Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Gürcüstanlı soydaşlarımız üçün “Gürcüstan qanunları”
“Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov hesab edir ki, bu gün bölgədəki azərbaycanlıların ən başlıca problemləri - dövlət dili, kadr, təhsil, əmək məşğuliyyəti ilə bağlıdır

Dünən Qafqaz Araşdırmalar Mərkəzi və Gürcüstandakı “Qeyrət” Xalq Hərəkatı “Gürcüstan qanunları” adlı kitabın təqdimatını keçirib. Kitabın redaktoru Kamran Ramazanlının sözlərinə görə, Gürcüstan qanunlarının Azərbaycan dilinə tərcümə olunması və kitab halına salınmasında əsas məqsəd gürcü dilini bilməyən soydaşlarımızın ölkə qanunları ilə tanış olmasına şərait yaratmaqdır.  «Gürcüstanla bağlı çoxsaylı problemlər olduğundan bir sıra qanunları Azərbaycan dilinə tərcümə etmişik» - deyə o, əlavə edib. K.Ramazanlı  bu qanunların kitab halına salınmasının Gürcüstanda yaşayan azərbaycanlılara kömək məqsədi güddüyünü vurğulayıb: «Gürcü məmurları da təbii ki, bu qanunların kitab halında çap olunub dərc edilməsində maraqlı deyillər». Kitabda Gürcüstan Konstitusiyası eləcə də «Torpaq» «Təhsil» və «toponimlər haqqında» qanunlar dərc olunub. «Yəni, hansı qanunlara ehtiyac varsa, onları dərc etmişik» - deyə o, əlavə edib. Mərkəzin rəhbəri Gürcüstanda yer adlarının dəyişdirilməsi cəhdlərinin hələ də qaldığını və buna misal kimi Marneulini göstərib. «Lakin hörmətli ziyalılarımızın təşəbbüsü ilə bu məsələnin qarşısı alındı. Bolnisi rayonunda isə 31 kəndin adı ilə bağlı problem hələ də qalmaqdadır. Həmin kəndlərin adları dəyişdirilib və bu problem hələ də həllini tapmır. Qarşıdan parlament seçkiləri gəlir. Təbii ki, bizim oradakı ziyalılarımız bu məsələləri qaldırmalıdırlar» - deyə o bildirib.

Daha sonra söz alan “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bildirib ki, Gürcüstanda azərbaycanlılar sayı 500 minə çatan bir toplumdur və əsasən kompakt halında yaşayırlar. «Biz Gürcüstan vətəndaşlarıyıq və Vətənimizi çox sevirik, oranın layiqli vətəndaşları olmağa çalışırıq. Amma müəyyən məsələlər var ki, ikili standartlar onu yeyir. Bu gün Gürcüstan azərbaycanlılarının çoxsaylı problemləri var. Bu problemin ən başlıcası dövlət dili, kadr, təhsil, əmək məşğuliyyətidir. Və bu problemlər bu gün də yerli əhalini çox ciddi şəkildə narahat edir. toponimika məsələsi 94-cü ildə başlanıb. O zaman yerli əhalidən soruşulmadan yuxarı dairələrdə 32 kəndin adı dəyişdirildi. Bolnisi rayonunda həyata keçirilən bu tədbirdən heç bir yuxarı orqanların xəbəri olmayıb. Azərbaycanlı kənd adamlarının birbaşa gürcüləşdirilməsi prosesi həyata keçirilib» deyə o vurğulayıb. Onun sözlərinə görə, belə bir proses vaxtilə Qərbi Azərbaycanda da baş verib. Eyni ilə orada da Azərbaycan yer adları erməniləşdirildi. Bu proses hazırda Gürcüstanda həyata keçirilir: «Çünki bu gün biz əgər deyiriksə, azərbaycanlılar oradan çıxır, bu özündə nəsə deməkdir. Məsələn, bu gün Naxuduri deyilən bir kənddə azərbaycanlıların yaşadığı yer adı dəyişdirilir, biz də bunun səbəbini bilmirik. 27 min nəfərin imzası ilə etiraz ərizəsi yazılıb və müvafiq təşkilatlara göndərilməsinə baxmayaraq, bu gün də bu məsələ həllini tapmayıb. Eləcə də Marneuli rayonunun bir sıra kəndlərinin adlarının dəyişdirilməsi də ortaya çıxsa, lakin yerli azərbaycanlılar və Bakıdakı soydaşlarımızın etirazları ilə bundan imtina edildi».


Ə.Əsgərov daha sonra təhsillə bağlı problemlərin çox ciddi olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstanın «Təhsil haqqında» qanunu azərbaycanlıların Azərbaycan dilində təhsil almasını istisna edir. «Birmənalı formada təhsil gürcü dilində aparır. Orada əksər fənlərin gürcü dilində keçirilməsi zərurət kimi qoyulub. Gürcüstanda gürcülərdən sonra ikinci böyük xalq azərbaycanlılardır. Sayı 500 minə çatan azərbaycanlıların regional dil məsələsi hələ də həllini tapmayıb. Halbuki bununla bağlı Avropa Şurasının müvafiq qanunları var. Biz toplum olaraq bir regionda 65-70 faiz təşkil ediriksə, nədən bizim yazışmalarda öz dilimizdən istifadə etməyək. Nədən kənd icra nümayəndəmiz əgər azərbaycanlıdırsa və ona müraciət edən də azərbaycanlıdırsa, niyə görə ona gürcü dilində ərizə yazmalı və mütləq ona gürcü dilində cavab almalıdır. Bu, heç bir məntiqə sığmır. Buna da biz Gürcüstan azərbaycanlılarının münasibəti mənfidir. Düzdür, Gürcüstan vətəndaşı kimi bu ölkənin dilini bilmək vacibdir. Amma bu dili öyrənmək üçün Gürcüstan dövlətinin dövlət proqramı olmalıdır və müəyyən mərhələlərlə bu ölkənin qeyri-gürcü sakinlərinə öyrənilməlidir. Bu sahədə heç bir iş görülmür. Sadəcə olaraq tələb olunur ki, gürcü dilini bilməlisən» deyə o, əlavə edib. Onun sözlərinə görə, region ölkələri müstəqillik qazandıqdan sonra 37 min azərbaycanlı gürcü dilində təhsil alıb. Lakin həmin şəxslər də işsizdirlər: "Əgər azərbaycanlıların gürcü dilini öyrənməsini istəyirlərsə, onda azərbaycanlı məktəbləri ilə paralel olaraq gürcü məktəbləri açsınlar".

Kadr problemlərinə gəldikdə, hərəkat rəhbəri təəssüflə bildirib ki, hətta yerli kənd nümayəndələri belə gürcülərdir: «Gürcü tərəfi bildirir ki, azərbaycanlılar gürcü dilini bilmədiyi üçün dövlət orqanlarına işə götürülmürlər. Lakin bu, çox yanlış bir təsəvvürdür. Bu gün Borçalı üçün 300 dövlət məmuru bizim bölgəni idarə edə bilər. Mən isə bu gün onlara 800-dən yuxarı diplomlu mütəxəssis təqdim edə bilərəm. Gürcü orta və ali məktəblərini bitirmiş çoxsaylı kadrlar verə bilərəm. Amma çox təəssüf ki, bu gün də bu problemlər öz həllini tapmayıb. Məktəblərin vəziyyəti də çox acınacaqlıdır. Onların çox SSRİ vaxtından qalmış məktəblərdir, heç bir avadanlıq verilmir, eləcə də dərsliklə bağlı problemlər var. Gürcüstanda təhsillə bağlı çap  edilən kitablar həddən artıq bahadır. Bu təqribən 18-20 lari civarındadır. Məktəblərin qışda isidilməsi də pis vəziyyətdədir».

«Qeyrət» hərəkatının problemlərin sırasına daha birini də əlavə edib: «Bu yaxınlarda problemlərə daha biri əlavə olundu. Belə ki, biz əvvəllər Qafqaz Müsəlmanları İdarəsinə tabe idik və burada onun nümayəndəliyi var idi. Lakin heç kəsdən soruşmadan 4-5 dövlət məmuru bir yerə yığılaraq Gürcüstan Müsəlmanlar İdarəsi deyilən bir qurum yaratdı. Onun rəhbəri vəzifəsinə isə milliyyətcə acar olan bir müsəlmanı təyin etdilər. İndi çox çətin bir vəziyyətdə qalmışıq. Burada da artıq problemlər yaranıb. Biz indiyə qədər şiə-sünni olduğumuzu bilmirdik. İndi isə həmin qurum şiə-sünni nümayəndələri təyin edir. Biz belə bir təşkilatı istəmirik və tanımırıq. Lakin QMİ də bizi unudub. Heç elə bil ki, biz yoxuq, Necə olur ki, İrandan, İraqdan missionerlər ora gəlib öz mövqeyini möhkəmləndirir, amma QMİ-nin rolu burada hiss olunmur. Nəyə görə İrandan kimsə gəlib burada fətva verməlidir». Ə.Əsgərov Gürcüstandakı Azərbaycan şirkətlərindən də narazıdır. Onun sözlərinə görə, Gürcüstanda 50-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir və onların hərəsi bir istiqamətə yönəldilsə yaxşı olar: «Amma çox təəssüf ki, bu, belə deyil». Gürcüstan azərbaycanlılarını ən çox narahat edən məsələlərdən biri də Gürcüstandakı bugünkü durum, Avropa dəyərlərinin Gürcüstanda tətbiqi məsələsidir: «AŞ islahatların gedişi ilə bağlı müəyyən problemlər ortaya çıxır. Burada da ikili standartlar var. Azərbaycanlılar vergi ilə bağlı pozuntularına yol verdikdə gürcülərdən bir neçə dəfə çox cərimə ödəməli olurlar. Dəfələrlə bununla bağlı tədqiqat aparmışıq və ayrı-ayrı seçkilik hallarına yol verildiyinin şahidi olmuşuq».

Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 21.12.11 | Baxılıb: 144

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •