Neolit” restoranında silahlı insident törətmiş şəxsin deputatlığa keçmiş namizəd olması müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Hüseynli Şahin Rabil oğlu 2005-ci ildə 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. 37.6 faiz səslə Mustafayev Fazil Qəzənfər oğlunun millət vəkili seçildiyi həmin dairədə Ş.Hüseynli 0,78 faiz səs toplayıb.


Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi dünən məlum hadisə ilə əlaqədar məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi "Neolit" restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulması ilə vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb. Belə ki, həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus "Jaguar" markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman restoranda istirahət edən çoxsaylı insan vahiməyə düşərək, restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gəlmiş Nizami rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən Şahin Hüseynli zərərsizləşdirilib. Fakta görə Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
+  -  Çap 
Yerləşdirilib: 07.01.12 | Baxılıb: 91

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •