Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Müəmmər Qəddafi öldürüldü
Liviya liderinin qan içində olan cəsədini küçələrdə sürüyüblər

Dünən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ölüm xəbəri yayıldı. Məlumata götrə, Sirt şəhərində döyüşlər zamanı Müəmmər Qəddafinin olduğu sığınacaq aşkarlanıb. Daha sonra isə onun Misrata rayonunda hər iki ayağından yaralı vəziyyətdə ələ keçirildiyi, amma xəstəxanaya aparılarkən öldüyü açıqlanıb.


Liviya Milli Keçid Hökumətinin nümayəndələri onun tutulan zaman aldığı yaralardan öldüyünü bildiriblər. “Əl-Cəzirə” kanalının mənbələri də Qəddafinin Sirt şəhəri uğrunda döyüşlər zamanı öldürüldüyünü təsdiqləyiblər. Keçid hökumətinin zabitlərindən biri hər iki ayağından yaralanan polkovnikin yeraltı bunkerdə tapıldığını vurğulayıb.


Digər versiyaya görə, Qəddafi şəhərdən çıxmağa cəhd edərkən öldürülüb. Guya ki, onun içində olduğu avtomobil kolonu Sirti tərk etmək istəyərkən NATO təyyarələrinin hücumuna məruz qalıb. Bundan əlavə, Qəddafi hökumətində müdafiə naziri postunu tutan Əbu Bəkr Yunus Cəbra öldürülüb, informasiya naziri Musa İbrahim tutulub.


“France Presse” agentliyi Liviya liderinin tutulması zamanı çəkilən fotosunu yayımlayıb. Daha sonra Qəddafinin öldürülməsinin detalları məlum olub. “İTAR-TASS” agentliyinin verdiyi məlumata görə, Liviya Milli Keçid Şurasının hərbi bölmələri Müəmmər Qəddafinin anadan olduğu Sirt şəhərini ələ keçirdikdən sonra şəhərin qərbindən 10 avtomobil çıxıb. Avtomobil karvanı Misrata şəhərinə doğru hərəkət etməyə başlayıb. Bir müddət sonra NATO aviasiyası avtomobil karvanına hücum çəkib. NATO qırıcılarının hava zərbəsi endirməsindən xeyli müddət sonra Liviya Milli Keçid Şurasının da hərbi bölmələri maşın karvanı olan əraziyə gəlib. Yaralı ələ keçən Müəmmər Qəddafi təcili yardım maşını ilə Misrata şəhərinə gətirilərkən yolda həyatını itirib.


Müəmmər Qəddafinin olduğu maşın karvanında oğlu Mutasim Qəddafi, kəşfiyyat xidmətinin rəhbəri Abdalla as-Senussi də olub.
Liviyanın devrilmiş rəhbəri Müəmmər Qəddafinin cəsədi təhlükəsizlik məsələləri ilə bağlı məxfi yerə aparılıb. “Reuters”in verdiyi məlumata görə, bunu Liviya Milli Keçid Şurasının təmsilçisi Məhəmməd Abdel Kafi söyləyib. Müəmmər Qəddafinin ölümünü Liviya Milli Keçid Şurasının informasiya naziri Mahmud Şammam da təsdiq edib. Liviya Milli Keçid Şurasının hərbi rəhbəri Abdelhakim Belhac isə “əl-Cəzirə” telekanalına müsahibəsində iddia edib ki, Müəmmər Qəddafi Sirt şəhərində qiyamçılar tərəfindən öldürülüb və o, bunu təsdiqləyə bilər.


Liviyanın devrilmiş liderinin ölümünə İtaliyanın baş naziri, vaxtilə onunla dost olmuş Silvio Berluskoni də münasibət bildirib. Bununla da Liviyada müharibənin bitdiyini qeyd edən Berluskoni deyib: «Dünya fanidir».



Müəmmər Qəddafinin oğlu da öldürülüb


Dünən günün sonuna yaxın Liviyanın keçmiş liderinin oğlu Mutasim Qəddafinin də öldürülməsi haqda xəbər yayıldı. “France Presse” agentliyinin verdiyi məlumata görə, Keçid Hökumətinin nümayəndəsi onun cəsədinin tapıldığını bildirib. “Biz onun cəsədini tapmışıq. Onunla bərabər keçmiş müdafiə nazirinin də cəsədini götürmüşük. Cəsədlər təcili yardım avtomobilində Misrataya göndərilib” – deyə, Keçid Hökumətinin silahlı qüvvələrinin komandanı Məhəmməd Leyt bildirib.


Xatırladaq ki, əvvəlcə Mutasim Qəddafinin əsir götürüldüyü barədə məlumat yayılmışdı. İstisna deyil ki, o, əsir götürüləndən sonra öldürülüb.



Liviya liderinin cəsədini təhqir ediblər


“Əl-Cəzirə” telekanalı silahlıların Liviya liderinin qan axan cəsədini küçələrdə sürümələrini nümayiş etdirib. Kadrlarda görünür ki, polkovnik başından güllə ilə vurulub, sifəti qan içindədir.


Qəddafi ilə bağlı dünən yayılan ilk kadrlarda onun hələ sağ olduğu görünürdü. Son kadrlarda isə onun meyiti nümayiş etdirilir. Bundan əlavə, ilk kadrlarda polkovnik geyimdə olub. Son kadrlarda isə onun çılpaq soyundurulduğu görünür. Buna görə də son kadrlar polkovnikin əsir götürüləndən sonra güllələnərək öldürüldüyü ehtimalını artırır.



Qəddafinin qızıl tapançası qiyamçıların əlində


Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin yerini Məhəmməd Bibi adlı döyüşçü aşkarlayıb. Qəddafinin doğma şəhəri Sirti ələ keçirən Liviya Milli Keçid Şurasının döyüşçüləri Məhəmməd Bibini əllərində atıb-tutublar.


Məhəmməd Bibi Liviyanın yeni qəhrəmanı ola bilər. O, Müəmmər Qəddafidən götürdüyü qızıl tapançanı da əlindən yerə qoymur. Məhəmməd Bibi deyib ki, Qəddafi ona “Atəş açma!” deyərək qışqırıb.
+  -  Çap 
Yerləşdirilib: 21.10.11 | Baxılıb: 200

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •