Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Heç-heçə "xəstəliyi"
"Mançester Siti" dalbadal 7-ci bərabərlikdən sonra liderlər qrupundan aralı düşüb

"Mançester Siti" İngiltərə çempionatında son 7 oyununun hamısını heç-heçə başa vurmaqla liderlər qrupundan əhəmiyyətli dərəcədə aralı düşüb. "Şəhərlilər" hazırda lider "Çelsi"dən 14, 2-ci sıradakı "M.Y."-dən isə 9 xal geri qalır. Buna rəğmən, baş məşqçi Mark Hyuz heç-heçələrin sıralanmasını heç də faciə kimi dəyərləndirmir. Preymer Liqanın "Hall Siti" ilə son ev oyununda 1:1 hesablı "sülh"ə razılaşan komanda bu gedişlə çempionluq yarışına çətin ki, qoşulsun. Hyuzun son mətbuat konfransında səsləndirdiyi fikirlərə görə, uelsli məşqçinin nikbinliyini itirmədiyini zənn etmək çətin deyil: "Komandamızda heç bir ciddi problem yoxdur. Əlbəttə, üzərimizdəki təzyiqlər bir qədər də artıb. Ürəkaçan nəticələr qazanmalı olduğumuzu bilirik. Axı komandanın ambisiyaları yetərincə yüksəkdir. Hazırda 7-ci sırada qərar tutsaq da, liderlər qrupundan çox da aralı düşməmişik. Odur ki, çox da həyəcanlanmağa dəyməz. İndi qarşıda bizi iki çətin oyun gözləyir. Çərşənbə günü ("M.S." Liqa kubokunun 1/4 finalında "Arsenal"la qarşılaşacaq) uğurlu nəticə əldə etsək, "Çelsi" ilə şənbəyə planlaşdırılan növbəti oyuna əla forma və motivasiyada çıxacağıq".
Məlumunuz olsun ki, "M.S." yay "transfer pəncərəsi" dövründə dünyanın ən fəal klublarından biri olmuşdu. Rəhbərlik heyətə bir çox tanınmış futbolçular cəlb etmişdi. "Şəhərlilər" mövsümün ilk oyunlarında çox gözəl nəticələrə imza atsa da, sonradan Premyer Liqanın ən "sülhpərvər" komandasına çevrilib. Maraq üçün qeyd edək ki, onların əsas problemi elə bundadır. "M.S." hazırda Premyer Liqada hamıdan az - yalnız bir dəfə məğlub olub.
Hyuz nikbinliyini itirməsə də, rəhbərlik artıq adekvat addım atmağa başlayıb. Britaniyadan gələn xəbərlərdə klubun ərəb sahiblərinin artıq Roberto Mançini ilə təmas qurduğu bildirilir. Onların italyan məşqçiyə rəsmi təklif irəli sürdüyünü və səbəbkarın məlum məsələ haqda düşünmək üçün möhlət istədiyi də söylənilir. Bəzi mənbələr Mançininin hətta həftəsonu "M.S."-nin "sükanı arxasında" görünə biləcəyini də iddia edir.
+  -  Çap 
Yerləşdirilib: 02.12.09 | Baxılıb: 324

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •