Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İstanbul
Hündür binalar,
küçələr insan dolu...
Şərq hardadır, qiblə harda?
(Axşam üstümə yeriyir) Qədim İstanbul pəncərəsindən
Baxıb Səni gözləyirəm.
Divardakı afişada-
sinəsi qanlı bir qız...
Qarşı tərəfdə dizi üstündə
oturmuş sənət...
Köhnə Türkiyəni satmaqla məşğuldur
Sultan Əhməddəki hər dükan...
Yağışdan sonrakı bir hava
İbrahim Tatlısəsdən nəğmə söyləyir.
Hamı bir-birinə oxşayır, ancaq
tanıdıqlarımın hamısı
sanki qeyb olub.
Qarşına düşmənin çıxıb,
öz dilində bir söz söyləyir.
Əvvəl bəyənirdim xarici dili,
indi tək qalınca qorxuram...
Sən də gəlmirsən,
bu nə intiqam?
İstanbula yavaş-yavaş çökür axşam. ?br>
Xeyr, həyat belə olmaz.
Eh, belə yaşanılmaz ki...
Canımı Allahdan deyil,
Birindən almışam sanki.
Xeyr, həyat belə olmaz. Bütün ağaclar və otlar,
Elə mənim günümdədir?
Dediyini edir dünya,
Baxmır könlündəki nədir.
Xeyr, həyat belə olmaz. Sən geriyə çəkilirsən,
İçində edirsən fəryad.
Bir az uzun yaşadınsa,
Qınağa başlayır həyat.
Xeyr, həyat belə olmaz. ** Günəş doğulmadan da axşam düşür.
Bağçalar da dəli olur...
Haradansa bir quzğun çıxır,
Qanadını havaya yayır.
Vahimə hakimdir.
Külək əsmir.
Səma-səma
əhvalı soruşmaz.
Ağaclar da susqun,
Zəifdir.
Kömək gözləyir susqun bir hal.
Hava özünü qaçırır,
Yeriməyə izn verməyir.
Bu gözlərim yerin altındadır,
Yer üstündə bir şey görməyir. ** Uçmaq istəyirəm mən göy üzünə,
Uçmaq istəyirəm beləcə məsud.
Sözündə dayanıb al qucağına,
Səninlə bərabər uçum, ay bulud. Elə yeriyirəm, addım atmadan,
Həyatım boyunca heç uçammadım.
Xeyli vaxtdır gözün belə qırpmadan,
Məni yerə atmış qırıq qanadım... ** Həyata məktub Xəstəxana pəncərəsindən bayırı seyr edərkən sahibinin rəftarından inləyib qaçan iti gördüm və onun yerində olmaq istədim.
Bu otağa hüznlə baxar ümid.
Bu otaqda hər şey ağappaq.
Bayırda fəryad edən it,
Bir az məndən daha xoşbəxtdir.
Öz ayaqlarıyla gəzir.
Mən də onun kimi yerisəydim,
Tozlu küçələrdən qovsaydılar,
Ya da sahibim döysəydi...
Ah, nə xoşbəxtdir tozlu küçələr
Və döyülməyə layiq ayaqlar.
Tənhalıqdan könlüm sızladı.
Kaş ki, mən də döyülsəydim...
Baxdım otağın lampalarına
Yaşlar düşdü dodaqlarıma.
İt olsaydım gedərdim,
Bu adamın ayaqlarına... Anna Axmatovaya Varlığımı yandırdı alov,
əridi qar kimi səma.
Nə olursa olacaq - yaxşı,
Xoşbəxt olmaq istəmirəm daha.
Başım üstündə göy fırlanır,
Ayağımdan qaçır yer.
Bu gün Gerçəyi yaşadım - ölüm gəlmədi,
Çatdırdım adımı yazmağa daşa.
Bu dünyada artıq işim qalmadı,
Özümə diqqətli olmaqdan başqa.
Mənim ayağıma sanki batır yer,
Göylər də nə qədər yaxındır başa.
Mənim işim-gücüm can qorumaqdır,
Dünyada ömürdən başqası haşa... *** Xülasə Ağaclar boy atarkən
nəsə gözlər səmadan.
Cəzbedici tinglərə,
işıq enər havadan.
+  -  Çap 
Yerləşdirilib: 05.12.09 | Baxılıb: 480

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •