Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dağlıq Qarabağ problemi prioritet mövzudur
Elmar Məmmədyarovun Afinadakı bütün görüşlərində münaqişə barədə müzakirələr aparılıb

ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında iştirak etmək üçün Afinada olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü ATƏT-in baş katibi Mark Perrin de Brişambo ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycanla ATƏT arasında təşkilatın fəaliyyətinin bütün istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Regiondakı mövcud münaqişələrin sabitlik, təhlükəsizlik və davamlı inkişafa başlıca təhdid olduğunu bildirən tərəflər Avropanın təhlükəsizlik arxitekturasının təmini üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyini qeyd edib, habelə bu istiqamətdə ATƏT-in fəaliyyətində səmərəliliyin artırılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verən nazir E.Məmmədyarov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin münaqişənin həllində əsas maneə olduğunu deyib və münaqişənin həllində irəliləyişin əldə edilməsi üçün işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirib. M.Brişambo isə münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün danışıqlardakı hazırki intensivliyin saxlanılmasının önəmli olduğunu bildirib, habelə danışqlarda vasitəçilik edən tərəflərin ən yüksək səviyyədə dəstəyini müsbət və vacib məqam kimi qiymətləndirib.
Yeri gəlmişkən, Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Maris Reikstints ilə görüşüb. Tərəflər Azərbaycan-Latviya əməkdaşlığının cari vəziyyətini yüksək qiymətləndirərək, əlaqələrin daha da dərinləşdirilməsi üçün siyasi, iqtisadi, humanitar və digər sahələrdə təmasların intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. İki ölkə arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində də inkişaf etdirilməsinin vacibliyini bildirən tərəflər bu xüsusda "Şərq Tərəfdaşlığı" təşəbbüsünün yaratdığı imkanlardan faydalanmağın məqsədəuyğunluğunu qeyd ediblər. Nazir E.Məmmədyarov "Şərq Tərəfdaşlığı" təşəbbüsü üzrə vəzifələrimizin əsas etibarilə ölkəmizdəki həyat standartlarının Avropa səviyyəsinə qaldırılması ilə bağlı olduğunu bildirib. O, bunun üçün birgə texniki proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da toxunulub. Azərbaycanın heç zaman öz ərazilərinin işğalı ilə barışmayacağını bildirən nazir E.Məmmədyarov münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib.
Nazir E.Məmmədyarov növbəti görüşü İsrailin xarici işlər naziri Aviqdor Liberman ilə keçirib. Tərəflər Azərbaycan və İsrail xalqlarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafı üçün əhəmiyyətli zəmin olduğunu vurğulayıblar. Görüşdə habelə, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov israilli həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin cari vəziyyəti, habelə nizamlanmaya dair ölkəmizin mövqeyi barədə məlumatlandırıb.
Xarici işlər naziri E.Məmmədyarovun növbəti görüşü ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə olub. Görüşdə əsas etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin nizamlanması ilə bağlı əsas maneənin Azərbaycan ərazilərinin işğalı faktının olduğunu bildirən nazir E.Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyiş kimi ilkin mərhələdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bildirib. Bu fikrə tam şəkildə razılığını ifadə edən Q.Lenmarker Azərbaycan torpaqlarının işğaldan azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini qeyd edib. Azərbaycanın getdikcə qüdrətləndiyini və regionun aparıcı dövlətinə çevrildiyini vurğulayan Q.Lenmarker, ümumilikdə regionun inkişafı və çiçəklənməsində Azərbaycanın müstəsna rolunu vurğulayıb.
Sonra nazir E.Məmmədyarov Estoniyanın xarici işlər naziri Urmas Paet ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığın gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin vacibliyini bildirən tərəflər habelə, iki ölkə arasında konkret layihələrin həyata keçirilməsi üçün Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün faydalı imkanlar açdığını bildiriblər. Nazir E.Məmmədyarov "Şərq Tərəfdaşlığı" təşəbbüsündən ölkəmizin gözlədiklərinin Azərbaycanda müxtəlif sahələr üzrə standartların Avropa səviyyəsinə qaldırılmasından ibarət olduğunu bildirib və bu məqsədə xidmət edə biləcək texniki yardım layihələrinin həyata keçirilməsində maraqlı olduğumuzu vurğulayıblar. Nazir E.Məmmədyarov Sovetlər İttifaqının dağılmasından sonra Estoniyanın Avropa standartlarının təmini isitiqamətində əldə etdiyi təcrübəsinin ölkəmiz üçün maraqlı olduğunu bildirib. Nazir U.Paet Estoniya tərəfinin qeyd edilən sahələr üzrə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Nazir E.Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin bütün istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Əfqanıstan mövzuları ətrafında da fikir mübadiləsi aparıblar. Nazir Ə.Davudoğlu regionda sülh və təhlükəsizliyin təmini üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini bildirib. O, yalnız Azərbaycanın əraziləri işğaldan azad olduqdan sonra Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiyasının və icra edilməsinin mümkünlüyünü bildirib. Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti və məsələyə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib. Görüşün sonunda nazir Ə.Davudoğlu azərbaycanlı həmkarını Türkiyəyə rəsmi səfərə dəvət edib. Dəvəti qəbul edən nazir E.Məmmədyarovun səfərin dekabr ayının ikinci yarısında həyata keçirilməsinin mümkünlüyünü bildirib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 03.12.09 | Baxılıb: 319

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •