Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Biz yeni bir Azərbaycan qurmuşuq”
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli 20 illik müstəqillik tarixində əldə etdiklərimizdən razıdır


Oktyabrın 18-də Azərbaycanın yenidən müstəqilliyə qovuşmasının 20 illik yubileyi qeyd olunacaq. Müstəqillik tarixi üçün 20 il o qədər də böyük müddət olmasa da, bu illər ərzində çox böyük işlər görülüb. Həyatımızın bütün sahələrində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmağa başlayıb. Bu gündən etibarən «Kaspi» qəzeti müstəqilliyimizin 20 ili ərzində əldə etdiklərimizlə bağlı bu dövrün canlı şahidlərinin fikirlərinə yer ayıracaq. Rubrikamızın ilk qonağı Milli Məclisin deputatı, professor Fəzail İbrahimlidir.



-Fəzail müəllim, müstəqilliyimizin 20 ili sizin yaddaşınızda necə qalıb?


- Müstəqillik hər bir xalqın taleyinə yazılmayan nemətdir. Bilirik ki, dünyada çoxlu sayda millət var ki, onların müstəqil dövlətləri yoxdur. Azərbaycan isə tarixdə ikinci dəfə 20 il əvvəl bu şansı əldə etdi. Müstəqillik bizə bir sıra nemətlər bəxş etdi. Birincisi, Azərbaycan müstəqillik qazanmaqla özünün tarixi dövlətçiliyini bərpa etdi. İkincisi, işğalçı qonşularımızın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan SSRİ-nin tarixi torpaqlarını qoruyub saxlaya bildik. Yəni, müstəqil dövlətimiz Azərbaycanın tarixi torpaqlarına sahibləndi. Allahın köməkliyi ilə yaxın vaxtlarda işğal altında olan Dağlıq Qarabığı və ona bitişik rayonları da azad edəcəyik. Müstəqillik əldə etməklə Azərbaycan azad bir xalq kimi dünya dövlətlərinin, xalqlarının boy sırasına əlavə olundu. 20 illik müstəqillik ərzində Azərbaycan özünəməxsus inkişaf yolu keçərək regional liderə çevrildi. Bu gün biz iqtisadi potensialımız, silahlı qüvvələrimizin gücü ilə fəxr edirik. Bu gün müstəqil Azərbaycan beynəlxalq hüququn tam hüquqlu bir təmsilçisinə çevrilib. Biz dünyadakı bütün vacib beynəlxalq təşkilatların üzvüyük. Ötən 20 il ərzində biz özümüzə məxsus müstəqillik əxlaqı formalaşdırdıq.

- Ötən 20 il ərzində daxili siyasətdə nələri əldə edə bilmişik?

- Artıq Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur. 20 illik müstəqillik dövründə bir neçə dəfə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Bu müddət ərzində Azərbaycan demokratiya yolunda addım-addım irəliləyir. Artıq bir neçə mərhələni geridə qoymuşuq. Ölkənin iqtisadi cəhətdən inkişafı problemlərimizin həlli üçün də bir təkan olub. Bu inkişafın davamı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı addımlar atılıb, dövlət proqramları qəbul olunub. Bu proqramlar çərçivəsində Azərbaycan demək olar ki, tamamilə öz libasını dəyişib – biz yeni bir Azərbaycan qurmuşuq. Bu gün hər bir azərbaycanlı müstəqil dövlətimizin vətəndaşı olmağı ilə fəxr edə bilər. Əlbəttə ki, hər bir millət və dövlətdə olduğu kimi, bizdə də müəyyən problemlər mövcuddur. Amma ötən 20 il ərzində biz gələcəyə aparan ən doğru yolu seçə bilmişik. Məncə, əsas olan da budur. Bu yolla irəlilədikcə digər problemlərimizin də həllinə nail olacağıq. Vaxtilə babalarımız «Yox millətimin imzası imzalar içində» - deyə-deyə dünyalarını dəyişdilər. Bu gün isə hər bir Azərbaycan vətəndaşı fəxrlə deyə bilər ki, «Var millətimin imzası imzalar içində». Mən də fəxr edirəm ki, dünyanın ən yüksək bayrağının dalğalandığı məmləkətdə yaşayıram.

- Ötən 20 ildə xarici siyasət sahəsində də öz yolumuzu müəyyənləşdirə bilmişikmi?

- Bu istiqamətdə də lazım olan bütün addımlar atılıb. Xarici siyasətimizin tam formalaşmasında bizə mane olan əsas amil Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ bir Domokl qılıncı kimi bizim başımızın üstündən asılı olaraq qalır. Xarici siyasətdəki əsas uğurumuz isə ondan ibarətdir ki, MDB-nin digər respublikalarından fərqli olaraq biz tam müstəqil siyasət yürüdə bilirik. 20 illik müstəqillik ərzində əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, bu gün respublikamızın ərazisində heç bir xarici ölkənin hərbi bazası yoxdur. Sərhədlərimizi özümüz qoruyuruq. Hökumət ardıcıl olaraq balanslaşdırılmış xarici siyasət həyata keçirməkdə davam edir. Xarici siyasətdə həlledici amil kimi milli maraqlarımızın qorunması faktoru çıxış edir. Başqa qonşularımızdan fərqli olaraq biz, problemlərimizi kənardan kiminsə gəlib həll etməsini gözləmirik.

- Ötən illərin təcrübəsi deməyə əsas verirmi ki, Azərbaycan hələ uzun illər öz müstəqilliyini qoruyub saxlaya biləcək?

- Məncə, bunun üçün hər bir əsas var. Bu gün hamı inanır ki, ümummilli liderimizin dediyi kimi – Azərbaycanın müstəqilliyi  daimi və dönməzdir. Heç bir xarici dövlət Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bunlar adi sözlər deyil. Birincisi, Azərbaycan artıq beynəlxalq hüququn tərkib hissəsinə çevrilib. Beynəlxalq hüquq hansısa ölkənin digər ölkəni işğal edib müstəqilliyini qəsb etməsinə imkan vermir. Digər tərəfdən, ikincisi, Azərbaycanın hərbi potensialı imkan verir ki, işğalçılıq niyyəti ilə torpaqlarımıza hücum edən istənilən dövlətin cavabını versin. Ən əsası isə Azərbaycan həm şimaldan, həm cənubdan torpaqlarımıza yönələn mənfur gözlərin, iti caynaqların qarşısında bütöv olaraq dura bilir. Azərbaycan xalqı torpaq, millət, dövlət, sərhəd və müstəqillik məsələsində tam monolitdir. Dövlətimiz istənilən məqamda xalqı səfərbər etmək imkanlarına malikdir. Son 20 ildə bununla bağlı əldə etdiklərimiz qarşıdakı illərlə bağlı nikbin düşünməyə əsas verir.

- Müstəqillik illərində Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı məsələ də gündəmə gəlib. Ötən illər ərzində bu istiqamətdə görülən işlər qaneedicidirmi?

- Bu müddət ərzində Azərbaycanın tarixi demək olar ki, tamamilə yenidən yazılıb. Tariximizlə bağlı bütün məqamlara yenidən baxılıb, milli konsepsiya hazırlanıb. Tarixçilərimiz tariximizin bütün məqamlarını ciddi şəkildə təhlil ediblər. 70 il müəyyən ideoloji çərçivə daxilində işləməyə məcbur olan tarixçilərimiz bu çərçivədən çıxaraq milli konsepsiyaya uyğun iş qura biliblər. Bunun nəticəsidir ki, qədim tariximizdən tutmuş bu günə qədər olan dövr tamamilə yenidən gözdən keçirilib. Güman edirəm ki, yeni nəsil bu işi uğurla davam etdirəcək. Amma tariximizdə hələ də həll olunmamış mübahisəli məqamlar hələ də qalır.

- Müstəqilliyimizin növbəti 20 ili ilə bağlı proqnozlarınız necədir? Qarşıda bizi nələr gözləyir?

- Güman edirəm ki, növbəti 20 il bizim üçün daha da uğurlu keçəcək. Bu illər ərzində müstəqil dövlətimizin bütün problemləri həllini tapacaq. Bu illər ərzində Azərbaycan dünyanın ən sivil, inkişaf etmiş, demokratik ölkələrindən birinə çevriləcək.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 14.09.11 | Baxılıb: 466

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •