Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
«Bildiyiniz kimi bu, sui-qəsddir»
Rafiq Tağı: «Görünür, kimlərsə bizi istəmir. İnsanı düşündüyünə görə öldürülməsi, vurulması düzgün deyil»

Yazıçı Rafiq Tağının bıçaqlanması yazı əhlini bir-birinə vurdu. Bu tək qələm adamının yox, həm də ədəbiyyatın yaralanması idi. Onu gecə işdən evinə gələrkən vurmuşdular. Yaxşı ki, onun əlində çantası olub, yoxsa bıçaq düz ürəyinə saplanacaqmış. Çantasını sinəsinə sıxaraq ürək nahiyəsindən ala biləcəyi zədələrdən özünün qoruya bilib. Vurulandan sonra yaralı halda evinə gedib, ailəsi və qonşular tez onu xəstəxanaya çatdırıblar. İlkin kömək göstəriləndən sonra yazıçını əməliyyat otağına aparıblar, artıq həyatı üçün təhlükə sovuşub.


Yenə sıralarınıza qayıdacaq

Dünən yazıçının müalicə aldığı xəstəxanaya yollandıq. Onun müalicəsi ilə məşğul olan, Birinci Cərrahiyyə bölməsinin həkimi Nizaməddin Əsgərov bildirdi ki xəstə 6 bıçaq yarası alıb. «Yaralardan biri sağ körpücüküstü nahiyədən, ikisi sol kürək nahiyəsindən, qarnın ön divarından, biri isə döş qəfəsinin sol yarısındadır. Bundan başqa zərbə güclü olduğuna görə qabırğa da qırılıb. Həmçinin, qarın boşluğu açılıb. Qanaxma çox olduğuna görə dalağı çıxarılıb». Həkim deyir ki, xəstənin yaşının da çox olması ona müəyyən çətinliklər yaradır. «Hal-hazırda vəziyyəti ağır olsa da stabildir. Yarası irinləyə bilər. Qanaxma ola bilər. Ona görə də davamiyyətli olaraq nəzarətdə saxlayırıq. Nəzərə alsaq ki, 6 bıçaq yarası və bir əməliyyat yarası var, bu mənada dözmək onun üçün çox çətindir. Ümumən vəziyyəti pis deyil. Hələ onun müalicəsinin ilkin mərhələsidir».


Həkimin sözlərinə görə, R.Tağı xəstəxanaya gələnə qədər çox qan itiribmiş: «Hələ heç biz yaralarını açmamışıq. Sabahdan xəstəmizi gəzdirməyə başlayacağam ki, daha da yaxşı olsun. İnşallah yaxşı olacaq, yenə sıralarınza qayıdacaq. Buna inanıram».


Rafiq Tağının bizə danışdıqları:


«Bildiyiniz kimi bu hadisə sui-qəsddir. Belə hadisələr olan şeylərdir. Başqa ölkələrdə də olub. Amma əslində olmamalıdır. Görünür, kimlərsə bizi istəmir. İnsanı düşündüyünə görə öldürülməsi, vurulması düzgün deyil. Vurulandan bəri heç bir şey yeməmişəm, sadəcə elə su içirəm. Düzü, iştaham da yoxdur. Sadəcə tez-tez susayıram. Çox sağ olun ki, zəhmət çəkib gəlmisiniz. Əvvəlki vaxtlara nisbətən yaxşıyam, elə bilirəm ki, həyatı təhlükə sovuşub. Hamı ilə bir-iki dəqiqə görüşürəm, çox icazə yoxdur. Həm də çox danışmaq olmaz. Çox sağ olun ki, gəlib ziyarət elədiniz, sizi görməyimə şad oldum.


Niyə vurulub?


Hazırda R.Tağının vurulması işlə bağlı müxtəlif versiyalar var. İstintaq qrupu araşdırmalarla məşğul olur. Amma yazıçının vurulması ilə bağlı onun əsas amillərin kökündə yazılarının durduğu danılmazıdır. Onun sonuncu yazısı “İran və qloballaşma qaçılmazlığı” adlı məqaləsi ədəbi-ictimai mühitdə səs-küylü olmuşdu. Məqalədə İranın qloballaşmadan yaxa qurtara bilməyəcəyi, bu ölkənin Azərbaycanı təhdid mesajları, müasir dünyada teokratiyanın uyuşmaması problemləri aydınlaşdırılımışdı.


Digər ehtimal isə cinayəti dini radikalların törətməsi ilə bağlıdır. Belə ki, R.Tağının dini dünyagörüşündəki alternativlik daim ona qarşı müxtəlif adamların təzyiq göstərməsinə rəvac verib.


Ehtimalların çoxşaxəli olmasına baxmayaraq, istintaq bitməyənə qədər bu barədə qəti fikir yürütmək düzgün deyil. Yazıçı kiminləsə şəxsi probleminin olmadığını dəflərlə bildirib.


Müşahidə


Rafiq bəy xəstə olanda belə əyilməzdir. Biz onunla görüşəndə o bizim əlimizdən deyil, biləyimizdən yapışdı və silkələdi. O dözümlülüyü ilə, ah-uf etməməyi ilə bizim gözlərimizə işıq gətirdi. Hətta onun səsindəki şuxluq o qədər sirayətedici idi ki, yaralarını görməsəydik deyərdik ki, Rafiq bəyi yüngülcə zökəm tutub. Bu dərəcədə onun qətiyyətli və dözümlü, üzünün gülərüz olması ona qarşı olan hörmətimizi daha da artırdı. Onun yarlı-yaralı evinə qədər gedib çıxması da yəqin elə onun iradəsinin və dözümlülüyünün işarəsidir. Bu müsbət keyfiyyət hamımız üçün örnək sayıla bilər.

Allah R.Tağını hifz elədi, qorudu. Biz də buna görə yaradana minnətdarıq. Amma başa düşə bilmirik ki, insanlar başqalarının əks mövqeyini niyə qəbul edə bilmir. Məncə, bu onu vuranların məğlubiyyətidir. Düşmən olmaq hər iki tərəfin məğlubiyyətidir, rəqib olanda isə heç olmasa tərəflərdən biri nəsə əldə edə bilir.

Belə bir söz var, köhnə yaraların yeri ağrımır. Şübhəsiz ki, R.Tağı sağalacaq və indiki isti yaralarına baxacaq onları yara kimi yox iz kimi qəbul edəcək. Amma cinayətkarlar vicdanlarının qarşısında həmişə yaralı-yaralı ömür edəcəklər.


Fərid Hüseyn
+  -  Çap 
Yerləşdirilib: 23.11.11 | Baxılıb: 186

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •