Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Minarəsiz Avropa
Almanlar və fransızlar da isveçrəlilər kimi düşünür

Minarələrin tikintisini ləğv etməklə beynəlxalq təpki altına düşən İsveçrəyə qarşı təzyiqlər güclənir. BMT-nin insan haqları üzrə komissarı Navatenhem Pilley referendum yolu ilə qəbul edilən qərarı həddən artıq uğursuz addım adlandırıb. Türkiyə isə dünya müsəlmanlarını İsveçrə banklarındakı pullarını çıxarmağa çağırıb. Bu bəyanatla Türkiyənin Avropa Birliyi ilə danışıqları aparmağa məsul olan dövlət naziri Egemen Baxış çıxış edib. Bazar günü keçirilən səsvermənin nəticələri onsuz da isveçrəli maliyyəçiləri narahat edirdi. İndi isə türk nazirin bəyanatı onları lap təəccübləndirib. "Cenevrə maliyyə mərkəzi"nin rəhbərlərindən biri olan Stiv Bernar vurğulayıb ki, kapitalın çıxarılması barədə təşəbbüs düzgün deyil, çünki onlar əvvəldən referendumun keçirilməsinə qarşı olublar. Lakin İsveçrədə keçirilən referendum qonşu ölkələrdə də təsirsiz ötüşməyib. Almaniyada "De Şpigel" həftəliyi sorğu keçirib. Bəlli olub ki, almanların 78 faizi minarələrin tikintisinə qarşıdır. "Le Fiqaro" qəzetinin 50 min fransız arasında keçirdiyi rəy sorğusunun nəticələri göstərib ki, minarələrin qadağan olunmasını respondentlərin 73 faizi dəstəkləyir. Qeyd edək ki, Fransa prezidenti Nikola Sarkozi ilk gündən İsveçrədəki referendumu qınayıb. Ancaq Fransada keçirilən son rəy sorğusu əhalinin böyük qisminin isveçrililərlə eyni cür düşündüyünü göstərib. Keçirilən sorğulardan biri isə fransalıların 41 faizinin minarə tikintisinin əleyhinə çıxdığını üzə çıxarıb, yalnız 19 faiz respondent müsəlmanların istəklərinə müsbət cavab verməyin mümkünlüyünü, yerdə qalanları isə ümumiyyətlə, mövzunun onlar üçün əhəmiyyətsiz olduğunu bildiriblər. Fransada minarələrin tikintisi əleyhinə çıxa biləcək əsas qüvvə Yan Mari Le Penin rəhbəri olduğu Milli Cəbhədir. Qatı millətçi çıxışlarıyla tanınan Le Pen Fransanın gəlmələrdən təmizlənməsini tələb edir. Danimarka və Hollandiyadakı sağ millətçilər də İsveçrə təcrübəsindən çıxış edərək öz ölkələrində minarələr əleyhinə referendum keçirilməsini gündəmə gətirməyə çalışırlar. Bununla da minarələr əleyhinə referendumun Avropada bir kampaniya şəklinə gəlməsi təhlükəsi var.
Öz növbəsində İsveçrə hökuməti xaricdə ona qarşı yönəlmiş tənqidləri zəiflətmək siyasəti aparmağa başlayıb. Ölkənin ədliyyə və polis naziri Evelina Vidmer-Şlumpf Brüsseldə AB DİN rəhbərlərinin toplantısındakı çıxışı zamanı referendumun nəticələrinə toxunub. Nazir bunun səbəbini ölkəyə miqrantların axını, iki İsveçrə vətəndaşını faktiki olaraq girov götürən Liviya ilə münaqişədə axtarıb. XİN rəhbəri Mişlin Kalmi-Re isə islam ölkələrinin səfirləri, İslam Konfransı Təşkilatının və Ərəb Ölkələri Liqasının rəhbərləri ilə telefon əlaqəsi yaradıb. Onun əsas nəticəsi budur: xalq minarələrin inşasına qarşı çıxıb, məscidlərin yox. Bununla da insanların vicdan azadlığı pozulmayıb. Nazir, həmçinin bildirib ki, referendumun nəticələrindən şikayət vermək olar. Qeyd edilib ki, hökumət 2010-cu ilin əvvəlində beynəlxalq və yerli normaların İsveçrə məhkəmə sisteminə uyğun gəlib-gəlmədiyini nəzərdə tutan hesabatı dərc etdikdən sonra hər şeyə aydınlıq gətiriləcək.
Son məlumatlara görə, İsveçrədəki tarixi Yelizaveta kilsəsi bu ölkədə noyabrın 29-da keçirilmiş referenduma etirazını və müsəlmanlara dəstəyini kilsə qülləsini minarəyə çevirməklə ifadə edib. Referenduma qatılan seçicilərin 57 faizi "Minarələrin inşası qadağan edilməlidirmi" sualına "hə" deyib. Türklərin sıx yaşadığı Bazeldə yerləşən tarixi protestant kilsəsinin ana giriş qapısına və içərisinə üç lövhə asılıb. Lövhələrdə "Yelizaveta kilsəsinin qülləsi eyni zamanda minarədir" sözləri yazılıb. Keşiş Andre Faus isə türk məscidinin imamıyla birlikdə qüllədə ayin təşkil edib. "Quran" və "İncil"oxunan ayinə xristianlarla müsəlmanlar birlikdə qatılıblar. Keşiş Faus minarə yasağına qarşı qülləni simvolik minarə elan etdiklərini deyib və türklərlə həmrəy olduqlarını bildirib. 100 mini türk olmaqla 400 min civarında müsəlmanın yaşadığı İsveçrədə 4 minarəli məscid var. İlk minarəli məscid 1963-cü ildə pakistanlıların Sürixdə inşa etdiyi Mahmud məscididir. Cenevrədəki minarəli məscidi isə 1978-ci ildə Səudiyyə Ərəbistanı kralı Əbdül Əziz tikdirib. Digər iki məsciddəki minarələr simvolik xarakter daşıyır.
+  -  Çap 
Yerləşdirilib: 05.12.09 | Baxılıb: 343

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •