RUS | AZE
 
Elmar Məmmədyarov “Atletiko”-“Çelsi” oyunundan danışdı
23.04
14:01
Yol hərəkəti qaydaları ilə bağlı Yenilik
23.04
13:45
Hakimə kəllə atan braziliyalı futbolçu üzr istədi
23.04
13:35
Yas mərasimində kütləvi zəhərlənmə
23.04
13:18
Nurçuluqla əlaqəm yoxdur - Azərbaycanlı nazir
23.04
13:07
MTN erməni saxtakarlığına qarşı səfərbərliyə çağırdı
23.04
12:51
Rauf Mirqədirovun atası Azərbaycan prezidentinə müraciət edib
23.04
12:38
Çətinliklər dəf edilmək üçündür
23.04
12:24
Keçmiş kollec direktorunun müavini həbs edildi - Bakıda
23.04
12:16
Krım hadisələri Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir - ABŞ səfiri
23.04
12:03
“Cənub axını”nın istiqaməti dəyişir?
23.04
11:54
Gülər Əhmədovanın məhkəməsi təxirə düşüb
23.04
11:46
AXCP rayon təşkilatının sədri yol qəzasında həlak oldu
23.04
11:35
Tağıyevin unudulmuş 110 yaşlı ibtidai məktəbi
23.04
11:29
Qarabağ danışıqları intensivləşəcək - Elmar Məmmədyarov
23.04
11:20
Suriyaya gedən azərbaycanlıları Türkiyədə tutdular
23.04
11:09
Xəzərin statusu məsələsi həllini tapacaqmı?
23.04
11:01
Azərbaycan son 20 ildə tam müstəqil siyasət yeridib - Morninqstar
23.04
10:49
Maşını belə parklayarlar...
23.04
10:44
Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək
23.04
10:37
Elmi-tədqiqat statusuna malik zəngin kitabxana
23.04
10:28
Bakıda I Xəzər Enerji Forumu başlayıb
23.04
10:19
Azərbaycan enerji mənbəyi kimi dünyanın diqqət mərkəzində
23.04
10:08
Doğuş vaxtı daha bir ana dünyasını dəyişdi
22.04
20:57
Gəncədə yağan güclü yağış bir sıra fəsadlar yaradıb
22.04
20:53
Keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul olunmasına münasibət bildirildi
22.04
20:42
“Berkut”çu komandir həbsxanaya salındı
22.04
19:25
Moskva konfransı yaxşı nəticələrlə başa çatdı
22.04
19:03
“Sovetski”dən köçürmə 6 mərhələdən ibarət olacaq
22.04
17:48
“Xəzərin statusu məsələsində ciddi irəliləyiş əldə edilib”
22.04
17:29
Daha bir dünya brendi Alov Qüllələrində
22.04
17:03
Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri İqtisadiyyat və Sənaye Nazirliyində olublar
22.04
17:00
ARGTMŞ Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinə üzv seçilib
22.04
16:54
Natavan Həbibi: “Məndən açıq-saçıq geyim gözləməyin“
22.04
16:18
Bakıdakı bağçada yoxlamalar dəhşətli faktlar üzə çıxardı
22.04
15:35
Böyükağa Hacıyev: “Tapşırmışam ki, uşağının adını “Neftçi” qoysun”
22.04
15:06
Dini kitablara nəzarət markası vurulur - Azərbaycanda
22.04
14:49
Bakıda dünya kuboku
22.04
14:36
Lavrovdan Xəzərin statusu ilə bağlı Bəyanat
22.04
14:18
Krımoğlunun Krıma girişi qadağan edildi
22.04
13:55
Həkimliklə futbol arasında qalan cərrah – Mən gənc olarkən
22.04
13:38
70 il birgə yaşayıb, bir gündə dünyadan getdilər
22.04
13:24
Bakının yenilikçi butik oteli – Reportaj Fotolar
22.04
13:08
“Mançester Yunayted“ baş məşqçini istefaya göndərdi
22.04
12:56
AMEA institutların adını dəyişdirdi
22.04
12:48
Azərbaycanın mədən sənayesində şəffaflıq artacaq
22.04
12:35
400 min manatlıq oğurluğu bacarsa da, sonda ələ keçdi
22.04
12:26
Yemək bişirməsəm, ölərəm – Sadə peşə adamı
22.04
12:15
Xəzəryanı ölkələrin XİN rəhbərlərinin konfransı keçirilir
22.04
12:05
İctimaiyyətin rəğbətini qazanan kanal
22.04
11:49
Dədə Qorquda yeni baxış - “İlahi oyun” - Fotolar
digər xəbərlər
Məktəb dərsləri internetdə
Tarix: 19.12.2012 | Saat: 17:21:00 | E-mail | Çapa göndər

«Kaspi» Təhsil Mərkəzinin “OxuTV” adlı yeni layihəsi şagird, valideyn və müəllimlərə böyük kömək olacaq

«Kaspi» Təhsil Mərkəzi yeni layihəyə start verəcək. «Oxu TV» adlanan layihə Mərkəzin sponsorluğu və təşəbbüsü ilə ərsəyə gələcək. Təhsil mərkəzinin direktoru Elnur Əliyev layihəni şərh edərkən bunun təkcə şagird və abituriyentlərə deyil, həm də valideynlərə ünvanlandığını bildirib.

Dəyərli vəsait

- «Oxu TV» layihəsinin əsas məramı nədir?


- “Oxu TV” offline rejimdə işləyən təhsil televiziyası layihəsidir. Ancaq istənilən vaxt istənilən təhsil haqqında videolara baxmaq mümkün olacaq. «Oxu TV» bütün fənlər üzrə məktəb proqramını əhatə edən və müasir metodlardan istifadə olunaraq hazırlanan video dərslərdir. Bu dərslər məktəblər tərəfindən sərbəst şəkildə və pulsuz olaraq izlənə biləcək. Layihənin əsas məqsədi məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına kömək etməkdir. Belə ki, layihə orta məktəb proqramına uyğun olaraq bütün fənnlərdən video dərslər təqdim edəcək. Bu dərslər ölkənin seçilmiş müəllimləri tərəfindən hazırlanır. İlin müəllimi mükafatı ilə təltif olunmuş pedaqoqlar, təhsildə uzun müddət pedaqoji təcrübəsi olan müəllimlər bu dərsləri aparırlar. Həmin dərslər pulsuz olaraq internet vasitəsilə veriləcək.

- Əgər məktəblərdə həmin dərslər keçirilirsə, onların təkrarı nəyə lazımdır və ya bu dərslərin məktəblərdəki dərslərdən fərqi nədən ibarət olacaq?

- İlk növbədə dərslərin hamısında müasir texnologiyalardan istifadə olunur. Ağıllı lövhələrdən istifadə edilir, dərslər prezentasiya şəklində izah olunur, dərslərin daha maraqlı və izahlı keçməsi üçün müəllimlər tərəfindən slaydlar hazırlanır. Bu, dərslərin daha maraqlı keçməsi məqsədini güdür və orta məktəblərdə keçirilən dərslərdən fərqlənir. Hazırlayacağımız dərslər məktəblərdəki dərslərə alternativ deyil. Biz demirik ki, uşaqlar dərsə getməsinlər və yalnız bu layihəni izləsinlər. Sadəcə, hər bir məktəbli dərsdə iştirak etməsinə baxmayaraq, nəsə yadından çıxa bilər, ev tapşırığını yerinə yetirərkən nəyisə bacarmaz və s. Bu baxımdan həmişə onun ixtiyarında «Oxu TV»də istədiyi mövzunun video dərsi olacaq. Şagird bütün fənlər üzrə istədiyi dərsə baxa biləcək və nəyisə başa düşməyibsə, təkrar baxmaq imkanı olacaq. Hətta, bir neçə dəfə təkrar qulaq asa biləcək. Və ya bəzən şagirdlər hansısa səbəbdən dərsə gələ bilmirlər. «Oxu TV» onlara imkan yaradacaq ki, sinif yoldaşlarından geri qalmamaq üçün proqramdan istifadə edə bilsinlər. Eləcə də Təhsil Nazirliyi gələcəkdə proqramdan geri qalan və eləcə də tətildə şagirdlərin dərsləri təkrar etmələri üçün geniş şəkildə istifadə edə bilər. Düşünürük ki, bu, gənc müəllimlər üçün də dəyərli vəsaitdir. Hər il çoxlu sayda məzunlar ali məktəbləri bitirərək müəllim kimi məktəblərə göndərilir və ya Təhsil Nazirliyində müəllim kimi yenidən imtahan verərək işə başlayırlar. Ancaq onlar təcrübəsiz olurlar. Düzdür, onlar dərs proseslərində müəyyən təcrübə qazana bilərlər. Ancaq dərslərə hazırlaşarkən təcrübəli müəllimlərin dərslərinə baxıb təkmilləşə bilərlər. Bu, məktəblərdə dərslərin keyfiyyətinin artırılmasına kömək edəcək. Layihənin daha bir önəmli cəhəti budur ki, bu, «İlin müəllimləri»ni təbliğ edəcək. Bu, digər müəllimlər üçün də bir örnəkdir. Həmçinin valideynlər uşaqlarına kömək etmək istərkən vəsaitlərdən istifadə edə bilərlər. O cümlədən, şagirdlər burada özlərinə səhifə aça bilərlər. Onların izlədiyi dərslərin dəqiqəsi, hansı dərslərə baxmasının və s. statistik göstəricisi də həmin səhifədə yer alacaq. Bu o deməkdir ki, valideyn öz uşağına bu saytdan istifadə etməsini tövsiyə edə bilər. Həmçinin övladının hansı dərslərə baxıb-baxmaması ilə maraqlana bilər. Dərslərin hər birinin sonunda şərh yazmaq imkanı var ki, şagird də, valideyn də ona anlaşılmayan və ya xoşa gəlməyən mövzu ətrafında öz rəylərini yaza bilər. Portal əsasən məktəblərlə işləyəcək. Hər bir məktəb öz tədbirini portalda yerləşdirə bilər. Bu, məktəblər arasında xoş rəqabət də yaradacaq. Burada həmçinin valideynlərə aid bir səhifə olacaq ki, onlar öz suallarını verə və psixoloq məsləhəti ala biləcəklər. Verilən suallar həftədə bir dəfə psixoloq tərəfindən cavablandırılacaq.

Bütün mövzuların əhatəsi

- Fənlər üzrə dərslərin videçarxlarının hazırlanma mexanizmi necə həyata keçiriləcək? Canlı, yoxsa montaj şəklində?

- Əslində auditoriyada çəkilməsi daha yaxşı olardı. Biz nəzərdə tutmuşuq ki, bütün dərslər çəkilsin. Nümunə dərslər olduğu halda, sizin dediyiniz kimi həyata keçirilə bilərdi. Məsələn, 5-10 dərs müxtəlif müəllimlərin real auditoriyada keçdiyi dərslər zamanı çəkilişlərdən ibarət ola bilərdi. Ancaq bizim layihədə müəllimlər sanki auditoriya qarşısında olaraq dərsləri hazırlayırlar. «Oxu TV»nin studiyasında çəkiliş qrupu dərsləri çəkir, müəllimlərin iştirakı ilə dərslər montaj olunur, proqramın hər bir mövzusu üzrə 10-15 dəqiqəlik çarxlar olur. Hesab edirik ki, məktəbdə keçirilən 45 dəqiqəlik dərsin yeni dərs hissəsi 10-16 dəqiqə arasında baş verir. Həmin izah da videoçarxda əksini tapır.

- Bəs mövzular necə seçiləcək? Bütün fəsillər üzrə dərslər əhatə olunacaqmı?

- Əlbəttə. Bu, əslində çox ağır bir işdir. Amma biz düşünürük ki, məktəb fənlərinin hamısı hər sinif üzrə ayrıca fənnə daxil olacaq və mövzular sıra ilə davam edəcək. Tədris planında olan bütün mövzular əhatə ediləcək.

- Sizə elə gəlmirmi, bu, haradasa uşaqları öz dərslərinin həllini asanlaşdırmaq üçün imkan ola bilər? Məsələn, əgər müəllim şagirdə riyaziyyat və ya fizikadan çalışma veribsə və o, özü bunu sərbəst həll edə bilmirsə?

- Layihədə çalışmanın həllindən daha çox izahı olacaq. Tələbə başa düşmədiyi təqdirdə, çalışmanı edə bilməyəcək. Sadəcə, bu çarxlar onların hər hansı dərsi daha yaxşı başa düşməsinə kömək edəcək. Ev tapşırıqlarının həlli isə göstərilməyəcək.

Faydalı işə sövq

- Bilirsiniz ki, bu gün şagirdlər daha çox dil kurslarına üz tuturlar. Bu baxımdan layihənin hansı avantajları olacaq?

- İngilis dili üçün orta məktəb proqramını tam əhatə edəcək nəzəri hissə olacaq. Bütün qrammatik qaydalar müəllimlər tərəfindən izah olunacaq. Hər bir izahın gedişatı boyu müxtəlif nümunələr, materiallar təqdim olunacaq. Hər bir dərsin sonunda ev tapşırığı bölməsinin olması planlaşdırılır. Yəni tələbə dərsi necə mənimsəməsi ilə bağlı həmin çalışmanı yerinə yetirib özünü yoxlaya bilər. Elə bilirəm ki, xarici dil öyrənmək istəyən məktəblilər üçün daha yaxşı zəmin yaranacaq.

- Heç şübhəsiz, şagirdlər istənilən saytda həm də əyləncə axtarırlar. Onların bu marağını da nəzərə almısınızmı?

- Təbii ki, internetin müsbət tərəfləri ilə bərabər mənfi tərəfləri də var. Uşaqlar əyləncələrə də meyl edə bilirlər. Ancaq bizim dəstəklədiyimiz layihə onları faydalı bir işə sövq etməyə çalışır. Belə ki, əyləncə tərəfini də nəzərə alaraq biz layihəyə bir sıra əlavələr etmişik. Məsələn, tələbələr burada özlərinin bacarığını nümayiş etdirə bilərlər. Əgər kiminsə yaxşı şeir demək, rəsm çəkmək, rəqs etmək, hər hansı idman növü ilə məşğul olmaq və s. bacarığı varsa, bunu layihədə yerləşdirib ictimailəşdirə bilər. Həmçinin bütün bunları öz dostları arasında yaya bilər. Bu baxımdan layihə həm də şəbəkə xarakteri daşıyacaq.

- Abituriyentlərin ali məktəblərə hazırlanması ilə bağlı layihədə hər hansı bölmə nəzərdə tutulubmu?

- Adətən şagirdlər yuxarı siniflərdə daha ciddi oxumağa başlayırlar. Bu baxımdan bu layihə onlar üçün qiymətli resurs ola bilər. Düzdür, əslində layihə birbaşa onlara hədəflənməyib, məktəb proqramını əhatə etməyə ünvanlanıb. Qəbul imtahanlarına da məktəb proqramlarındakı mövzular düşür, amma qısa şəkildə. Buna baxmayaraq, bütün abituriyentlər məktəbi bitirib instituta hazırlaşarkən yaxşı vəsait əldə etmək imkanı qazanırlar. Əgər onların maddi imkanları hazırlıq kurslarına getməyə imkan vermirsə, bu layihə onlar üçün alternativ ola bilər. Eyni zamanda, ucqar rayonlarda yaşayan şagirdlər üçün də layihə proqrama dəstək xarakteri daşıya biləcək.

- Gələcəkdə layihənin online rejimdə fəaliyyəti nəzərdə tutulurmu?

- Əslində online layihələr nəzərdə tutulub. Online olduğu halda, bu, kurs şəklini alacaq. Məsələn, bu, çox populyar olan fənnlər üzrə – xarici dil, riyaziyyat ola bilər. Tələbələr əvvəlcədən qeydiyyatdan keçməklə səhifəyə daxil ola bilərlər. Bəlli günlərin bəlli saatlarında burada online dərslər keçirilə bilər ki, tələbələr suallarını verib müzakirələrə qoşularlar.

- “Oxu TV” nə vaxt istifadəyə veriləcək?

- Layihənin ilkin istifadəsi fevral ayının əvvəlində baş tutacaq. Artıq 200-ə yaxın dərs hazırlanıb başa çatmaq üzrədir. Bütün fənlər üzrə mövzular fevral ayına qədər başa çatmasa da, təxminən 30-35 faiz həcmdə material tələbələrin ixtiyarında olacaq. Bu layihə davam edəcək və digər dərslər də əlavə olunacaq. Yəqin ki, 2013-cü ilin sonuna qədər baza materialı tam hazır olacaq.

Təranə Məhərrəmova
Xəbər 1362 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.04.2014
Çətinliklər dəf edilmək üçündür
23.04.2014
Elmi-tədqiqat statusuna malik zəngin kitabxana
19.04.2014
“Bu, bizim yaralı yerimizdir”
17.04.2014
“O olmasa mən çoxdan ölüb gedərdim…”
16.04.2014
“Müxalifətin bələdiyyə seçkilərində önəmli rol oynamayacağı hamıya bəllidir”


    ,    
23.04.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
Yayda istirahətinizi necə planlaşdırırsınız?
Xaricə getmək istəyirəm
Ölkə daxilində istirahət edəcəm
Heç vaxt istirahət etmirəm
Cavab verməyə çətinlik çəkirəm

  Nəticələr!       İştirak edənlər: 23

        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info