RUS | AZE
 
“Müsavatda növbəti istefalar ola bilər”
21.10
14:37
Hollivudun məşhur aktrisası olmaq istəyirəm
21.10
14:25
Prezident Ərdoğan TANAP-la bağlı sənədləri təsdiq edib
21.10
14:22
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
21.10
14:17
“Müxalifətin sadə insanlara təsir imkanları yoxdur”
21.10
14:02
Avropa İttifaqı Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb
21.10
13:43
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır? - Araşdırma
21.10
13:25
İki bacını maşın vurdu, biri öldü...
21.10
13:12
“Nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir“
21.10
13:06
Havalar istiləşir - Proqnoz
21.10
12:47
Azərbaycanın Janna Darkı - Portret
21.10
12:25
Tarlada meyit tapıldı
21.10
12:10
Jurnalistlərin həmkarlar təşkilatlarının yaradılması üçün zəmin yaratmaq istəyirik
21.10
11:55
“Müslüm Maqomayev haqqında xatirələr“ - Film təqdimatı
21.10
11:43
“Qazandığım uğurlara görə anama borcluyam” – Gənclərə örnək
21.10
11:30
Bakıda yanacaq qatarı qəzaya uğrayıb, 15 vaqon relsdən çıxıb
21.10
11:26
Ceyms Uorlikin anası vəfat edib
21.10
11:12
Leyla Yunusdan yenə də Azərbaycana qarşı istifadə olunur
21.10
10:56
Siqaretin bahalaşacağı gözlənilir
21.10
10:41
Adam öldürüb Rusiyaya qaçmaq istəyən Bakıda tutuldu
21.10
10:34
“Sazı görəndə “Yanıq Kərəm” yada düşür” – Şou-biznes
21.10
10:25
Əfv sərəncamı yüksək qiymətləndirilir
21.10
10:14
“Total” şirkətinin prezidenti təyyarə qəzasında öldü - Moskvada
20.10
21:10
Məhəllədaxili yollar, kənd və qəsəbələrdəki küçələr bələdiyyələrə verildi
20.10
21:10
Mehriban Əliyeva İranın vitse-prezidenti ilə görüşüb
20.10
19:50
MSK 3 yeni dairə üzrə komissiya üzvlərini müəyyənləşdirib
20.10
18:23
“Azərbaycan Avropada, Asiyada fəal şəkildə investisiyalar qoyur“
20.10
16:45
Aygün Kazımova nişan üzüyünü qaytardı
20.10
16:44
Kubokun başlama saatı açıqlandı
20.10
16:42
Göyçayda 10-cu sinif şagirdi maşınla öz müəlliminin üstündən keçib
20.10
15:38
“Azərbaycan və İranın ailə dəyərlərində ciddi fərqlər yoxdur”
20.10
15:28
Bakıda müğənni qanlı cinayət törətdi
20.10
14:58
Güney Azərbaycanda sel böyük fəsadlar törədib
20.10
14:45
Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq - Fransa XİN
20.10
14:37
Gimnastımız dünya çempionatında bürünc medal qazandı
20.10
14:23
Zavodda bədbəxt hadisə
20.10
14:07
Qardaş qatili oldu...
20.10
13:49
“Həbsdə çox şeyi dərk elədim” - Əfv edilmiş “NİDA“-çı
20.10
13:31
Sərhədçi kursantlar hərbi and içdilər
20.10
13:15
“Padşahın da sənətkara ehtiyacı var” – Sadə peşə adamı
20.10
12:57
Qeyri-sabit hava şəraiti mülayimləşəcək - Proqnoz
20.10
12:45
Azərbaycan ingiltərəli iş adamını İnterpola verdi - Foto
20.10
12:33
«Təəssüf ki, atalar ancaq oğulları haqda fikirləşir» - Müsahibə
20.10
12:16
Leyla Yunusova özünə diqqət cəlb etmək istəyir
20.10
12:04
Seriallara ayrılan pullar dayandırılacaq? - Açıqlama
20.10
11:48
Ev yarıb külli miqdarda pul aparan oğru tutuldu
20.10
11:32
Prezident beynəlxalq konfransın iştirakçılarını təbrik etdi
20.10
11:16
İstedadlarına sığınanlar - Fotolar
20.10
11:02
Bakıda maşın aşıb, ölən var
20.10
10:47
ABŞ təyyarəsi Kobanidəki kürd döyüşçülərinə silah endirdi
20.10
10:35
«Sizə istiqamət verən adam doğru yol göstərsə…» - Uğur hekayəsi
digər xəbərlər
Hüseyn Cavid kimdir? Sorğu
Tarix: 23.10.2013 | Saat: 10:44:00 | E-mail | Çapa göndər

Dahi şairin adını daşıyan parkda istirahət edənlərdən bu suala qəribə cavablar aldıq

Sabah Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin doğum günüdür. Klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardan hesab olunan şairin 131 yaşı tamam olur. Hüseyn Cavid 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən və dramaturgiya elminin əsas yaradıcılarından biri hesab olunur. Bəs görəsən ölkəmizdə Hüseyn Cavid kifayət qədər tanınırmı? Bu suala cavab tapmaq üçün Elmlər Akademiyasının qarşısında yerləşən və dahi şəxsiyyətin adını daşıyan parkda istirahət edən insanlar arasında kiçik bir sorğu keçirdik.
Maraqlıdır, görəsən daha çox gənclərin görüş məkanına çevrilən parkda istirahət edən vətəndaşlar sənətkarı nə dərəcədə tanıyırlar? “Hüseyn Cavid kimdir” sualı ilə parkın sakinlərinə müraciət etdik. Kimisi sənətkarın yaradıcılığı ilə yaxından tanış olduğunu, kimisi isə hər gün istirahət etdiyi parkda yerləşən heykəlin simasına belə diqqət etmədiyini söylədi. Sorğunu oxuculara təqdim edirik.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Xəyalə Rəsulzadə bildirdi ki, ən azından, parkda istirahət edən insanlar Cavidin kim olduğunu bilməlidirlər: “Zənnimcə, elə bir azərbaycanlı tapılmaz ki, onun yaradıcılığından heç olmasa bir əsəri, ən pis halda isə, onun kim olduğunu bilməsin. Ən azından, Elmlər Akademiyasının qarşısında yerləşən və Hüseyn Cavidin adını daşıyan parkda istirahət edənlər Cavidin kim olduğunu bilərlər. Hüseyn Cavidi taniyib-tanımadığıma gəlincə isə, onu orta məktəbdə oxuduğum əsərlərinə görə tanıyıram. Bilirəm ki, o, mənzum dram janrının banisidir. Şairin “İblis”, “Şeyx Sənan”, “Əmir Teymur”, “Qız məktəbində” və başqa əsərlərini oxumuşam. Hətta Gənc Tamaşçılar Teatrında "Şeyx Sənan" tamaşasına da baxmışam. Düşünürəm ki, onun heykəlinin bu ərazidə yerləşdirilməsi həmin sənətkarın tanıdılmasında böyük rol oynayır”.

“O kimdir? Tanımıram”

Texniki Universitetin 3-cü kurs tələbəsi Elşən Bayram isə Hüseyn Cavidi, ümumiyyətlə tanımır: “Vallah, mən bu kişini tanımıram. Parkda istirahət etməyə gəlirəm və bu parkı çox sevirəm. Düzünü desəm, heç diqqət etməmişəm ki, parkın adını daşıyan şəxsiyyət kimdir. Amma deyirlər yaxşı şair olub. Tanımasam da, Allah ona rəhmət eləsin ki, onun adına olan parkda gözəl vaxtımızı keçiririk”.
Parkda skamyada əyləşib qəzet oxuyan orta yaşlı kişiyə yaxınlaşdıq. Adının Nazim olduğunu deyən paytaxt sakini bu parkda əyləşib Hüseyn Cavidi tanımamağın ayıb olduğunu bildirdi: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərindən olub. Çox gözəl şair olub. Mən hesab edirəm ki, Cavid öz dövrünə görə cəsarətli və düzgün yazan əsl türkdür. O, sovet imperiyasının tükünü ürpədən ideoloq idi. Cavidin bəzi şeirlərinin hər kəlməsi, hər sətrində gənclər üçün gözəl məsləhətlər var. Amma təəssüflər olsun ki, bu gənclərin əksəriyyəti belə dahi şəxsiyyəti tanımır”.
Texnikum tələbəsi olan Sərxan isə, ümumiyyətlə belə bir şəxsiyyətin olmasından xəbərsizdir: “O kimdir? Tanımıram. Heç bir əsərini də oxumamışam. Amma müasir adı var imiş”.

Cavid tarixçidir?

Sərxanın yanında əyləşən qrup yoldaşına da eyni sualla müraciət edirik. Adının Murad olduğunu bildirən tələbə dostundan o qədər də fərqlənmədi: “Oxusaydım, universitetə daxil olardım da. Amma dəqiq bilirəm ki, şair olmayıb. Məktəb dərsliklərindən yadımda belə qalıb ki, Hüseyn Cavid tarixçidir”.
Yeganə isə çox əminliklə Hüseyn Cavidin yaradıcılığına yaxşı bələd olduğunu düşünür. Daha doğrusu, tanıdığını düşünən oxucunun verdiyi cavab bizi o qədər məyus elədi ki, bu cavaba münasibətdə gülək, yoxsa ağlayaq, deyə qərar verə bilmədik: “Bəli, əlbəttə Hüseyn Cavidi tanıyıram. Azərbaycanın ən böyük yazıçılarından olub. Onun “Qan içində romanı” (Y.V.Çəmənzəminli), “1905-ci il” (C.Cabbarlı) əsəri ən məşhur şedevrlərdəndir. Hətta xatırlayıram ki, Cavidin bir qızı da var idi. Ən sevdiyim əsəri isə “1905-ci il”dir”.
Siyafət dayı Cavidin yerlisi olduğunu bildirdi: “Özüm naxçıvanlı olduğum üçün onu bilirəm ki, Cavid Naxçıvanda anadan olub və Azərbaycanın ən görkəmli yazıçılarındandır. Amma heç bir əsərini tanımıram”.
Sənətşünaslıq fakültəsinin tələbəsi Natiq Qasımov bildirdi ki, Cavid kimi sənətkarın yaradıcılığı barədə məlumat toplamaq hər bir vətəndaşın borcudur: “Hüseyn Cavidin yaradıcılığı ilə ilk olaraq məktəbdə tanış oldum. Daha sonra universitetdə onun yaradıcılığı haqqında geniş şəkildə dərslər keçdik və onun əsərlərinin səhnə həllinin tamaşaçısı olduq. Düşünürəm ki, Hüseyn Cavid yaradıcılığı barədə məlumatlanmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Ən sevdiyim əsəri isə, yaradıcılığının şah əsəri olan “İblis”dir”.

Cavidin məqbərəsini ziyarətgah hesab edən də var

Parkda nəvəsini gəzdirən xalaya yaxınlaşdıq. 60 yaşı olduğunu bildirən Nisəxanım xalanın cavabı olduqca fərqli və maraqlı idi: “Mən biləni, Hüseyn Cavid şair olub. Hətta Naxçıvanda onun məqbərəsi də var. Ora çox gözəl ziyarət yeridi. Mən dəfələrlə orada dua etmişəm. Şeirlərini isə bilmirəm, yadımda qalmayıb”.
Tələbə Güləsər Hüseyn Cavidin əsərlərini bəyəndiyini bildirdi: “Hüseyn Cavidi çox bəyənirəm. Gözəl dramaturq olub. Onun əsərləri öz fərqliliyi və ahəngdarlığı ilə seçilir. Ən sevdiyim əsəri “İblis”dir. Hətta məşhur müğənni Tünzalə Ağayeva da onun “Qız məktəbində” əsərinə həsr olunmuş mahnıya klip çəkdirib”.
Elçin isə Hüseyn Cavidi tanımamasının normal olduğunu düşünür: “Mənim tanımamağa haqqım var. Çünki ikinci qrup üzrə hazırlaşdığım üçün ədəbiyyatı bilmirəm. Amma deyilənə görə, çox yaxşı adam olub”.
Cavidanın az da olsa şair haqqında məlumatı var: “Hüseyn Cavid dahi şəxsiyyətdir, böyük şairdir. Onun əsərləri müasir dövrlə səsləşir. Əsərlərində ən çox bəyəndiyim misrası budur: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Bu misralar Cavidin müasir dünyaya göndərdiyi bir mesajdır”.

Aygün Cəfərli
Xəbər 788 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.10.2014
Havalar istiləşir - Proqnoz
21.10.2014
Siqaretin bahalaşacağı gözlənilir
21.10.2014
Əfv sərəncamı yüksək qiymətləndirilir
20.10.2014
MSK 3 yeni dairə üzrə komissiya üzvlərini müəyyənləşdirib
20.10.2014
“Həbsdə çox şeyi dərk elədim” - Əfv edilmiş “NİDA“-çı


    ,    
21.10.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
Azərbaycan insanın kitaba marağı niyə azalıb?
Oxumağa yaxşı kitab yoxdu
Kitab oxuya bilmirlər
İnternet kitabın yerini tutub
Cavab verməyə çətinlik çəkirəm

  Nəticələr!       İştirak edənlər: 57

        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info