|
Bizsiz start!
|
|
Bu gun Avro-2012-nin seçmə mərhələsində əsas mübarizəyə start verilir
|
Oxumaq
03.09.10
|
| |
|
|
|
|
Efirdə toy biabırçılığı...
|
|
“Space”in «Sevənlərə hədiyyə», ATV kanalında Zaur Baxşəliyevin “ATV-də toy olacaq” deyə hay-həşir salması və ANS-də “Toy olsun” verilişləri yəqin ki, diqqətinizdən yayınmayıb
|
Oxumaq
03.09.10
|
| |
|
|
|
|
|
|
Mikroavtobus «Jiquli» ilə toqquşub
|
Beş nəfər ölüb, 9 nəfər isə yaralanıb
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi «Ford» markalı və Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə A.Əzizov və sərnişini - Ələt qəsəbə sakini Valeh Gərayev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər sərnişinləri- Ələt qəsəbə sakinləri Əziz Əzizov, Elgün Mustafayev, habelə V.Məmmədov və onun sərnişinləri- Biləsuvar rayon sakinləri Kiçikxanım Bünyatova, Zərifə İsmyılova, Cəlilabad rayon sakinləri Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Lənkəran rayon sakini Eldar Cabbarov və Bakı şəhər sakini Samirə Zamanova xəstəxanaya yerləşdirilib.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Ata oğlunu qətlə yetirib
|
Üç gün əvvəl törədilən qətlin açılmasına zirzəmidəki meyitin iylənməsi səbəb olub
Azərbaycanın Saatlı rayonunda üç gün əvvəl baş verən dəhşətli qətlin üstü açılıb. Saatlı rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qaranur kəndində qeydə alınıb. Kənd sakini, Səməd Qasımov ailə münaqişəsi zəminində oğlu Rasim Qasımovu balta ilə qətlə yetirib. Daha sonra ata oğlunun meyitini evin dəhlizində gizlədib. Meyitin iylənməsi qonşular tərəfindən qətlin açılmasına səbəb olub. Hadisəni törədən S. Qasımov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Ölkə ərazisində qanunsuz yaşayan 3 nəfər tutulub
|
Saxlanılanlar Pakistan vətəndaşları olub
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisində qanunsuz yaşayan şəxslər tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, müvafiq qeydiyyat və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan 3 nəfər Pakistan vətəndaşı saxlanılıb. Hazırda İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə uyğun olaraq onların respublikanın hüdudlarından kənara çıxarılması məsələsi həll olunur.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Avtobusda sərnişini soyan şəxs yaxalanıb
|
İki oğurluq faktının üstü açılıb
Hüquq-mühafizə orqanları oğurluqla məşğul olan bir neçə cinayətin üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisələrdən biri 99 ¹-li xətt avtobusunda baş verib. Avtobusda Lökbatan qəsəbə sakini Mirisa Əliyevə məxsus 200 manat pul oğurlanıb. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini İmamverdi Allahverdiyev və Sumqayıt şəhər sakini Natiq Ağayev tutulub. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bayramova məxsus yardımçı təsərrüfatdan 3 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Raman Bayramov tutulub. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|
Oxumaq
03.09.10
|
| |
|
|
Axtarışda olan şəxs tutulub
|
Ulduzxan İbişov Rusiyada cinayət törədib
Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, saxlanılan Ulduzxan İbişovdur. U.İbişov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
|
Oxumaq
03.09.10
|
| |
|
|
|