Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Məlumat » Münaqişənin həlli prosesi

ATƏT-in Nazirlər Şurasının
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar

BƏYANATI


ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin səyləri və ATƏT-in Fəaliyyətdə olan Sədrinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 2006-cı il ərzində aparılmış danışıqlar nəticəsində tərəflərin əsas prinsiplər üzrə razılığa gəlmələri üçün daha da yaxınlaşmaları bizi ruhlandırmışdır.

Biz Böyük Səkkizliyin (cari ilin) iyul ayında Sankt-Peterburq şəhərində keçirilmiş Sammitində Böyük Səkkizliyin liderləri tərəfindən bu səylərə ifadə edilmiş dəstəyi salamlayırıq.

Biz israrla inandırırıq ki, Ermənistan və Azərbaycan Prezidentlərinin bu əsas prinsiplər üzərində növbəti il ərzində mümkün qədər tez yekun razılığa gəlmələri üçün göstərdikləri səyləri daha da artırmalarını israr edirik.

Biz tərəfləri yanğınların yayıldığı ərazilərdə dayandırılması və onların fəsadlarının aradan qaldırılması məqsədi ilə beynəlxalq ictimaiyyətin köməyi ilə ekoloji əməliyyatın aparılması üçün əməkdaşlığın artırılmasına çağırırıq. Bu tədbirlərin aparılması tərəflər arasında inamın bərpa edilməsi üçün əhəmiyyətli addımlar ola bilər. ATƏT yardım göstərməyə hazırdır.

Biz, eyni zamanda ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi və onun regiondakı missiyasına, xüsusən də onların Ekoloji Dəyərləndirmə Missiyası və atəşkəsin davam etməkdə olan monitorinq fəaliyyətinə dəyişməz dəstəyimizi ifadə edirik. Biz təəssüf edirik ki, vaxtaşırı olaraq cəbhə xətti boyunca insanların həyatının itirilməsi ilə nəticələnən insidentlər davam edir və hər iki tərəfi atəşkəsə sayıqlıqla riayət etməyə çağırırıq.


Brüssel, 05 dekabr 2006-cı il

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •