|
İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim görünüşünün bərpası və qorunması üçün bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, yaxın vaxtlarda qəsəbədə köhnə hamam və məscid bərpa olunacaq, mehmanxana tikiləcək. APA-nın məlumatına görə, bu barədə məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, rayonunun Lahıc kəndinə yeni yol çəkilir və növbəti il istifadəyə veriləcək. O deyib ki, İvanovka kəndində çörək zavodu tikilir və bu müəssisə fəaliyyətə başladıqdan sonra İvanovka çörəklərinin Bakıya göndərilməsi nəzərdə tutulur.
|