Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Budurmu demokratik dəyərlər?
ABŞ və Fransanın dinc aksiya iştirakçılarına qarşı dözümü çox çəkmədi

Artıq iki ay idi ki, Birləşmiş Ştatlarda «Wall Street-i tutaq» hərəkatı iştirakçılarının etiraz aksiyası dünyanın xəbər agentliklərinin başlıca xəbərinə çevrilmişdi.


Maliyyə institutları və hökumətin büdcəyə qənaət etmək üçün gördüyü tədbirlər üzündən başlanan aksiyalar Amerikanı bir-birinə vurmuşdu. İqtisadi və sosial bərabərsizliyə qarşı çıxan etirazçıların əsas iştirakçıları tələbələr, müəllimlər, səhiyyə işçiləri və fəhlələr idi. Hərəkat iştirakçıları korporativ acgözlük və korrupsiyaya qarşı etiraz etdiklərini, təbəqələr arasındakı uçurumun böyüdüyünü deyirdilər. Onların sözlərinə görə, ölkədə biznesmen və siyasətçilərdən ibarət elit təbəqə - 1 faiz adam varlandığı bir vaxtda digərlərinin qazancları gündəlik dolanışıqlarına çatmır. Sentyabrın 17-dən bəri «Wall Street»in yaxınlığındakı Zuccotti parkında düşərgə salan ''Wall Streetin işğalçıları'' adlı vətəndaşlar tərəfindən təşkil edilən etiraz nümayişi əsnasında minlərlə insan saatlarla şüar səsləndirirdi.


ABŞ hökumətinin aksiya iştirakçılarına dözümlülüyü çox çəkmədi

Lakin dünyaya hüquq və azadlıqların beşiyi kimi təqdim olunan ABŞ-da hakimiyyətin aksiya iştirakçılarına qarşı dözümlülüyü çox çəkmədi. Ötən gecə aksiya iştirakçılarının çadır qurduğu Zuccotti parkının ətrafı polislərlə doldurulmağa başladı. Onlar sentyabr ayından bəri parkda çadırlar quran, oturaq aksiya keçirənlərə ərazini təmizləmək üçün buranı tərk etməli olduqlarını bildiriblər. Gecə saat iki radələrində “Ya gedin, ya da həbs ediləcəksiz” xəbərdarlığı olunandan sonra parkdakı yüzlərlə etirazçı ərazini tərk edib. 10 dəqiqə sonra polis hələ orda qalanları sıxışdırmağa başlayıb. Qoruyucu dəbilqələrdə olan polislər çadırları söküb, etirazçıların şüarlarını yığıb, başqaları isə etirazçıları maşınlara basıblar. İki yüzə yaxın insan həbs edilib.

Aksiya dağıdılandan sonra mer sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdıqlarını, ancaq burada sərbəst toplaşmaq azadlığı ilə ictimai təmizlik, təhlükəsizlik hüququnun toqquşduğunu deyib.


Jurnalistlərə də aman verilməyib


Ən maraqlısı isə odur ki, daim jurnalistlərə qarşı zorakılıqları pisləyən ABŞ hökuməti peşə borcunu yerinə yetirən KİV nümayəndələrini həbs etməkdən də çəkinməyib. Belə ki, polis aksiyanı işıqlandıran üç jurnalisti də həbs edib. Onlar «Assoşieyted Press»in əməkdaşı Karen Metyuz, Set Veniq və «New York Daily News»un əməkdaşı Metyu Lisyakdır. Media nümayəndələri çadır düşərgələrinə hücum edən polis əməkdaşlarının hərəkətlərini  işıqlandırırmışlar. Özü də onlar qandallanıblar. Bu zaman yüzlərlə insan «Demokratiya budurmu?» şüarları səsləndiriblər».


«Baxın demokratiya budur»


 «Baxın demokratiya budur» şüarı səsləndirən etirazçılar deyirlər ki, polisin parkı təmizlik və təhlükəsizliyin təmin edilməsi adıyla boşaltması sadəcə bəhanədir. Məsələn, bir həftə boyunca parkda oturaq aksiyaya qatılan Conni Saqan deyir ki, polis reydi hökumətin “Wall Street-i tutaq” aksiyaçılarının böyük şəhərlərdən çıxarmaq kampaniyasının tərkibidir.

Oakland merinin hüquq müşaviri Dan Siegel bu addıma etiraz olaraq istefa verdiyini açıqlayıb.



Məhkəmə meri çadırları dağıtmaq qərarını qanuni saydı

Nyu-York Ali Məhkəməsi mer Maykl Blumberqin çadır şəhərciyinin ləğv edilməsi ilə bağlı qərarını qanuni sayıb. "Wall Street-i işğal et" hərəkatının düşərgəsi dağıdılsa da, etiraz aksiyaları davam edir. Hərəkat nümayəndələri Nyu-York polisinin Zuccotti parkını təmizləmək əməliyyatına yeni nümayişlərlə cavab veriblər. Kaliforniya Universitetinin ətrafında toplaşan bir qrup etirazçı yeni "Kaliforniyanı işğal et" düşərgəsi qurmağa çalışıb. Universitetin tələbə birlikləri və universitet işçilərinin həmkarlar ittifaqları düşərgə tətilinə və yürüşə çağırıb.


Fransa polisi də aksiyanı dağıtdı


ABŞ polisinin atdığı addımdan ruhlanan Fransa polisi də ötən gecə jandarmeriyanın köməyi ilə Paris yaxınlığında çadır şəhərciyi qurmuş aksiya iştirakçılarına hücum edib. Məlumata görə, xüsusi əməliyyat zamanı xeyli insan həbs edilib. 100-ə yaxın polis əməkdaşı «Qəzəblənənlər» hərəkatının üzvlərinə qarşı hücuma keçiblər. Onların əlindən şüar və tentlər alınıb. Aksiya iştirakçıları polisin hərəkətini həddən artıq sərt adlandırıblar.


Beləliklə, daim demokratiyadan dəm vuran və dünyaya ağıl öyrədən demokratiya carçılarının dözümlülüyü bir daha özünü göstərmiş oldu. Dinc tələblərlə aksiya keçirənlərə qarşı güc tətbiq edən və özünü demokratik dəyərlərə daima əməl etməsindən danışanlar yəqin ki, bundan sonra kiməsə ağıl öyrətməyə çalışmayacaqlar.


A.NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 17.11.11 | Baxılıb: 192

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •