Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Barak Buş
Obama Əfqanıstana daha 30 min hərbçi göndərir

ABŞ prezidenti Barak Obama nəhayət ki, Əfqanıstan müharibəsi ilə bağlı yeni strategiyanı açıqlayıb. Obama "Taliban" qüvvələrini məğlub etmək üçün Əfqanıstana əlavə 30 min əsgər göndərəcəyini və bu əsgərlərin həmin ölkədə ən azı 18 ay qalacağını elan edib. ABŞ lideri habelə administrasiyasının Əfqanıstandakı strateyi hədəfləri haqda məlumat verib. Nitqinin əvvəlində Obama Əfqanıstan müharibəsinin tarixi köklərinə ekskursiya da edib. O bildirib ki, ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsini əsaslandıran faktor 2001-ci il sentyabrın 11-də baş vermiş terror hadisələri olub. Əfqanıstanda yuva salan "Əl-Qaidə"nin Amerikaya hücum etməsindən sonra Birləşmiş Ştatlar özünü müdafiə məqsədilə "Əl-Qaidə"yə sığınacaq vermiş "Taliban" reyimini devirdi. Lakin bundan sonrakı müddətdə, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi diqqəti Əfqanıstandakı mübarizədən yayındırdı və nəticədə "Taliban" qalıqları güclənməyə başladı. Ötən bir neçə il ərzində Əfqanıstanda vəziyyətin gərginləşdiyini deyən Barak Obama oraya əlavə qüvvə göndərməyin vacibliyini vurğulayıb: "Ali Baş Komandan kimi mən müəyyən etmişəm ki, Əfqanıstana əlavə 30 min ABŞ əsgəri göndərmək bizim milli maraqlarımıza xidmət edir. 18 aydan sonra qoşunlarımız vətənə qayıtmağa başlayacaq. Qoşunlarımızın sonda məsuliyyətlə Əfqanıstandan çəkilməsi üçün əfqanların imkanlarını möhkəmləndirməklə yanaşı, təşəbbüsü ələ almağımız üçün bizə bu resurslar lazımdır".
Obama ABŞ-ın Əfqanıstandakı strateyi hədəflərini üç başlıca amildə gördüyünü söyləyib. Birincisi, ABŞ qüvvələri əsas yaşayış məntəqlərində təhlükəsizliyi təmin etməlidir ki, əhali özünü qorunmuş hiss etsin. İkincisi, BMT və başqa beynəlxalq tərəfdaşlarla birgə ABŞ Əfqanıstanda sivil cəmiyyətin inkişafına yardım göstərəcək. Üçüncü olaraq isə, Amerika Əfqanıstanda uğurlu strategiyanın qonşu Pakistanla sıx əməkdaşlıq aparmaqdan asılı olduğunu anlayır və bu yöndə məqsədyönlü iş aparacaq.
Əfqanıstan strategiyasını tənqidçilərdən müdafiə edən prezident qoşun artımının Vyetnam müharibəsi ilə müqayisə olunmasını rədd edib. Onun fikrincə Vyetnamdan fərqli olaraq "Taliban" cəmiyyətdə geniş dəstəyə malik deyil və əksər əfqanlar demokratik ölkədə yaşamağa üstünlük verir. Vaxt möhlətinin məhdudiyyətlərinə gəldikdə isə Barak Obama bildirib ki, Amerikanın Əfqanıstanla bağlı öhdəlikləri müddətsiz ola bilməz və əvvəl-axır əfqan xalqı öz idarəçiliyini öz əlinə almalıdır. Amerikanın tarixən dünyada azadlıq və demokratiyanı tərənnüm edən qüvvə olduğunu vurğulayan Barak Obama əmin olduğunu bildirdi ki, bu dəfə də Birləşmiş Ştatlar zamanın sınaqlarından uğurla keçəcək: "Keçmişin qüdrətlərindən fərqli olaraq, biz dünyaya ağalıq etmək arzusunda olmamışıq. Bizim öz dövlətimiz zülmə müqavimət üzərində qurulub. Bizim uğrunda vuruşduğumuz və vuruşmaqda davam etdiyimiz odur ki, övladlarımız və nəvələrimiz xoşbəxt gələcəyə nail oslunlar və biz inanırıq ki, əgər başqa xalqarın övladları və nəvələri azadlıqda və imkanlara çıxış verən cəmiyyətlərdə yaşasalar, onda onların həyatları daha yaxşı olar".
+  -  Çap 
Yerləşdirilib: 03.12.09 | Baxılıb: 360

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •