|
Dövlət Muğam Teatrı ustad xanəndə Mütəllim Mütəllimovun 100 illik yubileyinə hazırlaşır. Teatrın direktoru Arif Qazıyevin bildirdiyinə görə, dekabrın ayına nəzərdə tutulan mərasim Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə keçiriləcək. O bildirdi ki, hazırda yubileyə hazırlıq işləri gedir. Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə M.Mütəllimovun yetirmələrinin ifasında səslənən muğam və dəsgahlar dinləniləcək. Eyni zamanda, məşhur muğam ifaçısının keçdiyi həyat və yaradıcılıq yolunu işıqlandıran fotosərgi də təqdim olunacaq.
S.İBRAHİMOVA
|