|
Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan şəxsdən saxta əskinas götürülüb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Saleh Əliyevin üstünə baxış zamanı ondan 1 ədəd 5 manatlıq saxta əskinas aşkar edilərək götürülüb. S.Əliyevə həmin əskinası verən Kürdəmir rayon sakini Nazir Süleymanov tutulub. Ondan 8 ədəd 5 manatlıq saxta əskinaz götürülüb.
Araşdırmalar zamanı N.Süleymanovun həmin əskinasları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunan Seymur Yusifovdan alması müəyyən edilib. S.Yusifov tutulub və onun evinə baxış zamanı oradan 2 ədəd 20 manatlıq saxta əskinas, habelə onları hazırlanmaq üçün istifadə etdiyi avadanlıq (printer, skaner, kserokopiya aparatları, xətkeş, kəsici alət və kağızlar) aşkar edilərək götürülüb.
|