Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Mədəniyyət və incəsənət sahəsi üçün 250 milyon manat
2012-ci il üçün dövlət büdcəsi layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 250,2 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə 2012-ci il dövlət büdcəsi layihəsində qeyd edilib.

Qeyd olunan vəsait 2011-ci illə müqayisədə 35,7 milyon manat və yaxud 16,6 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 81,8 milyon manat və ya 48,6 faiz çoxdur. Həmin bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz təşkil edir ki, bu da 2011-ci illə müqayisədə 0,2 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 122,7 milyon manatı və ya 49,0 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 58,2 milyon manatı və ya 23, 3 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 69,3 milyon manatı və ya 27, 7 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək. 2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahə üzrə bir sıra dövlət proqramlarının və təbirlərin maliyyələşdirilməsi nəzərdə tutulub.

Gələn il “Azərbaycan teatrı 2009-2019-cu illər” Dövlət Proqramı”nın tətbiqi ilə bağlı 9,1 milyon manat, “Azərbaycan kinosu 2008-2018-ci ilər üzrə Dövlət Proqramı”nın icrasına 6,5 milyon manat, mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3,0 milyon manat, mədəniyyət obyektlərinin yenidən qurulmasına və əsaslı təmirinə 3,0 milyon manat, xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 4,7 milyon manat ayrılacaq.
+  -  Çap 
Yerləşdirilib: 13.10.11 | Baxılıb: 166

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •