RUS | AZE
 
Milli Gimnastika Arenası istifadəyə verildi
16.04
19:59
YAP əməkdaşlıq və dialoq təşəbbüsü ilə çıxış edir
16.04
19:51
"Azərbaycan cəmiyyəti bunlardan xəbərdar olmalıdır"
16.04
19:46
“Şeirlər o qədər gözəl ifa olundu ki...” Reportaj Fotolar
16.04
18:53
İqtisad Universitetində iki dekan işdən çıxarılıb
16.04
18:18
YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib
16.04
18:15
Prezident 3 rayonun icra başçısını işdən çıxartdı
16.04
18:12
Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan etdi
16.04
17:50
Gülər Əhmədova: “Buraxın gedim oturum evimdə...”
16.04
17:47
AMEA qurultayın gecikməsi ilə bağlı fikirlərə münasibət bildirib
16.04
17:45
“ATƏT Azərbaycanın ərazi bütövlüyü və suverenliyini hər zaman dəstəkləyib”
16.04
16:30
“Neftçi”dən Arazın avtoşluğu ilə bağlı - Açıqlama
16.04
16:20
Bakıda gənc qadın zorlandı
16.04
16:15
“QHT adı ilə pərdələnib qarşıdurma yaratmaq istəyənlərə imkan verilməyəcək“
16.04
15:34
Nazirlik Nəbatat bağındakı qanunsuzluqla bağlı polisə müraciət etdi
16.04
15:09
Prezident Administrasiyasında yeni təyinat
16.04
15:04
Ramil Usubov polis rəisini işdən kənarlaşdırdı
16.04
14:51
Ulduz müğənninin Bakı arzuları
16.04
14:39
Bakının əsas prospektində yol bağlanır
16.04
14:25
Azərbaycan prezidenti fərman imzaladı
16.04
14:07
Azərbaycan kubokunda hakim təyinatları - Açıqlama
16.04
13:52
Prezident İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul edib
16.04
13:43
Azyaşlı qız su nohurunda boğulub öldü
16.04
13:28
“Müxalifətin bələdiyyə seçkilərində önəmli rol oynamayacağı hamıya bəllidir”
16.04
13:10
Dövlət komitəsi müəssisələrə xəbərdarlıq etdi
16.04
12:55
Böyük İnvestisiya Proqramı, kiçik xarici borc, diqqətdə olan sahibkarlıq
16.04
12:43
Bəzi rayonlarda yağış yağacaq - Proqnoz
16.04
12:31
ATƏT PA-nın prezidentindən Qarabağ bəyanatı
16.04
12:15
“Azərbaycan xalq rəqsləri dünya xalq rəqslərindən çox seçilir”
16.04
11:59
Aeroport yolunda təhlükəli yarış: sürət 240 km/saat - Video
16.04
11:47
Nazirlik 124 sahibkarı cərimələyib
16.04
11:39
Məsləhət Əli
16.04
11:27
Bakıda yeni yollar salınır
16.04
11:14
Yaşıl soyqırımına son qoyulacaqmı?
16.04
10:58
Azərbaycanın Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başladı
16.04
10:47
Əsgərimiz özünü güllələdi
16.04
10:36
Beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənir
16.04
10:18
Ukraynada antiterror əməliyyatı: hərbi aerodrom azad edildi
16.04
10:06
Dəhşətli gəmi faciəsi baş verdi: yüzlərlə batan var
15.04
21:22
Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır
15.04
21:19
“Nifrət Nitqinə Yox”
15.04
20:45
Manaf Ağayev: “İlham Mirzəyevi fağır bir adam kimi tanımışıq“
15.04
20:07
Abdulla Gül: “Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq”
15.04
19:46
Rusiyada daha bir azərbaycanlı milyonçu öldürüldü
15.04
19:30
Ukrayna ordusu hücuma keçdi, yaralananlar var
15.04
19:23
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsi dəyişdirildi
15.04
18:07
ATƏT PA prezidentinin Azərbaycana səfəri başladı
15.04
16:59
Şəmkirdə qanlı hadisə: 43 yaşlı qadını baltaladılar
15.04
16:51
Hərbi polisin sabiq rəisi ordudan tərxis edildi
15.04
16:45
İran müdafiə naziri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
15.04
15:43
Həcc zəvvarları üçün ayrılan kvota dolmaq üzrədir
digər xəbərlər
Azərbaycan mahnıları Türkiyə şou-biznesində
Tarix: 15.03.2013 | Saat: 15:10:00 | E-mail | Çapa göndər

Gövhər Həsənzadə: “Əgər müəllif öz yaradıcılığına qarşı laqeydlik göstərməsə, onun mahnılarını heç kəs anonim səsləndirə bilməz”

Son zamanlar Türkiyə şou-biznesində Azərbaycan mahnılarının səslənməsi üstünlük təşkil edir. Bir neçə il öncə mahnılarımız ifa olunarkən bəstəkarı anonim göstərilirdisə də, bu hal getdikcə azalmaqdadır.

Məsələn, Sibel Can Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısını öz albomuna “Kabahatım büyükdür” adı altında daxil edib. Digər türk müğənnisi Gökhan Erol musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Leyliyə aid olan “Bir gecəlik” mahnısını öz repertuarına daxil edib. Türkiyənin super-starı Ajda Pekkanın yeni albomunda səsləndirdiyi xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısı son həftələr Türkiyə Top 3-lüyündə öz layiqli yerini tutub. Son zamanlar isə məşhur türk müğənnisi Tarkanın azərbaycanlı şairənin sözlərinə olan “Ağla ürəyim” adlı mahnısı gündəmi zəbt etməkdədir. Türkiyə şou-biznesində gedən bu prosesləri Azərbaycan bəstəkarları müsbət hal kimi qiymətləndirirlər.

Bəstəkar Aygün Səmədzadə mahnılarımızın əcnəbi televiziyalarda anonim getməsini mənfi hal kimi dəyərləndirdiyini bildirdi: “Əgər türk ifaçıları bizim xalq mahnılarımızı oxuyurlarsa, sonda mahnının adı anonim deyil, Azərbaycan xalq mahnısı kimi qeyd edilməlidir. Milliyyətindən asılı olmayaraq, hər bir ölkənin bəstəkar və yazıçılarının müəllif hüquqları qorunmalıdır. Bu işə daha ciddi yanaşmaq lazımdır. Bizim musiqiləri Azərbaycandan kənarda da çox ifa edirlər. Müəllifləri qeyd etmək şərti ilə oxunan bütün Azərbaycan mahnılarını müsbət hal kimi dəyərləndirirəm. Düşünürəm ki, mahnılarımızın yüksək səviyyədə oxunmasına heç kim etiraz etməz. Əvvəllər mahnılarımız əcnəbi televiziyalarında yayımlanarkən anonim yazılırdı. Sənət adamlarımız bu işlə ciddi məşğul olduqdan, ölkələrarası münasibətlər genişləndikdən sonra belə hallar azalmağa başladı. Mahnılarımızı anonim ifa edən ifaçılar gördülər ki, biz də öz mədəniyyətimizə hörmət edirik və hüquqlarımızı tələb edirik və bununla hesablaşmalı oldular. Əgər ifa olunan mahnılarda mahnının müəllifi qeyd olunmursa, bu, müəllifə hörmətsizlikdir, digər tərəfdən də plagiat hesab olunur”.

Bəstəkar əcnəbi müğənnilərlə işbirliyindən də danışdı: “Təkcə yerli müğənnilərlə deyil, əcnəbi müğənnilərlə də işbirliyim mövcuddur. “Tut ağacı” mahnısını bir neçə il bundan öncə Sibel Can oxumaq istədi. Amma mahnının sözlərində dəyişiklik ediləcəyini söylədi. Buna görə də mən mahnımın bu cür təhrif olunmasına razılıq vermədim. Onunla işbirliyimiz alınmadı. Düşündüm ki, mahnı 10 ildən artıqdır məşhurdur, onu dəyişməyə ehtiyac yoxdur. Çünki biz türk mahnıları oxuyarkən mahnıların sözlərini dəyişmirik. Əgər türklərlə eyni dildə danışırıqsa, mahnını da yazıldığı dildə oxumaq olar. Hava Doleq mənim “Tut ağacı” mahnımı oxuyub. O, mahnılarımdan birini oxumağı çox arzulayırdı. Mən də onun səsini dinlədim və bəyəndim, amma düşündüm ki, ona mahnını duet şəklində hazırlayım. İlk mahnını xarici müğənniyə tək həvalə edə bilmərəm. Duet şəklində mahnının ifası daha da maraqlı olacaq. Çünki Doleq mahnını öz ifa tərzi ilə, Ayaz da öz səs tembri ilə oxudu. Bu fərqli yanaşma olar deyə düşünürəm”.

Gənc bəstəkar Murad Arif türk müğənniləri ilə işləməyə can atdığını bildirdi: “Nil Karaibrahimgil, Zinet Sali mənim bəstələdiyim mahnıları ifa edib. Əcnəbi müğənnilər bizim mahnıları ifa edirsə, hər halda mahnının müəlliflərini qeyd etməlidir. Hər bir ölkənin buna öz yanaşma tərzi var. Biz də öz növbəmizdə çalışmalıyıq ki, öz bəstəkarlarımızın müəllif hüquqlarını qoruyaq. Onları məcbur edək ki, Azərbaycan müəlliflərinin hüquqlarını qorusunlar. Şikayətlərlə aidiyyatı qurumlara müraciət edərək bu və ya başqa yollarla çalışmalıyıq ki, buna icazə verməyək. Müəllif hüququ agentliklərimiz, Bəstəkarlar İttifaqı və bu kimi qurumlar onun üçündür ki, bu məsələni araşdırsınlar, belə halların qarşısını alsınlar”.

Gənc bəstəkar əcnəbi müğənnilərlə işləməyin maddi cəhətdən səmərəli olduğunu da qeyd etdi: “Azərbaycan müğənnilərinə mahnını satarkən sadəcə olaraq satış zamanı qonorar əldə olunur. Yəni mahnının dövriyyə olunmasından müəlliflərinin hesabına heç bir qonorar gəlmir. Türk müğənniləri ilə işləyərkən belə məsələlərə daha çox üstünlük verilir. Orada müəllif hüquqları agentlikləri var və onlar belə məsələlərə çox həssaslıqla yanaşırlar. Türkiyədə mahnının radioda, zəngimseldə, televiziyada yayımlanmasına görə müğənni ilə bərabər, mahnının müəlliflərinin hesabına da pul keçir. Bu çox sərfəli və maraqlı sistemdir. Mahnılarımı oxuyan müğənnilərin hər biri mənim üçün doğma insanlardır. Türkiyə bazarında mahnının qiyməti bizə nisbətən çox bahadır. Əgər mən onlara ucuz mahnı, ya da pulsuz mahnı hazırlasam, deyəcəklər “Dolamısan məni? Ver bütün mahnılarını oxuyaq”. Əcnəbi müğənnilərə satdığım mahnıların qiymətini açıqlamaq istəmirəm, yerli müğənnilərə isə 5 min manata mahnı yazıram”.

Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə müəllif hüquqları qurumlarında bəstəkar mahnılarını qeydiyyatdan keçirməyin vacib olduğunu vurğuladı: “Mahnılarım heç zaman anonim səslənməyib. Tacikistanda bir müğənni öz adından mahnımı səsləndirmişdi. Bununla bağlı müəllif hüquqlarına müraciət etdim. Onlar da mənə dedilər ki, bizim qanunlarda boşluq olduğundan hüququnuzu müdafiə edə bilməyəcəyik. Azərbaycan sənətinə yad münasibət göstərənlər var ki, guya xarici şou-biznesə qatılmaq üçün güc və bazamız yoxdur. Mən bu fikirlərlə razı deyiləm. Azərbaycan musiqisinə həmişə maraq olub və olacaq da. Şükürlər olsun ki, çox yüksək bir sənət sahibiyik. Əgər müəllif öz yaradıcılığına qarşı laqeydlik göstərməsə, onun mahnılarını heç kəs anonim səsləndirə bilməz. Artıq 10 ildir ki, Türkiyədə “Mesan” qurumunun rəsmi üzvüyəm və mahnılarıma görə də heç bir problem yaşamıram. Orada bəstəkar hansısa müğənniyə mahnı üçün müraciət etmir. Belə ki, şirkətlər, albom hazırlayan qurumlar özü qərara verir ki, ifaçı hansı bəstəkar ilə işləyəcək. Bu günə qədər də mahnılarım Türkiyədə ifa olunur. Orada mənim mahnılarımdan ibarət disk də hazırlanıb. Hazırda bizdə buna maraq yaranıb. 1997-98-ci illərdən mənim Türkiyə şou-biznesi ilə işbirliyim mövcuddur. Düşünürəm ki, Azərbaycan sənətini dünyaya inteqrasiya etmək lazımdır. Almaniyada, Amerikada mahnılarım ifa olunub. Demək olmaz ki, Avropada tanınıram və oranın şou-biznesinə qatılmışam. Çalışıram ki, Avropa bəstəkarlarının siyahısında kataloqlarda mənim də mahnılarım olsun”.

Xəyalə Rəis
Xəbər 1507 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.04.2014
Ulduz müğənninin Bakı arzuları
16.04.2014
“Azərbaycan xalq rəqsləri dünya xalq rəqslərindən çox seçilir”
15.04.2014
Manaf Ağayev: “İlham Mirzəyevi fağır bir adam kimi tanımışıq“
15.04.2014
Rıbak Bakıda konsert verəcək
15.04.2014
Brilliant Dadaşovadan yeni klip: “Bakının işıqları” - Video


    ,    
16.04.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
Yayda istirahətinizi necə planlaşdırırsınız?
Xaricə getmək istəyirəm
Ölkə daxilində istirahət edəcəm
Heç vaxt istirahət etmirəm
Cavab verməyə çətinlik çəkirəm

  Nəticələr!       İştirak edənlər: 8

        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info