Məsələ “Azneft”in Qaz Anbarlarının İstismarı İdarəsində müzakirə olunub
Bu günlərdə “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsində şöbə və sex rəhbərlərinin, eləcə də Birlik nümayəndələrinin iştirakı ilə İdarənin “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 9 aylıq hesabat”ına həsr olunmuş müşavirə keçirilmişdir Müşavirədə çıxış edən Qaz Anbarlarının İstismarı İdarəsinin Baş mühəndisi Zaur Bağırov müəssisənin 9 aylıq fəaliyyətini təhlil etmiş, struktur sahələrdə əmək şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitlər və bundan sonra planlaşdırılan işlər haqqında ətraflı məlumat vermişdir.
Qaz Anbarlarının İstismarı İdarəsinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsinin rəisi Rüstəm Şirinov “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 9 aylıq hesabat”ı iştirakçıların nəzərinə çatdırmışdır.
Hesabatın müzakirəsi zamanı “Azneft” İB Baş direktorun Əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov Qaz Anbarlarının İstismarı İdarəsində əməyin təhlükəsizliyi üzrə tədbirlərin düzgün istiqamətləndirilməsinin və vaxtaşırı texnoloji xidmətlərin təşkil olunmasına diqqətin artırılmasının, kadr seçimi və yerlərdə onların işinə nəzarətin düzgün qurulmasının əməyin təhlükəsizliyinə öz töhfəsini verəcəyini bildirmiş, işin beynəlxalq standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması üçün əməyin mühafizəsinin rolunu qeyd etmiş, tövsiyyələrini diqqətə çatdırmışdır. Müşavirədə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Fuad
|