Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
ARDNŞ prezidenti ABŞ-da görüşlər keçirir
Görüşlərdə Bakı Ali Neft Məktəbinin yaradılması məsələsi üzərində xüsusi dayanılıb

ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarından olan Rays Universitetinin rektoru Devid Libron ilə görüşüb.

Şirkətin rəsmi saytının yaydığı məlumata görə, görüş zamanı rektora ARDNŞ-nin nəzdində Bakı Ali Neft Məktəbinin təsis edilməsi barədə məlumat verən Abdullayev yeni universitetdə ingilis və Azərbaycan dillərində yüksək standartlara uyğun təhsil veriləcəyini nəzərə çatdıraraq, bu məqsədlə nüfuzlu xarici universitetlərlə əlaqələrin yaradılmasına başlanıldığını bildirib. Libron ARDNŞ-dən olan qonaqları salamlayaraq, Azərbaycanla ABŞ-ın Texas ştatı arasında neft və qaz sənayesinə əsaslanan yaxın əlaqələrin mövcud olduğunu bildirib. Görüşdə Rays Universiteti ilə tanışlığın qarşıdakı mərhələdə həyata keçiriləcək birgə layihələr üçün zəmin yaradacağına əminlik ifadə olunub.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin növbəti görüşü Hyuston şəhərinin meri Ennis Parkerlə olub. Abdullayev qeyd edib ki, çox sayda hyustonlu iş adamı Bakıda biznes fəaliyyəti ilə məşğul olurlar. ABŞ vətəndaşları olan həmin biznesmenlərin Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ətraflı məlumatlar ala bilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan Hyustona səfər etməkdə məqsədinin ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasına töhfə vermək olduğunu deyən ARDNŞ prezidenti şirkətin nəzdində Bakı Ali Neft Məktəbinin yaradılması məsələsi üzərində xüsusi dayanıb. Abdullayev yeni ali məktəbin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulmasında ABŞ təhsil sisteminin öyrənilməsinin faydalı olacağını bildirib.

Hyuston meri Ennis Parker Azərbaycana səfər edən dostlarının bu ölkə haqqında çox gözəl fikirlər söylədiklərini qeyd edərək, universitetlər səviyyəsində qurulan əlaqələrin Hyuston ilə Bakı arasında münasibətləri daha da gücləndirəcəyinə inandığını bildirib. Abdullayev Hyustona biznes məqsədilə deyil, təhsilə dəstək vermək məqsədilə gəldiyini deyib.

"Biz təhsilə böyük əhəmiyyət veririk və sizin yardımınızla biliklər mübadiləsini həyata keçirəcəyik", - o əlavə edib.

Bu il nüfuzlu "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qalib gəldiyini və gələn il həmin müsabiqənin Bakıda keçiriləcəyini deyən ARDNŞ prezidenti Bakının sürətlə böyüyüb inkişaf etdiyini nəzərə çatdırıb və bu inkişafa şahid olmaq üçün Hyuston merini Bakıya dəvət edib.
Azərbaycanlıların qonaqpərvərliyi haqda çox eşitdiyini deyən mer Parker əgər imkan olarsa, "Eurovision-2012" müsabiqəsini izləmək üçün Bakıya gəlmək istədiyini söyləyib. Görüşün sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
+  -  Çap 
Yerləşdirilib: 09.12.11 | Baxılıb: 99

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •