Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yurdda sülh, cahanda sülh
Türkiyə hamı ilə dostluq etmək istəyir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin xarici siyasəti barədə BBC-yə eksklüziv müsahibə verib. Qərblə İran arasında vasitəçiliyi mühüm saydığını bildirən nazir ölkəsinin Əfqanıstan, Qafqaz, İran və Yaxın Şərqə dair yürütdüyü siyasət barədə ətraflı məlumat verib. BBC müxbiri Coni Daymondun "Türkiyə Qafqazlarda və başqa yerlərdə fəallaşmaqla yeni Osmançılıq siyasəti həyata keçirirmi" sualını cavablandıran nazir Əhməd Davudoğlu deyib ki, Türkiyə Qafqazlarda tam sabitliyə nail olmaq istəyir: "Tam, əhatəli sabitliyə. Cənubi Qafqazda dondurulmuş münaqişələrin həllini istəyirik. Biz bunu regionda aparıcı qüvvə olmaq üçün, bəzilərinin dediyi kimi, yeni osmançılıq xətrinə etmirik. Türkiyəyə sabit, təhlükəsiz, firavan mühit lazımdır. Bizim milli marağımız bundan ibarətdir".
Qeyd edək ki, çoxları bu qənaətdədir ki, Davos zirvə toplantısından sonra və sonrakı aylarda Türkiyənin İsraillə münasibətləri geriyə doğru istiqamət götürüb. Türkiyənin İran və digər ölkələrlə daha fəal siyasət aparmağa, onlarla yaxınlaşmağa başladığı bildirilir. Bəs görəsən, bunun arxasında hansı strategiya durur? Ə.Davudoğlu hesab edir ki, bu, səhv qavramadır: "Bizim xarici siyasət gələcəyi necə gördüyümüzə əsaslanır. Bizim Yaxın Şərq, Balkanlar, Qafqazlara dair fikirlərimiz var. Firavan, təhlükəsiz olmaq üçün ölkəyə, ələlxüsus da bizim region kimi qeyri-sabit yerdə, sabit və təhlükəsiz qonşular lazımdır. Son 6 ildə biz mütəmadi olaraq qonşularımızla sıfır problem siyasəti yürüdürük. Bu işdə böyük uğurlar əldə etmişik. Hazırda bizim bütün qonşularla yaxşı münasibətlərimiz var. Yeni modellər üzərində işləyirik. İndi də Ermənistanla münasibətləri normallaşdırmaq barədə protokol imzalamışıq. Əlbəttə ki, Azərbaycanla gözəl münasibətlərə malikik. Eyni baxışı biz Yaxın Şərqə yanaşmamızda da həyata keçiririk. İsraillə də elədir. Ötən il bu vaxt biz İsrail və Suriya arasında vasitəçilik edirdik. Bizim bütün tərəflərlə əla əlaqələrimiz olacaq".
Ə.Davudoğlu Türkiyənin Qərblə, Qərbin problemi olan ölkələrlə, ələlxüsus da İranla siyasətində vasitəçi rolunu oynamağa çalışması barədə də sualı cavablandırıb. O, Türkiyənin İranın nüvə materiallarını öz ərazisində saxlamaq təklifinin Tehran tərəifndən rədd olunmasına da toxunub. "Belə məsələ ortaya çıxanda, yalnız dinc yollarla çözümün tərəfdarıyıq. Buna görə, Türkiyə bu vasitəçilik səylərində fəallıq göstərir. Biz regionda vasitəçilik işlərində təcrübəliyik. Bu danışıqların 60 faizi psixoloyi xarakterlidir. Əsas etimaddır, bu olmasa, nəyin müzakirə edildiyinin əhəmiyyəti azalır. Təəssüf ki, hal-hazırda etimad yoxdur" - deyə nazir bildirib. O əlavə edib ki, Türkiyə əsas məqsədə nail olunması üçün bunun üzərində işləyir: "Mən hələ də nikbinəm. Hamı bilir ki, bu məsələ böyük problemlər yarada bilər və hamı bilir ki, Türkiyə bu prosesi davam etdirmək üçün böyük səylər göstərib".

Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 05.12.09 | Baxılıb: 372

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •