Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Ziyalı əgər siyasətə baş vurursa, demək o, artıq tükənib”
Əli Əhmədov: Təklif edirəm ki, “Ziyalılar Forumu” “Narazı Ziyalılar Klubu” adlandırılsın


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov partiyanın saytına müsahibə verib. APA həmin müsahibəni təqdim edir.


- “Ziyalılar Forumu” deyilən qurumun bu gün baş tutmayan toplantısından sonra müxtəlif fikirlər səsləndirdilər. Buna münasibətiniz necədir?

- Açığını deyim ki, az sayda insanların məqsədi, məqamı və niyyəti tam aydın olmayan toplantılarına o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm. Düşünmürəm ki, dediyiniz “Ziyalı Forumu” və ya onun toplantıları cəmiyyətin diqqətini cəlb edir. Bu forum haqqında az-çox məlumatı olanlar yaxşı bilirlər ki, oraya toplaşanları birləşdirən əsas motiv həll olunmamış şəxsi maraqlarıdır. Ziyalılar forumunun yaradılmasında məqsəd də məhz həmin şəxsi maraqlara ictimai don geyindirməkdir. Buna görə də təklif edirəm ki, “Ziyalılar Forumu” “Narazı Ziyalılar Klubu” adlandırılsın. Ancaq onu da deyim ki, ziyalılar forumuna daxil olanların narazılıqları da əslində ictimai motivli deyil. Söhbət ayrı-ayrı adamların şəxsi istəklərinin həll olunmamasıdır ki, bu da tamamilə fərqli xarakterli narazılıqdır. Deməli, kimsə hansısa problemini həll etmək istəyir, bunun üçün bir dəstə adamı başına yığıb ictimai fon yaratmağa çalışır. Kim başqalarının problemlərinin həll olunması üçün ictimai fon yaratmaq rolunu oynamaq istəyirsə, bu, onun öz işidir. Amma əvvəl-axır aldanıldığını başa düşəcək.

Digər bir tərəfdən, gəlin görək həmin qurumun “Ziyalılar Forumu” adlanmağa nə qədər haqqı çatır? Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində tanınmış, böyük ictimai nüfuz sahibi olan yüzlərlə tanınmış ziyalının heç bir faizi orada təmsil olunmayıb. Lap elə ziyalı zümrəsi baxımından o qurumun ictimai etimadı nəinki cüzidir, heç “cüzi” ölçüsünə də uyğun gəlmir.

- Doğrudanmı bu gün ziyalıların qarşısında duran əsas məsələ hakimiyyəti tənqid etməkdir?


- Cəmiyyət çox müxtəlif zümrələrdən, peşə sahiblərindən ibarətdir. Ziyalılar da bir zümrədir və çox şərəfli missiya yerinə yetirirlər. Azərbaycanın elminin, mədəniyyətinin, incəsənətinin inkişafı onların əməyinin nəticəsidir. Ziyalı ilk növbədə bir peşə sahibidir və çox yaxşı olar ki, bütün peşə sahibləri kimi, ziyalı da öz işi ilə məşğul olsun. Əgər “Ziyalılar Forumu” ölkəmizdə elmin, ədəbiyyatın, incəsənətin inkişaf problemlərini müzakirə etsəydi, düşünürəm ki, bu daha faydalı olardı. Əvvəla, ona görə ki, dediyim kimi bu, onların işidir və hər kəs öz işi ilə məşğul olsa, cəmiyyətə daha çox xeyir verə bilər. İkincisi isə, digər işlərlə məşğul olmaq üçün peşəkarlıq lazımdır. Yaxşı filmi peşəkar kinematoqraf çəkə bilər. Qeyri-peşəkarın çəkdiyi filmin keyfiyyətindən danışmaq çətindir.

Azərbaycan hökuməti peşəkarlığını Azərbaycanın iqtisadi inkişafı, dövlətin qüdrətinin artırılması, beynəlxalq nailiyyətlər, ölkənin modernləşməsi, müasirləşməsi sahəsində hamıya məlum olan uğurlu layihələri ilə sübuta yetirib. İndi Azərbaycanın 10-15 il bundan əvvəlki Azərbaycandan nə qədər fərqləndiyini danmaq üçün insan gərək vicdanını dansın. Deməli, Azərbaycana peşəkar, səriştəli siyasətçi və onun komandası rəhbərlik edir.

Eynilə də hər bir ziyalı öz peşəkarlığını ilk növbədə yaxşı bacardığı sahədə göstərməlidir. Bu sahədə isə işlər kifayət qədər çoxdur. Elə götürək Qarabağ mövzusunu. Nə qədər filmlər çəkilməli, nə qədər kitablar yazılmalıdır. Bunu ziyalılar etməlidir. Onlar vaxtlarını, enerjilərini siyasətə sərf etsələr, onda öz missiyalarını yerinə yetirməmiş olacaqlar.
Əgər ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək o, artıq tükənib. Demək o, ziyalı adını və statusunu istismar etmək yolu seçib.

- Ziyalı və siyasətçi məsələsinə toxundunuz. Ümumiyyətlə, ziyalının siyasətlə məşğul olmasına necə baxırsınız?

- Mən heç də ziyalının siyasətlə məşğul olmasına pis baxmıram. Ayrı-ayrı ölkələrin siyasi tarixində tanınmış ziyalıların siyasətə gəlməsinə dair nümunələr var. Ancaq bu o hallardır ki, tutalım, hər hansı aktyor siyasətçi peşəsini seçir, siyasətlə peşəkarcasına məşğul olur. Azərbaycan demokratik ölkədir, hər kəs istədiyi peşəni, o cümlədən siyasəti seçməkdə sərbəstdir. Ancaq məsələ burasındadır ki, “Ziyalılar Forumu” adlanan qurumda toplaşanlar bir yandan deyirlər ki, guya siyasətlə məşğul olmurlar, digər yandan isə tam siyasi bəyanatlar verir, özlərini siyasi fəaliyyət subyekti kimi aparırlar.

Bayaq mən təsadüfən demədim ki, “Ziyalılar Forumu”nun üzvləri ziyalı adını və statusunu istismar edirlər.

Əlbəttə, mən heç də demək istəmirəm ki, ziyalılar ölkədəki proseslərə münasibət bildirməməlidir. Amma birincisi, bunu bütün Azərbaycan ziyalılarının adından demək qəbahətdir, çünki, Azərbaycan ziyalıları bu haqqı heç kimə, o cümlədən “Ziyalılar Forumu”na verməyib. İkincisi isə, ziyalı obyektiv olmağı bacarmırsa, o heç zaman yaxşı müəllim, alim, yazıçı ola bilməz. Azərbaycanda nəyisə tənqid etməzdən əvvəl böyük inkişafı və müsbət dəyişiklikləri də etiraf etməyi bacarmalısan. Axı hər kəs, elə o “tənqidçilərin” özləri, övladları, yaxınları da həmin inkişafın və müsbət dəyişikliklərin içindədir.
+  -  Çap 
Yerləşdirilib: 30.12.11 | Baxılıb: 137

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •