Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dəmir yolunun ətrafında 800-dən artıq qanunsuz tikili var
«Dəmir Yolları” QSC-nin rəhbəri deyir ki, bundan sonrakı addımlar hökumətin qərarından asılı olacaq

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərini birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Arif Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər qrafikə uyğun aparılır. Belə ki, bu dəmir yolu ilə yük qatarları ilə yanaşı sərnişin qatarlarının hərəkəti də planlaşdırılır:

“Qapalı Səhimdar Cəmiyyət artıq İspaniyanın TALKO şirkətinə sərnişin qatarlarının alınması ilə bağlı müraciət edib. Bu şirkət Avropa dəmir yolu xəttinə keçid zamanı qatarların təkərlərinin dəyişməsini tələb etməyən sərnişin qatarları istehsal edən yeganə şirkətdir”.

Azərbaycanda həyata keçirilən iri dəmiryol layihələri ölkə ərazisindən dəmiryol yüklərinin daşınmasını daha 20 mln. ton artıracağını deyən Arif Əsgərov bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi nəticəsində əlavə 5 mln. ton yükün daşınması gözlənilir. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində isə əlavə 15 mln. ton yük daşınacaq. A.Əsgərov qeyd edib ki, Şimal-Cənub dəhlizi layihəsi Rusiya-Azərbaycan-İran istiqamətində olacaq. Bununla əlaqədar olaraq 3 ölkə arasında konsorsium yaradılmasına başlanıb. Konsorsiumun nizamnamə kapitalının 3 mln. dollar (hər ölkə 1 mln. dollar) olması nəzərdə tutulur. A.Əsgərov Azərbaycanın Şimal-Cənub dəhlizi layihəsinin reallaşdırılmasında maraqlı olduğunu xüsusi vurğulayıb: “Avropa, Skandinaviya ölkələri, eləcə də Rusiya və Ukrayna ərazisindən gələn yüklər Azərbaycan ərazisindən keçməklə İranın Bəndər Abbas limanı vasitəsilə Hind okeanı hövzəsi ölkələrinə çıxa biləcək”,-deyə o əlavə edib.

Qurumun sədri eyni zamanda dəmir yolu kənarında yerləşən evlərin gələcək taleyinədə aydınlıq gətirib: “Hazırda dəmir yolunun ətrafında qatarların hərəkətinə mane olan və təhlükə törədən 800-dən artıq qanunsuz tikili var. İndiyədək qatarların hərəkətini təmin etmək üçün qanunsuz tikililərin bir hissəsi, o cümlədən yarımçıq tikililər sökülüb, qalan tikililərin sökülməsi ilə bağlı hökumətə müraciət olunub. Bundan sonrakı addımlar hökumətin qərarından asılı olacaq”.
+  -  Çap 
Yerləşdirilib: 14.10.11 | Baxılıb: 154

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •