Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kosovonun "müstəqilliy"i məhkəməyə düşüb
Belqrad problemi Haaqa Məhkəməsinə çıxarıb

Dünən Beynəlxalq Haaqa Məhkəməsində Kosovonun öz müstəqilliyini elan etməsinin legitimliyi ilə bağlı məhkəmə prosesi başlayıb. İddiaçı qismində Serbiya çıxış edir. Dinləmələr 9 gün davam edəcək. Dünənki proses zamanı Kosovo və Serbiya öz mövqelərini ortaya qoyublar. Daha sonra məhkəmə qərarını çıxartmaq üçün müzakirələrə başlayacaq. Ekspert Draqan Stavlianin Haaqadan xəbər verib ki, bütün prosedur bir neçə ay davam edəcək. Gözlənilir ki, məhkəmə gələn ilin birinci yarısında qərarını bildirsin.
Belə fikir var ki, məhkəmə qəti qərar verməyə bilər. Məhkəmənin sədri, hakim Hisaşi Ovada vurğulayıb ki, məhkəmə dəqiq cavab verməyəcək. Məhkəmənin rəyi 30 səhifəlik materialdan ibarət olacaq. Çünki hakimlərin hərəsinin öz fikri var. Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin fikrincə, Belqrad məhkəmənin elə bir qərar qəbul edəcəyinə ümidlidir ki, bu, Kosovonun müstəqilliyinin tanınması prosesinə son qoyacaq. Belqrad istəyir ki, məhkəmənin qərarı Priştinanı Kosovonun taleyi ilə bağlı yenidən danışıqlara başlamağa məcbur etsin: "Kosovo müstəqilliyini elan edəndən 63 ölkə onun müstəqilliyini tanıyıb. Ancaq hələ də qeyri-müəyyən fikirdə olan ölkələr var. Həmin ölkələr bu məhkəmənin qərarını gözləyirlər. Baxmayaraq ki, məhkəmənin qərarı məcburi yox, tövsiyə xarakterli olacaq. Hər halda bu qərar Kosovonu tanıyıb-tanımamaq barədə qərar qəbul etməyən ölkələrin mövqeyinə bu və ya digər şəkildə təsir edəcək. Xüsusilə, Asiya, Afrika, Cənubi Amerika ölkələrinin mövqeyinə".
Rusiya Qərbin Kosovonun müstəqilliyini dəstəkləməsindən məyus olduğunu açıq-aşkar bildirib. Moskva Belqradın bu arqumentini dəstəkləyir ki, Kosovonun birtərəfli addımı destabilizasiyaya xidmət edir və beynəlxalq hüququ pozur. Rusiyanın baş naziri Vladimir Putin Qərbin Kosovonun müstəqilliyini dəstəkləməsini qanunsuz və qeyri-əxlaqı rəftar kimi qiymətləndirib. Onun sözlərinə görə, Qərbin bu addımı dünyanın müxtəlif yerlərində separatçıları müstəqilliyə ruhlandırır. Kosovo və Qərb ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Britaniya, Fransa, Almaniya isə bildirirlər ki, Kosovonun müstəqilliyi unikal bir hadisədir, başqa etnik münaqişələr üçün presedent ola bilməz. Onlar onu da deyirlər ki, Yuqoslaviyanın dağılmasından sonra serb qüvvələrinin Kosovoda etnik təmizləmələr və qətliamlar törətməsindən sonra Serbiya hakimiyyətinin Kosovonu idarə etməyə heç bir etik və hüquqi əsası qalmayıb. Məhkəmədə rəyi öyrəniləcək 29 ölkədən 15-i Kosovonun müstəqilliyini, 14-ü isə Belqradın mövqeyini dəstəkləyir. Kosovo müstəqilliyini 2008-ci ilin fevralında elan edib. 1999-cu ilin iyunundan NATO qüvvələri Kosovoya daxil olublar. Müstəqilliyini elan edənə qədər Kosovo BMT-nin idarəçiliyi altında olub.
+  -  Çap 
Yerləşdirilib: 03.12.09 | Baxılıb: 290

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •