Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Çalışacağam ki, bundan sonra da mənə olan etimadı doğruldum”
Prezident İlham Əliyevin sərəncamı ilə  xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunan bir qrup ictimai xadim arasında türk dünyasının məşhur yazıçısı, bəstəkarı və estrada müğənnisi Əhməd Şəfəqin də adı var. Bu günlərdə Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayında iştirak edən məşhur  müğənni “Tərəqqi” medalına layiq görülüb. “Azərbaycan prezidenti tərəfindən «Tərəqqi» medalı ilə təltif olunmağım mənim üçün gözlənilməz oldu. Bu təltif mənim üzərimə yeni məsuliyyət qoyur. Çalışacağam ki, bundan sonra da mənə olan etimadı doğruldum. Həyatımın sonuna qədər böyük türk milləti yolunda fəaliyyətimi davam etdirəcəm. Hər bir azərbaycanlı hər bir türk milləti və dövləti üçün əlindən gələni təmənnasız etməlidir”- deyə tanınmış müğənni bildirib.
Əhməd Şəfəq Azərbaycana olan sevgisini təkcə mahnıları ilə deyil, bir publisist kimi yazıları, əsərləri, ictimai fəaliyyəti, kütlələr qarşısında yorulmaz çıxışları ilə nümayiş etdirir. Vətənpərvər müğənni “mənim gördüyüm hər bir işdə Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin yolu var» sözlərini əbəs yerə demir. Ona görə də Əhməd Şəfəqi sənət həyatını türk dünyasının ürəyi ilə birləşdirən sənətçi kimi tanıyırlar. Bütün türk dünyasının sənətçisi adını alan müğənni əsərləri və mahnıları ilə bütünlüklə türk dünyasına xidmət edir. Yaradıcılığı ilə bütünlüklə özünü ifadə edən, düşüncələrinin axtarışında olan  sənətçinin bu günə qədər 6 kitabı, 9 albomu işıq üzü görüb. Albomlarında yer alan mahnılarda  Əhməd Şəfəq bir tərəfdən Vətənə olan və sonsuz  sevgisini anlatmağa çalışır, digər tərəfdən eşq mahnıları oxuyur. Bu mahnılar arasında yaratdığı harmoniya dinləyiciyə həm mücadilə, həm döyüşkənlik ruhu aşılayır, həm də  həsrətdən, intəhasız bir  sevgidən danışır... Müğənninin rok üslubunda ifa etdiyi mahnılarında döyüşkənlik, mübarizlik ruhu bütünlüklə türk millətinin ruhunu ehtiva edir. Onun mahnılarını dinləyəndə adama elə gəlir ki, hamı əlinə silah alıb torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yollanacaq. Sənətçinin bütün məclislərdə oxuduğu  “Azərbaycan-Türkiyə” mahnısı iki qardaş xalqın marşı kimi səslənir. Müğənni həmişə müsahibələrində “Millətim əhval-ruhiyyədən düşdüyü vaxt onları ruhlandırmaq üçün bir mücadilə aparıram. O üzdən istəyirəm ki, toplum ruhdan düşdüyü vaxt yenidən əhval-ruhiyyəyə köklənsin. Onu parçalamaq istəyənlərə qarşı milləti bütövləşdirmək üçün mücadilə edirəm. Bu mücadiləmdə dönməzəm”.
Vətən sevgisini ən böyük sevgi hesab edən müğənninin ifa etdiyi mahnıların çoxu  da Vətən haqqındadır. Bu mahnıların hər birinin arxasında  böyük milli fəlsəfə dayanır - Türk milli fəlsəfəsi. «Ən böyük özəlliyim böyük türk millətinə sadiq olmağımdır» deyən müğənni  özünü Mustafa Kamal Atatürkün davamçısı adlandırır. Əhməd Şəfəq “Bir sənətçi müğənni olmamışdan öncə millətinə mənsub olmalıdır» fikrindədir. Əhməd Şəfəq yaradıcılığında türk millətinin ruhunu incəliklə ifadə edir. O,  təkcə mahnıları, əsərləri ilə deyil, bütün varlığı ilə həmişə xalqımızın yanında olduğunu bildirir.
İki ay öncə bəstəkar-müğənninin Heydər Əliyev Sarayında  “Azəri-Türk Qadınlar Birliyi”nin təşkilatçılığı ilə  “İki bədəndə bir can” adlı solo-konserti də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlığın bariz nümunəsinə çevrildi. Elə həmin konsertdə giriş sözü lə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı tək müğənni kimi yox, həm də yazar kimi də tanındığını və yazıları ilə Azərbaycanı Türkiyə mətbuatında təbliğ etdiyini diqqətə çatdıraraq müğənninin səsini "tarixin səsi" adlandırıb.
“Yaşa, Azərbaycan” oxuyan Əhməd Şəfəqin repertuarında yer alan lirik və vətənpərvərlik ruhunda olan mahnıları Saraya toplaşanların yaddaşına yazılıb.
Əhməd Şəfəq Azərbaycanı «Xəzinə ölkə» adlandırır. «Dünyanın gözü Bakının üstündədir» - deyir. «Bakı sadəcə bir şəhər deyil, eyni zamanda bir tilsimin adıdır. Elə qocaman, böyük, bir ucunu gəzərkən digər ucunu itirəcəyimiz ölçüdə bir şəhər deyil. Çox böyük deyil, amma əsrarlı bir havası var. Çox böyük deyil, amma sizi içinə çəkərək dərinlərində itirəcək bir parıltıya salar».
Böyük auditoriyalarda çıxış etməyə alışan, yüz minlərlə insanların qarşısında oxuyan sənətçi həmişə Azərbaycanın bayrağının yüksəklərdə olmasını arzulayır. Onun mahnılarını, televiziyalarda, mətbuatda çıxışlarını dinlədikcə, əsərlərini oxuduqca bir daha əmin olursan ki, Əhməd Şəfəq  Azərbaycan dərdini  elə xalqımızın özü qədər anlayan və onun problemlərinin çözülməsində yaxından iştirak edən sənətçidir. Əhməd Şəfəqin yaradıcılığı həmçinin  Türkiyə-Azərbaycan münasibətlərinin qorunub sıxlaşmasına, daha da sıxlaşmasına xidmət edir. “Türkiyə ilə Azərbaycan dünyadakı gerçək qardaş, gerçək dost, gerçək müttəfiqdir. Bu gün 7-dən 77- yaşa qədər bütün azərilərin ortaq qəbulu olan «Bir millət, iki dövlətik» sözü bu torpaqların köklərindən püskürür” deyə müğənni bildirib.


Təranə
+  -  Çap 
Yerləşdirilib: 08.07.11 | Baxılıb: 389

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •