Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Oyundan kənar vəziyyət
Futbol iki ərəb dövlətini bir-birinə vurdu

Misir və Əlcəzair arasında futbol qalmaqalı beynəlxalq səviyyəyə yüksəlib. Hər iki ölkənin futbol azarkeşlərinin aqressiv hərəkətindən narahatçılığını ifadə edən Ərəb Ölkələri Liqası Liviya lideri Müəmmar Qəddafini vasitəçi qismində çıxış etməyi və tərəflər arasında barışıq əldə olunmasına nail olmağa çağırıb. Sonuncu da bu missiyanı öz üzərinə götürməyə razılıq verib.
İki ölkə arasında münaqişəyə gəldikdə, insident noyabrın 14-də başlayıb. Belə ki, hadisə Qahirədə Əlcəzair və Misirin futbol üzrə yığmaları arasında Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarış zamanı yaşanıb. Aqressiv əhval-ruhiyyəli azarkeşlər futbolçuların hərəkət etdiyi avtobusu daşa tutmaqla yanaşı, əlcəzairli azarkeşlərlə dava salıb. 30 nəfərin yaralanması ilə nəticələnən insident öz növbəsində Əlcəzairdə ciddi narazılıqlara gətirib çıxarıb. Əlcəzarin xarici işlər naziri Yəzid Zərxuni Misir hakimiyyət orqanlarını oyunçuların təhlükəsizliyini qorumamaqda günahlandırıb. Əhali arasında qisasçılıq əhval-ruhiyyəsinin qızışmasında elə mətbuatın da rolu az olmayıb. Qəzet səhifələrində Qahirədə qan içində olan azarkeşlərin və futbolçuların şəkilləri dərc olunub. Bunun nəticəsində Əlcəzairdə misirlilərə məxsus evlərə və ticarət obyektlərinə hücumlar başlayıb. Nəticədə 150 nəfər həbs olunub. Beynəlxalq Futbol Assosiasiyası öz növbəsində baş verənlərə operativ reaksiya verərək, araşdırma aparacağını və lazım gəldikdə Misir futbol federasiyasını cəzalandıracağını bəyan edib.
Lakin əlcəzairli azarkeşlər özünüməxsus qaydada qisas almaq qərarına gəliblər. Noyabrın 18-də neytal zonada - Sudanda keçirilən təkrar oyun zamanı qarşıdurma yaşanıb. Xartuma 15 min əlcəzairli azarkeş gəlib, misirlilər isə onlardan az olub. Əvvəlcə hər şey yaxşı olsa da, sonradan Əlcəzairin 1:0 hesabı ilə qələbə çalması vəziyyəti gərginləşdirib. Qələbədən ruhlanan əlcəzairlilər misirliləri daş yağışına tutublar. Nəticədə 21 nəfər çox ciddi xəsarət alıb.
Rəsmi Qahirə baş verənlərə görə Əlcəzair hakimiyyət orqanlarını ittiham edib. Qeyd olunub ki, misirli azarkeşlərin döyülməsi hökumət tərəfindən təşkil olunmuş kampaniya olub. Misir prezidenti Hüsnü Mübarək bəyan edib ki, rəhbərlik etdiyi hökumət öz vətəndaşlarının həyatı üçün məsuliyyət daşıyır və onların təhqir olunmasına yol verməyəcək. Misir səfiri məsləhətləşmək adı ilə geri çağrılıb. Əvəzində isə Əlcəzair Misirə turist biletlərinin satışını dayandırıb. Tərəflər hətta hərbi xarakterli bəyanatlar da səsləndirib. Sonda vəziyyətə ƏÖL qarışıb. Liqa Qəddafiyə vasitəçi qismində çıxış etməyi xahiş edib.
Ekspertlər qeyd edir ki, Qəddafi üçün missiyası o qədər də çətin olmacaq. Belə ki, Qahirə və Əlcəzair "futbol davası"nı sırf öz daxili məqsədləri üçün istifadə etdilər. Hər iki ölkənin hakimiyyət orqanları reytinqlərini qaldırmaq üçün öz ölkələrinin vətəndaşlarının milli hissləri ilə oynadılar. Təqribən 2 həftə sürən milli isteriyadan sonra isə siyasi divident əldə etmək artıq çox çətindir. Çox güman ki, tərəflər böyük məmuniyyətlə sülh yoluna üstünlük verəcəklər.
+  -  Çap 
Yerləşdirilib: 27.11.09 | Baxılıb: 270

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •