Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Azercell” və “Bakcell” “3G” lisenziyası aldı
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası qərar verib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, iclası açıq elan edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 9 ayında informasiya-kommunikasiya sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.

2011-ci ilin 9 ayı ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən nazir bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 12,4%, o cümlədən telekommunikasiya sektorunda 8,3%, İT sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8% təşkil edib.

Hesabat dövründə mobil abunəçilərin sayı 10 mln. nəfərə yaxın, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir.

Məruzə ətrafında çıxışlardan sonra kollegiyaya yekun vuran nazir Azərbaycan prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini vurğulayaraq, bir sıra mühüm əhəmiyyət kəsb edən layihə və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

Kollegiyada “Azercell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib, eyni zamanda nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılıb.


F.Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 03.11.11 | Baxılıb: 138

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •