RUS | AZE
 
“Bu, bizim yaralı yerimizdir”
19.04
12:00
Məni ağ saçlarıma görə alqışlamırlar...
19.04
11:21
“YAP hər zaman dialoqların və əməkdaşlığın tərəfdarı olub”
19.04
10:59
“Putin Krımın işğalına tarixi-hüquqi don geyindirməyə cəhd edir”
19.04
10:48
“Yeganə məqsədimiz Ali Baş Komandana qələbə raportu verməkdir”
19.04
10:35
“Ordumuz istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə hazırdır” - Zakir Həsənov
19.04
10:18
Obamanın bu addımı İranı məyus edəcək
19.04
10:09
Ərdoğan sosial şəbəkələrdən şikayət etdi - Konstitusiya məhkəməsinə
19.04
10:07
Ermənistanda koalisiya dağılır
19.04
10:02
İki ölkəni güclü zəlzələlər titrətdi
18.04
20:50
Gəncədə yeni şəhərciklər salınır
18.04
19:18
ABŞ konqresmenləri Azərbaycana gəlib
18.04
18:43
Bakıda DJ-lərin festivalı keçirilib
18.04
18:41
Alıcıları endirimlə aldadan sahibkar cəzalandırıldı
18.04
18:30
DİN qudurğan məmur balalarının həbsinə başladı
18.04
18:24
Bakı-Sumqayıt yolunu sakinlər bağladılar
18.04
18:12
Azərbaycanda kişi və qadın narkomanların sayı açıqlandı
18.04
18:05
“Qəbələ” 2 futbolçusunu qovdu
18.04
16:58
Ermənistandan Rusiyaya aparılan “azərbaycanlı” killer kimdir?
18.04
16:45
“Avtovağzal“ metro stansiyası nə vaxt açılacaq – Rəsmi
18.04
16:06
Sarkisyana Azərbaycan haqda kitab hədiyyə edildi
18.04
15:52
Nazirlik: Şahin Sultanovun rütbəsi endirilməyib
18.04
15:43
Gənc alimlərin məvaciblərinin artırılması vacib deyil - AMEA prezidenti
18.04
15:30
İlham Mirzəyevin “qənimi” azadlığa buraxıldı
18.04
15:19
Təhsil mərkəzinin direktoru işdən çıxarıldı
18.04
15:02
Bütöv Azərbaycanın atlası hazırlanır
18.04
14:49
Ərdoğandan son seçkilərlə bağlı Etiraf
18.04
14:34
Səslə idarə olunan mini kompyuterlər yaradılır - Azərbaycanda
18.04
14:21
Vahid ödəmə kartlarımız ola bilər
18.04
14:06
“Nida“çılara amnistiya təklifinə etiraz - Milli Məclisdə
18.04
13:51
İlham Əliyev Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin baş direktorunu qəbul edib
18.04
13:48
Oynamayan futbolçuya ağır cəza
18.04
13:38
Yanukoviçin oğlunu axtarışa verdilər
18.04
13:23
Aprel ayının rekord istisi gözlənilir - Sabah
18.04
13:06
İran hərbi parad keçirib
18.04
12:52
Obama və Merkel Putinə xəbərdarlıq etdilər
18.04
12:36
“Azərbaycanda siyasi məhbus yoxdur” - Vitse-spiker
18.04
12:23
İstintaq altında saxlanılanların bir günü iki gün hesablanacaq?
18.04
12:06
Pulu kim verirsə, musiqini də o sifariş edir
18.04
11:49
Bakıda sərnişin avtobusları toqquşub, yaralılar var
18.04
11:36
Əsgərimiz intihar edib
18.04
11:27
Gömrük İttifaqı gündəmdən çıxır
18.04
11:13
BMT-nin bazasına hücum: onlarla ölən var
18.04
11:04
Putinlə Ərdoğan Krım problemini müzakirə ediblər
18.04
10:56
“Hər yoldan ötən dərslik yazmamalıdır” - Münasibət
18.04
10:49
Azərbaycanlı tələbə faciəvi şəkildə dünyasını dəyişib - Ukraynada
18.04
10:38
Nurçuluqda Gülən hərəkatı: əsl mahiyyəti və məqsədi - Yenilənib
18.04
10:31
Aqrar sektorda ciddi dəyişikliklər olacaq
18.04
10:18
Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markes vəfat edib
18.04
10:06
Prezident Su İdmanı Sarayında inşaat işləri ilə tanış olub - Fotolar
17.04
20:22
Xəstənin ölümündə günahlandırılan uroloq-həkimin açıqlaması
digər xəbərlər
Ucuz işin mahiyyəti də ucuz olur müsahibə
Tarix: 20.02.2013 | Saat: 12:50:00 | E-mail | Çapa göndər

Ortoped-Travmotoloq Elviz Qasımov: “Ara həkimlərinin “iş”i nəticəsində xəstədə adi sınıqdan ciddi travmalar yaranır, hətta şikəstliyə qədər gətirib çıxarır”
Fevralın 14-də Mərkəzi Klinikada Ortoped-Travmotoloq Elviz Qasımov tərəfindən ölkəmizdə ilk dəfə həyata keçirilən cərrahiyə əməliyyatı gerçəkləşib. Belə ki, 20 yaşında oğlan qolunun kəsilməsi diaqnozu ilə xəstəxanaya gətirilib və E.Qasımov tərəfindən həyata keçirilən əməliyyat nəticəsində xəstənin qolunu bərpa etmək mümkün olub. Əməliyyatı uğurla həyata keçirən həkim “Kaspi”-nin suallarını cavablandırıb.

Böyük həcmli əməliyyat
- Ötən həftə medianın gözü qarşısında açıq əməliyyat etdiniz. Bu əməliyyat haqqında məlumat verin.
- Təxminən 1 ay əvvəl iş qəzası nəticəsində 20 yaşlı oğlanın sağ qolunda, çiyinin yuxarısından başlayaraq döş nahiyəsinə qədər olan hissədə sinirlər qopmuş, 7 santimetr sümük sınmışdı. Getdiyi bütün xəstəxanalarda bunun müalicəsi olmadığını və qolun kəsilməyini məsləhət görüblər. Mənim yanımda gətirdilər, müayinə etdim və əməliyyata götürdüm. Əməliyyatxanada damar cərrahları ilə bərabər, ilk olaraq damar defektini təmir etdik. Xəstənin ayaq nahiyəsindən damarlar götürərək qol nahiyəsinə birləşdirdik.

2-3 gün sonra yenidən əməliyyata götürdük ki, qolda iltihab əmələ gəlməsin. Çünki belə hallarda qolun kəsilməyinə səbəb orada olan infeksiyanın əmələ gəlməsidir. Əgər orada infeksiya əmələ gələrsə, xəstəyə qoyulan damar da, sinir də boşa gedər və qol kəsilər. İkinci əməliyyatda hər iki ayaqdan sinirlər götürülərək qol nahiyəsinə birləşdirildi. Bu, ölkəmizdə edilən ilk uzunmüddətli və böyük həcmli əməliyyat idi. Burada məqsəd o idi ki, əməliyyatdan sonra qolun hərəkəti təmin edilsin. Xəstənin ailəsi qolun hərəkətsiz qalmasına da razı idi. Onlar sadəcə, qolun funksiyasını yerinə yetirməsə də, kəsilməyini istəmirdilər. Amma biz qolu hərəkət etdirməyi bacardıq. Hazırda sümüyün bitişməsini, sinirin sağalmasını gözləyirik. Bu da təxminən 600-700 gün tələb edir.

- Azərbaycanda edilən ən uzunmüddətli əməliyyat oldu, dediniz. Əməliyyat neçə saat davam etdi?
- Əməliyyat təxminən 12 saat davam etdi. Çox çətin əməliyyat idi. Çünki mikroskop altında həyata keçirilirdi. Mikroskop olmayan xəstəxanada bu əməliyyatı həyata keçirmək mümkün deyil. Əməliyyatın həyata keçirilməsi üçün dünya miqyasında tanınmış mikrocərrah professor, doktor Cahangir Tetiyi Türkiyədən dəvət etdik. Bu əməliyyatdan sonra bizə ayaqlarını və qollarını hərəkət etdirə bilməyən çox xəstələr müraciət etdi və ümid edirik ki, onların da dərdlərinə dərman olarıq.

- Məlumat verdiniz ki, əməliyyat əsnasında ayaqlardan sinir və damar alınaraq qola birləşdirilib. Bu sinirin və damarın götürülməsi ayaqda hansısa fəsadlara yol açmırmı?
- Ayaqdan götürdüyümüz sinirin hərəkətetmə funksiyası yoxdur. Götürdüyümüz sinir dabanın və baldırın arxa hissəsində səthi hissiyatı alır, sadəcə, toxunmanı hiss edir. Onlarda olacaq maksimum fəsad dabanda hissiyyatın cüzi miqdarda azalmasıdır ki, bunu deməsək, xəstə bəlkə də hiss etməz. Ümumiyyətlə insan orqanizmində müəyyən ehtiyat hissələr var ki, digər problemlərdə bunlardan istifadə edilir. Məsələn, sümük üçün ehtiyat hissə çanaqdan, sinir üçün isə ayaqdan götürülür.

- Elviz müəllim, siz keçən il də ölkəmizdə ilk dəfə həyata keçirilən əməliyyata imza atmışdınız.
- Bəli, keçən il biz bu əməliyyatı etmişik. 2 yaş yarımlıq uşağın onurğasından 3 fəqərəni çıxardıq və insan orqanizminə uyğunlaşdırılan titan qəfəslərlə əvəz etdik. Yəni fəqərələrin yerinə qəfəslər qoyduq. Bu əməliyyat da ölkədə ilk dəfə edilən əməliyyat idi və ilk dəfə 2 yaşında uşağın üzərində edildi. Hazırda o uşaq tam sağlamdır və normal gəzərək həyatına davam edir.

Xəstələrimiz əziyyət çəkirlər
- Son vaxtlar yeni doğulan uşaqlarda müəyyən travmatoloji xəstəliklər əmələ gəlir. Bu nə ilə əlaqədardır?
- Bəli, doğuş əsnasında, əsasən zor doğuşlarda və ya doğuş metodları düzgün seçilməyəndə uşaqlarda sınıqlar, qopuqlar əmələ gəlir. Yəni bu, anadangəlmə bir problem deyil. Anadangəlmə elə problem ola bilər ki, ana bətnində uşağın qolu, ayağı olmaya bilər. Bu daha çox təhlükəlidir və bərpası nadir hallarda mümkün olur. Amma insanlar bilməlidir ki, təzə doğulmuş uşaqda travma əmələ gəlibsə, bunu həmin an bərpa etmək lazımdır, sonra bərpası çətin olur.

- Sizin fikrinizcə, ölkədə travmatologiya sahəsində ixtisaslaşmış həkimlər varmı? Xəstələr bu sahədən xüsusilə narazıdırlar...
- 4-5 il bundan əvvəl bu sahədə ölkəmizdə ixtisaslaşmış həkimlər yox dərəcəsində idi və buna görə də xəstələrdən müəyyən şikayətlər gəlirdi. Həqiqətən xəstələrimiz çox əziyyət çəkirlər. Hər kəs bilmir harada nə edilir, müalicə əsnasında başına nə gələcək. İrana, Rusiyaya və digər ölkələrə üz tuturlar və bu zaman da xeyli vəsait tələb olunur. Ola bilər ucuz iş görülsün, lakin ucuz işin də ucuz mahiyyəti olur. Nəticədə çox yerdə müalicə düzgün aparılmır, əməliyyat uğurlu olmur. İkinci dəfə getməyə isə imkanları çatmır, bu zaman da xəstə ortada qalır. Hazırda travmatologiya sahəsində Türkiyədə ixtisas alıb gələn həkimlərin sayı artır. Mənimlə birlikdə 10-15 nəfər həkim gəldi, yaxın 5 il ərzində isə 5-6 nəfər də qayıdacaq. Ümid edirəm ki, bu sahə getdikcə ölkəmizdə daha da inkişaf edəcək. Öz həkimlərimizdən əlavə, Amerikadan, Türkiyədən, Finlandiyadan dünyanın ən məşhur həkimləri gətirilir. Zənnimcə, müalicə üçün xaricə getmək dövrü yaxın vaxtlarda bitəcək.

- Son vaxtlar avtomobil qəzalarının sayı artıb. Bununla bağlı travmatoloji xəsarət alanların sayında artım müşahidə olunubmu?
- Bəli, çox vacib bir nöqtəyə toxundunuz. Son vaxtlar travmaların şiddəti də artıb. Qəzalar nəticəsində çox ağır travmalar gəlir. Sürücülərin ehtiyatsızlığı, diqqətsizliyi, yüksək sürətə olan həvəsləri çox ağır nəticələrə gətirib çıxarır. Travmaların şiddəti böyük olduğu üçün bəzən müalicəsi də imkansız olur.

Ara həkimləri
- Xalq arasında ara həkimləri adlandırılan insanlar var ki, sınıqları, çıxıqları müalicə edirlər. Buna münasibətiniz necədir, belə insanlara etibar etmək olarmı?
- Ara həkimlərinə münasibətim dəhşətdir. Bizə müraciət edən, ağır travma alan xəstələr var ki, deyir belimi, yaxud dizimi ara həkimi saldı. Nəticədə xəstədə adi sınıqdan ciddi travmalar yaranır, hətta şikəstliyə qədər də gətirib çıxarır. Xalq arasında ara həkimləri adlandırılan həkimlər tibb təhsili olmayan, nəinki tibb, ümumiyyətlə təhsili olmayan cahil insanlardır. Amma təəssüf ki, xalq arasında məşhurdurlar. Xəstəyə baxaraq gözü ilə yanlış diaqnoz qoyur və müayinə etməyə çalışır. Bu çox ciddi fəsadlar yaradır. Boyunu dartırlar, boyun yırtığı əmələ gəlir. Sümük sınıq olduğu halda müəyyən qarışıqlar hazırlayıb gips qoyurlar, bu da xəstədə qanqrena əmələ gətirə bilər.

- Skalyoz xəstəliyi nədir və bu xəstəlikdən tam sağalmaq olarmı?
- Skalyoz onurğanın sinə və bel hissəsindən yana doğru əyriliyidir. Yəni qarşıdan baxdıqda, çiyinlər və onurğa sütunu düz görünür. Əgər diqqətlə tam yöndən baxdıqda qövüsvari əyrilik hiss olunur ki, bu “S” hərfinə bənzəyir. Bunun adı skalyozdur. Skalyozun da şiddətinə görə dərəcələri var. Bu, müalicə olunmazsa, insan orqanizmində ciddi fəsadlar yaradır. Bəzi insanlar düşünür ki, bunun tam müalicəsi yoxdur, amma skalyoz əməliyyat vasitəsilə sağalan xəstəlikdir.

Aygün Cəfərli
Xəbər 1425 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.04.2014
“Bu, bizim yaralı yerimizdir”
17.04.2014
“O olmasa mən çoxdan ölüb gedərdim…”
16.04.2014
“Müxalifətin bələdiyyə seçkilərində önəmli rol oynamayacağı hamıya bəllidir”
15.04.2014
“Hücum diplomatiyasını yaddan çıxarmamalıyıq”
14.04.2014
“Analoq yayımı dayandırmağa tələsməyəcəyik”


    ,    
21.04.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
Yayda istirahətinizi necə planlaşdırırsınız?
Xaricə getmək istəyirəm
Ölkə daxilində istirahət edəcəm
Heç vaxt istirahət etmirəm
Cavab verməyə çətinlik çəkirəm

  Nəticələr!       İştirak edənlər: 16

        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info