Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rusiya klubları futbolçularımızla maraqlanır
Diqqət mərkəzində olanlar Mahir Şükürovla Vaqif Cavadovdur

"Mən komandadan kənarlaşdırılmamışam. Necə kənarlaşa bilərəm ki, indi məşqə çıxıram. Başa düşmürəm, bu söhbətlər haradan çıxıb?" Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının "İnter" klubunun bə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.
Ölkə mətbuatında 27 yaşlı futbolçunun ötən yay qayıtdığı paytaxt təmsilçisindən uzaqlaşdırıldığı barədə dezinformasiya yayılıb. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun meneceri ilə müqavilə imzalayan M.Şükürov karyerasını vətəndən kənarda davam etdirmək istəyir: "Alman menecerlə müqavilə imzalasam da, hələlik yenilik yoxdur. İndi bütün diqqətimi "İnter"in qalan oyunlarına yönəltmişəm. Çempionat davam edir. İlin sonunadək hələ 5 oyunumuz var. "İnter"lə müqaviləm başa çatmadığından, hansısa komandaya sərbəst keçə bilmərəm. Menecerim klub rəhbərliyi ilə danışıqlar aparır. Əgər konkret təklif olarsa, danışıqlar gedərsə, taleyimə "İnter"in prezidenti qərar verəcək. "Amkar", ümumiyyətlə, Rusiya variantı ilə bağlı konkret bir şey deyə bilmərəm". "Amkar" klubunun texniki direktoru Vladislav Şelqunov da apasport.az saytının müxbiri ilə söhbətində bəzi futbolçularımızla maraqlandıqlarını gizlətməyib. Düzdür, bu sırada daha çox M.Şükürovun adı hallansa da, V.Şelqunov başqa futbolçunun adını çəkib. O, M.Şükürovun keçidinin gündəmdə olmadığını, ümumiyyətlə, onu tanımadığını bildirib. Əvəzində "Amkar"ın texniki direktoru vurğulayıb ki, milli komandamızın Rusiya ilə Bakıdakı görüşündə (1:1) bərabərlik topunu vuran 20 yaşlı hücumçu Vaqif Cavadovu bəyənib.
"Mahir Şükürovdan fərqli, Cavadovu tanıyıram. Rusiya ilə oyunda yaxşı təsir bağışladı, qol da vurdu. Onun oyunu çox xoşuma gəldi. Maraq dairəmizdə azərbaycanlı futbolçular da var. Ancaq hələlik ad açıqlamayacağam. Yalnız onu deyə bilərəm ki, 2 nəfərdir. Konkret Vaqifin transferi ilə də bağlı qəti söz deyə bilmərəm. Hələlik ümumi baxış keçiririk" - deyə Şalqunov əlavə edib.
Rusiya Premyer Liqasında mövsümün yeni bitdiyini xatırladan V.Şelqunovun sözlərinə görə, hansı futbolçunu transfer edib-etməyəcəklərini vaxtı gələndə müəyyənləşdirəcəklər: "Təbii ki, həmin vaxt baş məşqçimiz Rəşid Rəhimovun fikrini öyrənəcəyik. Ancaq hələ ki azərbaycanlı futbolçuların keçidini onunla müzakirə etməmişik. Lazım olarsa, bunu da edəcəyik. Bilirsiniz, Azərbaycan çempionatının səviyyəsi hazırda Rusiya Premyer Liqasından çox geri qalır. Bu, transfer məsələlərində problem yarada bilər. Ümid edirəm ki, milli çempionatınızın səviyyəsi gələcəkdə yüksək olacaq. Hər şey ola bilər. Çox şey futbolçunun özündən asılıdır".
+  -  Çap 
Yerləşdirilib: 03.12.09 | Baxılıb: 309

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •