Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Uşaqların internetdə təhlükəsizliyi müzakirə olundu
Osman Gündüz: “Təklikdə heç bir ölkə, nazirlik, təşkilat, yaxud valideyn bu problemi həll edə bilməz”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirildi. Multimedia Mərkəzi tərəfindən təşkil olunan tədbirdə mövzu ətrafında ətraflı təkliflər və müzakirələr edildi.

Multimedia Mərkəzinin direktoru və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açılış nitqində son illərdə ölkədə genişzolaqlı İnternet istifadəçilərin və evlərdə İnternet istifadəçilərin sayının kifayət qədər artmasını bildirdi: “Bu isə uşaqların  təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir. Odur ki, Multimedia Mərkəzi bu problemin hazırda aktual əhəmiyyət kəsb etməsini nəzərə alaraq,  bu istiqamətdə “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi”  layihəsini həyata keçirir. Adı çəkilən  Dəyirmi Masa da bu layihə çərçivəsində  gerçəkləşir”.


Qeyd olundu ki, Dəyirmi Masanın  keçirilməsində əsas məqsəd uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək və  cəmiyyətin müxtəlif  təbəqələrinin potensialını bu istiqamətdə cəmləşdirilməsinə kömək etməkdir. Ümumi təqdimatdan sonra O.Gündüz “Uşaqların internetdə təhlükəsizliyi” ilə bağlı slayd təqdimat keçirdi. Təqdimatda bildirildi ki, son 3 ildə Azərbaycan interneti xeyli inkişaf edib. Belə ki, İnetrnet istifadəçiləri 50% artıb. Bundan başqa internet klublar, internetə qoşulma üsulları və digər mərkəzlərin sayı da xeyli artırılıb. Məktəblərdə, klub və evlərdə internetdən istifadə edilməsinin uşaqlara və gənclərə yeni informasiya mənbələrinə çıxış imkanları verməsini deyən Forum sədri, eyni zamanda uşaqların internetdə faydasız, zərərli informasiyalarla da rastlaşdığını bildirdi: “Zərərli informasiyaları şərti olaraq 2 qrupa bölmək olar: İstənilən şəxs üçün qadağan hesab oluna biləcək informasiyalar(Uşaq pornoqrafiyası, milli və dini ayrı seçkilik yaradan saytlar) və uşaqların əldə etməsi qadağan olunan saytlar(qəddarlığı təbliğ edən oyunlar, onlayn kazinolar, erotik və intim xidmətlər təklif edən saytlar və s).


Osman Gündüz digər təhlükələr kimi, internetə qoşulmuş komputerlərdəki fərdi informasiyaların təhlükəsizliyinin təmin edilməsi və internetdən, mobil texnologiyalardan istifadə edərək uşaqların bir-birilərinə arzuolunmaz məlumatların göndərilməsini göstərdi. Onun sözlərinə görə, uşaqların təhlükəsiz internetdən istifadəsində valideynlərin də böyük rolu var.


Daha sonra problemin həlli yolları barədə məlumat verildi. Bildirildi ki, zərərli informasiyalardan uşaqların qorunması qlobal bir problemdir: “Təklikdə heç bir ölkə, nazirlik, təşkilat, yaxud valideyn bu problemi həll edə bilməz. Bu sahədə dövlət, vətəndaş cəmiyyətləri və özəl sektorlar birgə fəaliyyət göstərməlidir. Təşkilati işlərlə yanaşı, texniki-texnoloji işlər də görülməlidir, həmçinin tənzimləyici mexanizmlər yaradılmalıdır. Məktəb, valideyn, ictimai qurumların və özəl sektorun birgə fəaliyyəti təmin olunmalıdır. Məktəblərdə internetdən istifadə ilə bağlı məsul şəxslər olmalıdır. Bundan başqa, aidiyyatı dövlət qurumlarında uşaqların internetdə təhlükəsizliyi ilə bağlı strukturlar yaradıla bilər. Bütün səviyyələrdə çeşidləməni (informasiyanın süzgəcdən keçirilməsi) gerçəkləşdirə bilən kadrlar olmalıdır. Daha sonra texniki-texnoloji addımlar barədə məlumat verildi: “Məktəb səviyyəsində, evlərdəki komputerlərdə, ictimai yerlərdə və s informasiyanın çeşidlənməsi, “halal internet” xidmətinin təklif edilməsi, milli filtrasiya proqramları və uşaqların internetdə fəaliyyətinin monitorinqi zəruri hallardandır. Eyni zamanda, valideynlər, müəllimlər, uşaqlar və hüquq-mühafizə qurumları üçün seminarlar təşkil olunması, metodiki vəsaitlər, faydalı saytlar yaradılması zəruridir. Osman Gündüz uşaqların internetdə təhlükəsizliyi ilə bağlı qaynar xətt sisteminin yaradılmasını da faydalı hesab etdi.
Təqdimatdan sonra ölkədə uşaqların istifadəsi üçün nəzərdə tutulan “Təhlükəsiz İnternet” xidməti haqqında və uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə yaradılan www.netsafe.az  internet resursu  haqqında da məlumat verildi. Belə ki, hər kəs bu saytda qeydiyyatdan keçməklə uşaqların internetdə təhlükəsizliyi ilə əlaqəli bilgilər əldə edə bilərlər.


Dəyirmi Masa daha sonra  uşaqların zərərli informasiyalardan qorunma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər  və müəllimlər üçün zəruri olan  metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələrlə davam etdirildi. Tədbirdə müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların  nümayəndələri də iştirak edirdilər.
Qeyd edək ki, bu layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.


Elgün Mənsimov
+  -  Çap 
Yerləşdirilib: 22.12.11 | Baxılıb: 127

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •