|
Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış "Təhsil Sektorunun İnkişafı Layihəsinin" cari il vəziyyətinə son auditi həyata keçirilib. Audit beynəlxalq audit şirkəti olan "Baker Tilly Azerbaiyan" MMC tərəfindən aparılıb. Bu barədə qəzetimizə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən qeyd edilib ki, "Baker Tilly Azerbaiyan" MMC ilə Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb. Auditorlar layihənin maliyyə göstəricilərinin, Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin və layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər.
"Baker Tilly Azerbaiyan" MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 15 oktyabr 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan layihənin yekun Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair müvafiq Auditor rəyi verib: "Bizim rəyimizcə, layihənin xüsusi məqsədli maliyyə hesabatları, bütün əhəmiyyətli aspektlər baxımından onun 15 oktyabr 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir".
HƏQİQƏT
|