Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Şərikli liderlik davam etdi
"Altılıq"dakılardan 5-i xal itirdi

Premyer Liqanın son turunun ilk iki günü məhsuldarlıqla yadda qaldı. Üç oyunda qapılara 16 top vuruldu ki, bu da orta hesabla 5 qoldan çox deməkdir.
"Karvan"ın bir gün əvvəl böyük hesabla uduzması "Standard"ın işinə yaradı. Belə ki, Böyükağa Hacıyev sabiq komandasıyla oyuna sonuncu pillənin sahibi kimi çıxmadı. Ancaq "Bakı"ya iki top fərqi ilə uduzmaqla sumqayıtlıları yenidən "zirzəmi"yə yuvarladacaqdı. Görünür, bu üzdən Sumqayıtdakı görüşdə əsl qol şousu yaşandı. Bu oyunda qapılara 7 top vuruldu ki, rəqibindən bir dəfə az fərqlənən "bankirlər" məğlubiyyətə üzülsə də, mövqeyini qorumuş oldu. "Altılıq"da qərarlaşan komandalardan 5-nin xal itirməsi "Bakı"nın işinə yaradı. İndi Bülənt Korkmazın komandası liderdən 7, bir addım öndəki rəqibindən isə cəmi 2 xal geri qalır. Ancaq "zolaqlılar" final mərhələsinə vəsiqə qazansa belə, işi çətin olacaq. Çünki çempion hazırda "6-lıq"da qərarlaşan komandalardan cəmi 4 xal alıb. Düzdür, "Heftçi"də də vəziyyət eynidir. Ancaq paytaxtın eyniadlı təmsilçisi "6-lıq"dan "Qəbələ"ni sıxışdırsa, işi daha da çətinləşəcək. Belə ki, "Bakı" 4 xaldan 3-nü əyalət təmsilçisi ilə görüşdə qazanıb. "Muğan"ın yeni baş məşqçisi Almir Hurtiç debüt oyunundan bir xalla ayrıldı. Bosniyalı mütəxəssisin "Simurq"la çətin oyunda əldə etdiyi xal komandanın növbəti turlarda özünə gəlməsinə və çempionatın əvvəlindəki vəziyyətinə qayıtmasına kömək edə bilər.
Həhayət, turun mərkəzi qarşılaşmalarından sayılan "İnter" - "Xəzər Lənkəran" derbisi heç-heçə nəticələndi. Komandaların braziliyalı mərkəz yarımmüdafiəçiləri - Mario Souzayla Leonardo Roşadan başqa, fərqlənən oyunçu olmadı. Turan (Tovuz) - Heftçi (Bakı) 2:3 (2:0)
O.Xromtsov, 23. C.Tağıyev, 26 - A.Hyaqa, 56; 86. D.Kruqlov, 82.
Vaqif Sadıqov: "Həticə bizi qane etdi, uşaqların sərgilədiyi oyun isə yox. "Turan"ı göstərdiyi oyuna görə təbrik edirəm. Tovuzlular futbol ənənələrinə sadiqdih. Bu gün meydanda gənc və istedadlı futbolçuları gördüm. İlk yarıda iki kobud səhvdən qol buraxıb hesabda geri düşdük. Fasilədə futbolçularla ciddi söhbət oldu. Onlardan hücumda problemləri həll etmək və müdafiədə etibarlı oynamaq tələb olundu. Bununla da məqsəd bizə lazım olan nəticəni əldə etmək idi. Mən səmimiyəm. Rəqibə hansısa tapşırığın verilməsindən xəbərim yoxdu. Bu gün səviyyə baxımından da "Turan"dan bir o qədər üstün deyildik. Hansısa danışıqların getməsindən məşqçilər tam xəbərsizdir. "Heftçi" bu gün ən zəif oyunlarından birini keçirdi. Belə oyunla çətin ki, ciddi rəqiblər önündə lazımi nəticəni əldə edə bilək".
Sakit Alıyev: "İkinci hissə haqda danışmaq istəmirəm. Komanda çox zəif çıxış etdi. Razıyam ki, günahkar özümüzük. Azarkeşləri küsdürürük. "Turan"ın ikinci hissədəki oyunu haqda bir söz deyə bilmərəm. Sadəcə, sözüm yoxdur. Mən burda baş məşqçinin köməkçisi kimi iştirak edərəm. Məsuliyyət birbaşa klub prezidentiylə baş məşqçinin olar da yəqin. Bu oyunun hesabını yiyəsi verəcək. Mən hər şeyə görə cavab verə bilmərəm".
İnter (Bakı) - Xəzər-Lənkəran 1:1 (0:1)
L.Roşa, 50 - M.Souza, 5.
Kaxaber Tsxadadze: "Komandamın oyunundan razı qaldığımı söyləyə bilərəm. Düzdür, matçın əvvəlində ilk qolu buraxdıqdan sonra oyuna nəzarəti bir qədər itirdik. Amma sonradan özümüzə gəldik və gözəl qol vurduq. Daha bir neçə dəfə fərqlənə bilərdik. Belə çıxış etməkdə davam etsək, çox daha güclü komandaya çevriləcəyik. "Xəzər Lənkəran" kimi komandaya qarşı bu cür gözəl futbol sərgiləmək sevindiricidir. Hesab edirəm ki, bu gün biz iki xal itirdik. Artıq növbəti oyunu düşünməliyik. Bir neçə gün sonra çətin görüşə çıxacağıq".
Ağasəlim Mircavadov: "Çətin oyun oldu. Süni örtüklü meydanda çıxış etməyimiz mənfi nəticəsini göstərdi. Lalinin ehtiyatda qalmasına gəlincə, bunun səbəblərindən biri qazonun sintetik olması idi. "İnter"in müdafiəçiləri ucaboy olduğundan daha çox yerlə oyuna, qısa ötürmələrə üstünlük verməliydik. "Şəfa"nın qazonu yaxşı vəziyyətdə deyil. İlk vaxtlar süni örtük yaxşı vəziyyətdə idi, amma illər keçdikcə örtüyün vəziyyəti daha da pisləşir".
Standard (Sumqayıt) - Bakı 3:4 (2:2)
H.Maçado, 36-p.; 41. R.Rikelme, 90+3 - B.Soltanov, 9; 68. Yaba, 21. A.Şoliç, 85.
Bülənt Korkmaz: "İlk yarıda komandam yaxşı təsir bağışladı. Amma bəzi komponentərdə səhvlərimiz var. Futbolçulara da demişdim, duran toplardan rəqib çox yaxşı istifadə edir, diqqətli olmalıyıq. Həticədə standard vəziyyətlərdən 3 qol buraxdıq. Göstərdiyimiz oyunun əvəzi daha artıq olmalı idi. Komandamız qol vəziyyətləri yaratdı, yaxşı mübarizə apardı. Hakimliyə gəlincə, heç basketbolda da bu qədər fit çalmırlar. Azərbaycan futbolunun səviyyəsini yüksəltmək istəyirsizsə, hər şeydə bir az daha diqqətli olmaq lazımdır. Rəqibi təbrik edirəm, növbəti matçlarda uğurlar diləyirəm".
Qəbələ - Qarabağ (Ağdam) 1:1 (0:0)
T.Stolpa, 52-p. - R.Sadiqov, 78.
Qurban Qurbanov: "Çox sevindirici haldır ki, ölkə çempionatında belə gözəl oyunların şahidi oluruq. Hər iki komanda sona qədər əzmkarlıq göstərdi, mübarizə apardı. Bura qələbə üçün gəlsək də, bir xalla kifayətlənməli olduq". Muğan (Salyan) - Simurq (Zaqatala) 0:0
Roman Pokora: "Oyun prinsipial xarakter daşıyırdı. Çünki ilk görüşdə qələbə qazanmağı planlaşdırırdıq, lakin bir xal əldə etmişdik. Bu gün də oyunda gərginlik var idi. Biz süni meydançada oynamağa öyrəşmişik. Amma burdakı ot örtüyü pis olmasa da, hər halda, müəyyən qədər qulluq göstərilməlidir. Oyun planında müəyyən üstünlüyümüz vardı. Amma müəyyən səbəblərdən hər iki komanda üçün oynamaq çətin idi. "Muğan"da qapıçının gözəl oyununu qeyd edərdim. Burda "Simurq"un keçmiş futbolçuları da var idi ki, bu da oyunu bir qədər də prinsipial edirdi".
Almir Hurtiç: "Simurq" yaxşı komandadır və onlarla bərabər oyun nümayiş etdirdik. Hər iki komandanın qol vəziyyətləri oldu. Bu səbəbdən həm biz, həm də onlar qələbə qazana bilərdi. Hər halda, bu rəqibdən 1 xal almaq bizim üçün yaxşı nəticədir. Məğlubiyyətlərdən sonra komandada psixoloyi durum yaxşı deyildi. toparlandıqlarına görə futbolçulardan razıyam. Bizi qarşıda gərgin oyunlar gözləyir. Yetirmələrim həmin qarşılaşmalarda da belə çıxış etsə, əla olar".
1. İnter 13 8 3 2 25-13 27
2. Qarabağ 13 8 3 2 13-7 27
3. Simurq 13 7 4 2 16-10 25
4. Xəzər Lənkəran 13 6 5 2 17-7 23
5. Heftçi 13 7 2 4 13-9 23
6. Qəbələ 13 6 4 3 17-15 22
7. Bakı 13 6 2 5 12-13 20
8. Olimpik-Şüvəlan 13 4 4 5 15-15 16
9. Muğan 13 3 3 7 7-17 12
10. Turan 13 3 2 8 17-21 11
11. Standard 13 1 2 10 12-24 5
12. Karvan 13 1 2 10 10-23 5
Bombardir: Anatoli Doroş (Olimpik-Şüvəlan) - 7.
+  -  Çap 
Yerləşdirilib: 08.12.09 | Baxılıb: 310

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •