Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hiddinkin ürəyindən "Çelsi" keçir
Holland çalışdırıcının iş yerini dəyişmək şansı artıb

Rusiya yığması CAR-da keçiriləcək dünya çempionatından kənarda qalandan sonra Quus Hiddinklə bağlı şayiələr birəbeş artıb. Holland mütəxəssisin hazırkı iş yerində qalmaq ehtimalının yetərincə azaldığını iddia edən mənbələrin sayı da artıb.
Səbəbkar Rusiya Futbol İttifaqından (RFİ) qeyri-rəsmi də olsa, yeni təklif alıb. Amma Hiddink bu məsələ ilə bağlı müzakirələrin Sloveniya ilə pley-off oyunlarından sonra aparılmasını istəmişdi. Təbii, o, əsas diqqətini komandasının keçid oyunlarına yönəltməyi lazım bilmişdi. Ruslar iki oyunun ümumi nəticəsinə görə slovenlərdən zəif çıxınca, holland çalışdırıcının iş yerini dəyişmək şansı yetərincə artıb. Hiddinkin agenti Kis van Hyuvehoyzen müştərisinin Rusiya millisində qalmaq perspektivinin bu ölkə futbolunun rəhbər postlarına keçiriləcək seçkilərdən asılı olacağını deyib: "Əlbəttə, Quus yeni müqavilə məsələsində tələsmir. Ola bilsin ki, o, slovenlərlə cavab matçından sonrakı mənfi emosiyalardan qurtulmaq və özünə gəlmək üçün bir neçə həftə futboldan kənarlaşmaq fikrinə düşəcək. Müştərim doğrudan da gələcəyi ilə bağlı bir müddət sonra düşünmək niyyətindədir. Mənə gəlincə, onun Rusiya yığmasında qalmaq perspektivi RFİ-nin prezident postuna seçkilərin nəticələrindən asılı olacaq. Hiddinkin federasiya çərçivəsində görülən bir sıra işlərdən narazı olduğu heç kimə sirr deyil. Çünki o bu məsələyə açıq münasibət bildirmişdi. Biz indi RFİ-nin yeni prezidentinin seçilməsini gözləyirik..."
Hiddinkin adı son günlər bir sıra komandalarla birgə hallanır. Onun Higeriya və Avstraliya yığmalarının "sükanı arxasında" görünməyəcəyini bəri başdan vurğulayaq. Ən maraqlısı odur ki, səbəbkarın adı bu komandalar kimi mundialın final mərhələsində oynayacaq Argentina millisiylə də birgə hallanır. Hiddinkin Argentina yığmasında Dieqo Maradonaya assisentlik edə biləcəyi söylənilir. Amma o, gələnilki mundialda heç bir komandanın sıralarında olmayacağını qəti bəyan edib: "Yox, mən CAR-a hər hansı millinin məşqçisi kimi yollanmayacam. Rusiya millisiylə uğursuzluğa düçar olandan sonra başqa komandanın "sükanı arxasına" keçmək rusiyalı futbolsevərlərə münasibətdə atılan ədalətsiz addım olardı".
Amma Hiddink hansısa klubla əməkdaşlıq edə bilər. Belə ki, o, "Çelsi"nin sıralarında yenidən görünə bilər. Yeri gəlmişkən, Hiddink ötən mövsümün 2-ci dövrəsində London klubunu çalışdırmışdı. Amma onun "zadəganlar"la əməkdaşlığı müvəqqəti xarakter daşıyırdı. Hiddinkin Rusiya yığmasına təyinat almasında bilavasitə rolu olan "Çelsi"nin sahibi Roman Abramoviçin səbəbkara klubun idman direktoru postunu təklif etdiyi söylənilir. Təcrübəli məşqçi yurnalistlərin bu klubla yenidən əməkdaşlığa başlamaq perspektiviylə bağlı sualını belə cavablayıb: "Hə, texniki direktor vəzifəsində işləmək mənim üçün maraqlıdır. Bilirsiniz, günlər keçdikcə mən heç də cavanlaşmıram. Hər gün iş başında olmaq artıq mənim üçün adi hal deyil. Digər tərəfdən, texniki direktorun vəzifəsi komandada baş verənlərlə sıx bağlı olur. Bu iş klubun inkişaf strategiyası və konsepsiyasına yaxından təsir etmək imkanı yaradır. Belə vəzifəni özümə çox yaxın sayıram".
+  -  Çap 
Yerləşdirilib: 27.11.09 | Baxılıb: 335

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •