Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kitab qiymətə minir
"Milli kitab mükafatı" ən yaxşı yazıçıları mükafatlandıracaq

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Milli kitab mükafatı" layihəsinin münsiflər heyəti ilə görüş keçirildi.
Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev layihənin rəhbəri Nigar Köçərlinin gördüyü işin əhəmiyyətini qeyd etdi. O bildirdi ki, bu layihə Azərbaycan ədəbiyyatına xidmətdir və ədəbiyyatımızda yeni istedadların üzə çıxarılması üçün zəmin yaradır. Birliyin katibi onu da dedi ki, sovet dövründə kitabların nəşri başqa sahələrdə olduğu kimi planlı olub. Ona görə də yazıçıların kitabları satılıb. Bu gün isə dövran dəyişib, informasiya bolluğu səbəbindən kitablara o qədər meyil edən yoxdur. "Əgər biznesmen xanım Nigar Köçərli bu iş üçün xeyriyyəçilər tapıb, mükafat təsis edibsə, biz yalnız onu alqışlamalıyıq" - deyə Ç.Abdullayev fikrini tamamladı. Xalq şairi Vaqif Səmədoğlu bildirdi ki, münsiflər heyətinin üzvü kimi öz zövqündə olan əsərlərə səs verəcək.
Layihənin rəhbəri N.Köçərli isə hələ 2001-ci ildən belə bir iş görmək istədiyini qeyd etdi. Onun sözlərinə görə, təsis olunan mükafatın məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, yeni müəllifləri üzə çıxarmaq və müasir Azərbaycan ədəbiyyatının sosial önəmini stimullaşdırmaqdır. Layihənin xeyriyyəçiləri "Azərcell", "Azərsun Holdinq" və "Qarant" Sığorta şirkətləri, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyidir. Azərbaycan Yazıçılar Birliyi və ölkənin aparıcı KİV-nin dəstəyi ilə reallaşdırılan mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi Ç.Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Yurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinoreyissor Ramiz Fətəliyev, Xalq şairi V.Səmədoğlu, yazıçı Afaq Məsud, millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, "Muğam" radionun rəhbəri Elnur Baimov kimi nüfuzlu insanlar təmsil olunur.
Münsiflər heyəti tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Quba şəhərlərində, ətraf rayonlarda ziyalılar və gənclərlə görüşlər keçirəcək. Bu görüşlərin davamı Bakı şəhərindəki ali məktəblərdə olacaq. Müsabiqədə əsasən nəsr əsərləri - hekayə, povest, roman yanrlarında yazılmış epik nümunələr dekabrın 31-dək qəbul olunacaq.
Çıxışını davam edən N.Köçərli onu da qeyd etdi ki, əsərlər ekspertlər tərəfindən seçiləcək. 10 ən yaxşı əsər münsiflər heyətinə təqdim olunacaq. May ayında 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yer isə 1000 manat olmaqla 3 qalibin adı elan olunacaq.
Sonrakı çıxışlarda E.Şıxlı, H.İsaxanlı, R.Məcid, N.Cəlilova mükafatın əhəmiyyətini ön plana çəkdilər və Azərbaycanda belə layihələrin daha çox olmasını arzuladılar.
Görüşün sonunda layihə rəhbəri və münsiflər heyətinin üzvləri yurnalistlərin suallarını cavablandırdılar.


Dayandur SEVGİN
+  -  Çap 
Yerləşdirilib: 26.11.09 | Baxılıb: 487

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •