Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Amnesty İnternational”ın qərəzli münasibəti faktlarla təkzib olundu
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu “Amnesty İnternational”ın hesabatına dair rəyini açıqlayıb

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup (BİQ) “Amnesty İnternational” təşkilatının “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” (2011) adlı hesabatına dair rəyini açıqlayıb.


Rəydə bildirilir ki, müstəqillik dövründə Azərbaycanda demokratik dövlət quruculuğu, insan hüquqları və əsas azadlıqların təmin edilməsi sahəsində müasir tələblərə cavab verən qanunvericilik bazası yaradılıb, ölkədə demokratik təsisatlar o cümlədən vətəndaş təsisatları formalaşdırılıb. Rəydə qeyd edilir ki, ölkədə inkişafla bərabər  bir sıra hallarda insan hüquqları və əsas azadlıqlarının pozulması hallarına da rast gəlinir. Belə ki, insan hüquqları əsasən aşağı və orta səviyyəli məmurlar, hakimlər və sıravi polis işçiləri tərəfindən pozulur. Bundan əlavə, ölkədə korrupsiya hallarına rast gəlinir ki, bu da demokratik proseslərin genişlənməsini ləngidir. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasına baxmayaraq, belə hallar hələ də müşahidə olunur. Rəydə hesab olunur ki, insan hüquqları və əsas azadlıqların müdafiəsi, demokratik proseslərin genişləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsinə təsir göstərən neqativ halların aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinin öz səylərini daha da artırması məqsədəuyğundur. Digər tərəfdən, göstərilən sahələrdə böyük təcrübəyə malik olan beynəlxalq təşkilatlarla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi proseslərin pozitiv məcrada inkişaf dinamikasına təkan vermiş olar.


Hansı ölkələr ki, “Ərəb baharı” yaşayır...


BİQ-in dekabrın 9-da keçirdiyi mətbuat konfransında hesabatda yer alan tənqidi fikirlərin həqiqətə söykənmədiyi, o cümlədən qərəzli olduğu qeyd olunub.


Belçika Konstitusiya Məhkəməsinin hakimi, BİQ-in üzvü Jan-Pol Murman “Amnesty İnternational” təşkilatının dünyanın 150-dən artıq ölkəsində insan hüquqlarının vəziyyətinin izlənilməsi və bu sahədə dövrü olaraq hesabatların hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndirib: “Biz mütəmadi olaraq insan hüquqları məsələsinə toxunuruq. Azərbaycana Belçika perspektivindən yanaşdıqda ölkənin yaxşı nəticələr göstərdiyini qeyd etmək olar. Demokratiyanı yaratmaq çox çətindir. Onun hər hansı bir ölkədə inkişaf etməsi üçün bir neçə nəslin gəlməsinə ehtiyac var. Demokratiyanın tam bərqərar olması üçün zamana, stabilliyə, etibarlı institutlara ehtiyac var. Avropa perspektivindən baxanda Azərbaycanın hüquqi dövlət qismində çıxış etməsi çox inamlıdır. Azərbaycan dövləti 20 ildir ki, yaxşı idarə olunur. Burada dini azadlıq, vətəndaşların bərabər imkanları, gender bərabərliyi var. Təbii ki, bəzi təşkilatlar vəziyyəti qeyri-obyektiv dəyərləndirirlər”.


Jan-Pol Murman  “Amnesty İnternational”-ın utopiya olduğunu qeyd edib.  Belə ki, təşkilat  cəmiyyəti istədiyi tərəfə aparmaq istəyir. “Təşkilatın hesabatları çox vaxt reallığı əks etdirmir. Azərbaycan işğalçılıqdan əziyyət çəkir. Bu, demokratiyanın inkişafına mane olan ən böyük səbəblərdən biridir”.


BİQ üzvü hesabatda qeyd olunan «Ərəb baharı artıq gəlməyib»- fikirlərini illüziya adlandırıb: “Məncə burada həmişə bahar gəlir. Yaz hər il özünü göstərir. İnqilablar həmişə cəmiyyətdə nizamsızlığa səbəb olur. Hansı ölkələr ki, «Ərəb baharı» yaşayırlar, onlar pis vəziyyətdədirlər».


Hesabatın qərəzi


BİQ-in həmsədri Şahin Camalov təşkilatın hesabatını diqqətlə araşdırıldığını qeyd edib: «Hesabatın qərəzli və qeyri-obyektiv olduğunu görüb xarici ekspertlərlə birgə öz rəyimizi hazırladıq. Hesabatda yer alan «Azərbaycanda «Ərəb baharı»nı çiçəklənməyə qoymadılar, beşikdə boğdular» fikirləri məruzənin nə qədər qərəzli və qeyri-obyektiv olduğunu göstərir. Təəssüfedici haldır ki, hesabat müəllifləri öz iddialarını sübuta yetirmək üçün eyni və birtərəfli mənbələrə istinad edirlər. Hesabatın vətəndaş cəmiyyətinə dair bölməsində əksər hallarda təqdim edilən məlumatlar yalnız eyni mənbəyə, konkret olaraq "Azadlıq" radiosunun Bakı Bürosunun və bir müddət əvvəl "Azadlıq" radiosunun Bakı Bürosuna rəhbərlik edən, hazırda burada çalışan jurnalist Xədicə İsmayılovanın, həmçinin müxalif mövqedən çıxış edən KİV-in informasiyalarına istinad edilərək verilir. Hesabatın digər bölməsində də belə birtərəfli mənbələrə istinadlardan istifadə edilir. Bu isə öz növbəsində "Amnesty İnternational" təşkilatının hesabatının obyektivliyini şübhə altına alır".


Ş.Camalov hesabatın «Vətəndaş cəmiyyəti hücum altında» hissəsində vətəndaş cəmiyyəti institutlarının təzyiqlərlə üzləşdiyinin iddia olunmasını da qərəzli mövqe adlandırıb:


“Bu gün Azərbaycanda 2700-dən çox QHT qeydiyyatdadır. Yüzlərlə dövlət qeydiyyatından keçməyən, lakin «üçüncü sektor»da geniş fəaliyyəti ilə seçilən, müxtəlif sahələr üzrə ixtisaslaşan yüzlərlə QHT fəaliyyət göstərir. Hesabatda son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, tərəqqisi, əldə edilən nailiyyətlər barədə az da olsa məlumat verilməyib”.


O cümlədən hesabatda yer alan “Azərbaycandakı 23 televiziya stansiyasından yalnız 2-si – ANS TV və İTV hökumətlə birbaşa bağlı deyil və dövlət onun mülkiyyətçisi deyil” faktlarının da yalan olduğunu bildirib: “Bu faktlar da həqiqətdən uzaqdır. Ölkəmizdə təkcə Azərbaycan Televiziyası, Mədəniyyət və İdman kanalları dövlətə məxsusdur. Qalan digər kanallar müstəqil fəaliyyət göstərirlər».


BİQ həmsədri “Amnesty İnternational”-ın hesabatında iddia olunan «Qəzetlərin 80 faizi dövlətin mülkiyyətindədir və təxminən 10 faizi müxalifət tərəfindən idarə olunur və heç bir tərəf qərəzsiz xəbərlər yaymağa meyilli deyildir» məlumatının da əsassız olduğunu bildirib. Ş.Camalov qeyd edib ki,  Azərbaycanda çap mediasının böyük əksəriyyəti ayrı-ayrı şəxsiyyətlər və özəl qurumlar tərəfindən təsis olunub, müxtəlif şəkildə fəaliyyət göstərirlər: «Müxalif mövqeyi ilə seçilən qəzetlər Azərbaycanda ən yüksək tirajlarla nəşr olunurlar. Bu qəzetlər bütün ölkə ərazisində sərbəst şəraitdə yayılır və satılır. Onların nəşri, yayımı, abunəsi, satışı üçün heç bir xüsusi icazə tələb edilmir və şərt qoyulmur.


Ş.Camalov həmçinin təşkilatın “vicdan məhbusları” ilə bağlı məlumatlarında rəydə yer aldığını bildirib: «Vicdan məhbusunu hər hansı ölkədə axtarmaq və elan etmək beynəlxalq hüquqa ziddir. Ümumiyyətlə, vicdan məhbusu anlayışı hüquqi anlayış olmamaqla yanaşı, yalnız bir təşkilatın, konkret olaraq Beynəlxalq Aministiya Təşkilatının istifadə etdiyi anlayışdır və bu anlayışın yalnız adıçəkilən təşkilat tərəfindən müəyyən edilən meyarları var. Həmin meyarlar isə heç bir halda hüquqi sənəd kimi qəbul oluna və hər hansı cinayət işinin və cinayət əməlinin qiymətləndirilməsi zamanı həmin meyarlara istinad oluna bilməz”.


BİQ həmsədri ümumiyyətlə hesabatda ölkədə gedən inkişafa toxunulmadığını, yalnız mənfi məqamların üzə çıxarıldığını qeyd edib: «Bizim qaçqın və məcburi köçkünlərimiz var. Torpaqlarımız işğal olunub. Hesabat bunların fonunda hazırlanmalı idi”.


Mütləq olmayan həqiqət


Sloveniya Parlamentinin, AS PA Monitorinq Komitəsinin üzvü, ekspert Zmago Jelinchic  məruzənin poetik başlanğıcının ədalətsiz və qərəzli mövqe əks etdirdiyini vurğulayıb: «Nə üçün təşkilat məruzəsində Dağlıq Qarabağ probleminə toxunmayıb? Azərbaycanda gedən iqtisadi, sosial və mədəni inkişafdan bəhs etməyib? Məsələyə birtərəfli yanaşma hesabatın qərəzli və obyektivlikdən uzaq mövqeyin əks etdirir”. 
Belçika Parlamentinin üzvü Alian  Destexe hesabatda həddən artıq şişirtmələrin olduğunu qeyd edib: «Amnesty İnternational”-ın hesabatı mütləq həqiqət deyil. Onlar öz keçmişlərində çoxlu səhvlər ediblər. Bəzi məlumatları həddən artıq şişirdib, bəzilərini həddən artıq kiçildiblər”.
Rəydə o da bildirilib ki, BİQ  “Amnesty İnternational” təşkilatının ekspertlərinin səriştəsinə şübhə etmir. Lakin hesab edilir ki, hər bir ciddi araşdırmalar ümumqəbul edilmiş hüquqi meyarlara əsaslanmalıdır. “İnanırıq ki, “Amnesty İnternational” təşkilatı öz gələcək fəaliyyətində bu tövsiyəni də nəzərə alacaq”.


Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 10.12.11 | Baxılıb: 155

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •