|
Ermənistanın Azərbaycana təcavüzü
Ermənistanla Azərbaycan arasında münaqişə
Faktlar və hadisələr
Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası
dövlətindən alır. Hazırda
Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə
həmin dövlətin bir hissəsi olub. Qədim
mənbələrə görə, Albaniyanın etnik tərkibi
yerli Qafqaz və türk xalqlarına aid 26 qəbilə birləşməsindən
ibarət idi. Albaniya zəngin və nadir
mədəniyyətə malik idi, onun 52 hərfdən ibarət
əlifbası vardı. Eramızın 313-cü ilində xristianlıq
Albaniyada dövlət dini elan edildi, müstəqil alban kilsəsi
fəaliyyətə başladı. Gərgin və mürəkkəb
şərait Albaniyanın müstəqilliyinin uzunmüddətli olmasına
imkan vermədi. Eramızın 705-ci ilində Albaniya dövləti
Ərəb Xilafətinin tərkibinə qatıldı. Bundan
sonra ermənilərlə Bizansa qarşı ittifaq yaradan
Xilafət Albaniya ilə Bizans arasında mövcud olan sıx
əlaqələri pozmaq məqsədi ilə alban kilsəsini
erməni qriqorian kilsəsindən asılı
vəziyyətə saldı.
Orta əsrlər dövründə Qarabağ Azərbaycanın indiki
ərazisində o zaman mövcud olmuş türk müsəlman sülalələri
tərəfindən idarə edilən dövlətin bir hissəsi
olmuş və orada türkdilli xalqlar məskunlaşmışdı.
18-ci əsr türk (Azərbaycan) sülaləsi olan Cavanşirlərin
başçılıq etdiyi Qarabağ Xanlığının
yaranması ilə əlamətdardır. Bu, Azərbaycan
zadəganlarının irsi sülalə ənənəsinin hökm
sürdüyü Azərbaycan Xanlığı idi və burada
məskunlaşmış etnik sülalələr arasında
azərbaycanlılar üstünlük təşkil edirdi.
Qarabağ Xanlığı ilə Rusiya İmperiyası arasında
imzalanan Kürəkçay müqaviləsindən (1805) sonra Xanlıq
Rusiya İmperiyasının hökmranlığı altına keçməyə
məcbur oldu. Bütün Qafqaz bölgəsini işğal etdikdən
sonra Rusiya İmperiyası ərazi üzərində öz
nəzarətini yaratmaq və gücləndirmək məqsədi
ilə müxtəlif vasitələrlə “ayır-buyur”
siyasətini həyata keçirməyə başladı. İrandan
və Osmanlı İmperiyasından ermənilərin Qarabağa
köcürülməsi və bununla da bölgədə demoqrafik
vəziyyətin süni yolla dəyişdirilməsi bu
sahədə görülən genişmiqyaslı tədbirlərin
bir hissəsi idi. Rusiya-İran (1806-1813, 1826-1828) və
Rusiya-Osmanlı (1828-1829) müharibələrindən sonra
ərazinin etnik tərkibi tamamilə dəyişdirildi.
Təkcə 1828-1830-cu illər ərzində İrandan
40.000-dən çox, Osmanlı İmperiyasından isə 84.600
erməni köçürülüb Azərbaycanda məskunlaşdırıldı.
1828-ci ildə Rusiya çarının əmri ilə işğal
olunmuş Azərbaycan xanlıqlarının (İrəvan
və Naxçıvan) ərazisində erməni vilayəti yaradıldı.
Bu, Osmanlı İmperiyasının arxa qapısında, münaqişə
edən iki tərəf arasında dövlət qurumu yaratmaq və
türkdilli xalqları bir-birindən ayırmaq məqsədi daşıyırdı.
1836-cı ildə Rusiya çarı tərəfindən alban
kilsəsinin ləğv olunması alban əhalisinin qəti
şəkildə Qriqorianlaşdırılması (erməniləşdirilməsi)
ilə nəticələndi.
1918
28 may – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin
elan edilməsi. Həmin gün Ermənistan Respublikasının da
müstəqilliyi elan olundu;
29 may – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti müstəqillik
elan edən, lakin siyasi mərkəzi olmayan Ermənistan
Respublikasının hökumətinə İrəvan şəhərini
(indiki Yerevan, əhalisinin 30 faizi ermənilərdən və başqa
etnik qruplardan, 70 faizi azərbaycanlılardan ibarət idi) güzəştə
getdi.
4 iyun – Osmanlı İmperiyası və üç Cənubi Qafqaz
Respublikası (Ermənistan, Azərbaycan və Gürcüstan) arasında
Batumi Sülh Müqaviləsinin bağlanması. Osmanlı İmperiyası
Cənubi Qafqaz respublikalarının müstəqilliyini tanıyan
ilk dövlət idi. Ermənistan tərəfindən daşnaq hökümətinin
baş nazirinin imzaladığı müqaviləyə
əsasən Ermənistanın sərhədləri müəyyənləşdirildi
və nəticə etibarı ilə bu dövlətin 400.000
nəfər əhalisi olan Erivan və Eçmiədzin rayonları
da daxil olmaqla 10.000 kv. km-dən ibarət ümumi ərazisi
dəqiqləşdirildi. Təbii ki, Qarabağ Azərbaycan Xalq
Cümhuriyyətinin bir hissəsi olaraq qaldı.
İyun-iyul – Sülh və mehriban qonşuluq münasibətlərinə
dair razılaşmanın əksinə olaraq, Ermənistan
Respublikası Azərbaycana qarşı irimiqyaslı təcavüzə
başladı. Naxçıvan şəhərinin işğalı,
Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrinə
kütləvi hücumlar 115 kəndin viran edilməsi və 7729
Azərbaycan vətəndaşının qətlə
yetirilməsi ilə nəticələndi. Təxminən 50.000
nəfər yurd-yuvasından didərgin düşdü.
1920
11 yanvar – Azərbaycan Respublikasının müstəqilliyinin
İttifaq xalqlarının Ali Soveti tərəfindən de-fakto
tanınması.
27 aprel – Azərbaycanın Sovet Rusiyasının 11-ci Qızıl
Ordusu tərəfindən işğalı.
28 aprel – Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması
və Azərbaycanda Sovet hakimiyyətinin qurulması.
1921
5 iyul – Rusiya Kommunist (bolşevik) Partiyası
Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi:
“Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı
və yuxarı Qarabağ arasında iqtisadi
əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin
qorunub saxlanılması zərurəti əsas götürülərək,
Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın
və ona geniş regional muxtariyyət verilsin”.
Dağlıq Qarabağ ermənilərinə özünüidarə
hüququnun verilməsi ilə eyni vaxtda əhalisinin
əksəriyyəti azərbaycanlılardan ibarət olan
Zəngəzur və Qazax rayonunun bir hissəsi (9.000 kv.km.)
Ermənistana verildi. Sovet hakimiyyəti dövründə Azərbaycanın
ümumilikdə 20.000 kv.km. ərazisi Ermənistana verilmişdir.
1923
7 iyun - Azərbaycan SSR Mərkəzi İcraiyyə
Komitəsinin “İnzibati mərkəzi Xankəndi (1923-cü ilin
sentyabrında şəhərin adı dəyişdirildi və
bolşevik lideri Stepan Şaumyanın şərəfinə
Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda
muxtar vilayətin yaradılması” haqqında fərmanı
qəbul edildi; eyni zamanda, Ermənistanda yığcam halda yaşayan
üç yüz min azərbaycanlıya Sovet hökuməti və
Ermənistan SSR tərəfindən hətta mədəni
muxtariyyət verilmədi.
1948-1953
Ermənistanın azərbaycanlı əhalisi həmişə
təzyiq altında yaşayıb və bu da azərbaycanlıların
Ermənistandan kütləvi deportasiyaları ilə
nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü
illərdə 250 mindən artıq azərbaycanlı
Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı
rayonlarına köçürülüb.
1987
18 noyabr – Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın
Ermənistan SSR-ə birləşdirilməsi barədə
bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da
alovlanmasında və münaqişənin kəskinləşməsində
həlledici rol oynadı.
Noyabr-dekabr – Yerevanda (Ermənistan) Azərbaycan SSR-in Dağlıq
Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi
şüarları ilə nümayişlər keçirildi.
1988
Yanvar – Ermənistan SSR-də yaşayan azərbaycanlıların
kütləvi surətdə qovulması Azərbaycan hakimiyyət
orqanlarının qərarı ilə qaçqınlar Bakı
və Sumqayıtda yerləşdirildi.
Fevral – Münaqişənin ilk qurbanları: iki Azərbaycan
vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ)
öldürüldü.
28-29 fevral – Sumqayıtda kütləvi iğtişaşlar baş
verdi, nəticədə müxtəlif millətlərə
mənsub insanlar, ermənilər, azərbaycanlılar
və ruslar da daxil olmaqla, 32 nəfər öldürüldü.
Cinayətkar qrupa şəxsən 5 nəfər ermənini öldürən
və 6 erməni qadını zorlayan erməni Eduard Qriqoryan başçılıq
edirdi.
18 iyul – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin geniş
iclası Dağlıq Qarabağın Azərbaycan SSR-nin ayrılmaz
tərkib hissəsi olduğunu təsdiq etdi.
27-29 noyabr – Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində
azərbaycanlılara qarşı törədilən cinayət
əməlləri nəticəsində 33 nəfər öldürüldü.
Dekabr – Ermənistan SSR-də 220.000 – dən çox
azərbaycanlı öz evlərindən zorla çıxarıldı.
1989
29 iyul – Azərbaycandan Ermənistana gedən dəmiryol
xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar
nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan
Muxtar Respublikasının Ermənistan tərəfindən
təcrid edilməsi başlandı.
1 dekabr – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın
Ermənistan SSR-ə birləşdirilməsi barədə
qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma
və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin
ərazi bütövlüyünə qarşı iddialarını
rəsmən elan etdi.
1990
13 yanvar – SSR Daxili İşlər Nazirliyinin əmri ilə
Bakı polisi tərksilah edildi. Bunun nəticəsində sonrakı
günlərdə (13-16 yanvar) Bakıda baş verən iğtişaşların
qarşısını almaq mümkün olmadı.
20 yanvar – Sovet Ordusu Bakıya soxularaq yüzlərlə yerli
sakini qətlə yetirdi. Uşaqlar, qadınlar və qocalar
vandalizmin ilk qurbanları oldular. Rəsmi statistikaya görə 150
nəfər öldürülmüş, 700 nəfər yaralanmışdır.
1991
2 sentyabr – Ermənilər Azərbaycan Respublikasının Dağlıq
Qarabağ ərazisində qondarma Dağlıq Qarabağ
Respublikasının yaradılmasını elan etdilər. “Dağlıq
Qarabağ respublikasının özünümüdafiə
dəstələri” adı altında 15.000 nəfərdən
ibarət qanunsuz silahlı qruplar təşkil olundu.
23 sentyabr – Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi
ilə Azərbaycan və Ermənistan prezidentlərinin
Jeleznovodskda (Rusiya) keçirilən görüşü. Münaqişənin sülh
yolu ilə həll olunması barədə razılıq
əldə edildi.
Oktyabr-noyabr – Əldə edilmiş razılığa
baxmayaraq, erməni silahlı qüvvələri Dağlıq
Qarabağın Xocalı (Martuni) və Hadrut rayonlarının
azərbaycanlı əhalisinə qarşı kütləvi hücumlara
başladı. 30 –a yaxın kənd işğal olunaraq
viran edildi və sakinlər öz evlərindən didərgin salındı.
20 noyabr – Erməni terrorçuları Xocavənd rayonunun
Qarakənd kəndi yaxınlığında Rusiya və Qazaxıstanın
yüksək vəzifəli şəxslərini, eləcə
də o vaxtkı Azərbaycan rəhbərliyinin bir qrup üzvünü
aparan “Mİ-8” mülki vertolyotuna atəş açdılar. 22
nəfərin qətli Jeleznovodskda Ermənistan-Azərbaycan münaqişənin
sülh yolu ilə həllinə yönəldilən ilk cəhdin sonu
oldu və bu da təcavüzün daha da genişlənməsinə
təkan verdi.
1992
30-31 yanvar – Praqada ATƏT-in ikinci toplantısı
Azərbaycan və Ermənistan ATƏT-ə üzv qəbul
edildilər.
25-26 fevral – ATƏT-ə üzv olduqdan dərhal sonra
Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq
Qarabağda yerləşən Xocalı şəhərinin
əhalisinə qarşı soyqırımı törətdilər.
Rusiyanın Xankəndində yerləşən 366-cı alayının
böyük dəstəyi ilə Ermənistan ordusu 613 nəfəri
(o cümlədən, 63 uşağı, 106 qadını, 70 qocanı)
qəddarcasına qətlə yetirdi və şəhəri
yerlə-yeksan etdi. 487 nəfər, o cümlədən 76 uşaq
yaralandı, 1275 nəfər əsir götürüldü, 150
nəfər hələ də itkin düşdü.
28 fevral – Praqada ATƏT Komitəsinin yüksək vəzifəli
rəsmlərinin yeddinci görüşü. Bu görüş
tərəfləri yubatmadan Azərbaycanın Dağlıq
Qarabağ ərazisində atəşkəs elan etməyə,
yalnız sülh yolu ilə və ümumi razılıqla dəyişdirilməsi
mümkün olan daxili və xarici sərhədlərin toxunulmazlığına
hörmətlə yanaşmağa, bütün ərazi iddialarından,
eləcə də düşməncəsinə təbliğatın
bütün növlərindən imtina etməyə çağırdı.
Fevralın sonu - Rusiya silahlı qüvvələrinin 366-cı
motoatıcı alayının Xankəndindən Rusiyaya köçürülməsi,
25 tankın, 87 zirehli döyüş maşınının, 28
piyada döyüş maşınının 45 artilleriya top sisteminin
erməni separatçılarına qanunsuz verilməsi.
11 mart – Avropa Şurası Nazirlər Komitəsinin
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
ərazisinin mülki əhalisinə qarşı yönəldilmiş
zorakılıq və hücumları pisləyən bəyanatı.
24 mart – ATƏT Şurasının birinci əlavə Helsinki
görüşü. ATƏT-in sədrliyi altında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı konfransın təşkil
olunması barədə qərar.
7 may – Azərbaycan və Ermənistan dövlət başçılarının
İranın vasitəçiliyi ilə Tehranda görüşü. Görüş
Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına
və münaqişənin sülh yolu ilə həllinə həsr
olunmuşdu. Dövlət başçıları görüşün sonunda
kommunike imzaladılar;
8 may – Tehranda kommunikenin imzalanması ilə eyni vaxtda
Ermənistan Dağlıq Qarabağın Şuşa şəhərini
(əhalisinin 91.7 % azərbaycanlılardan ibarət idi) işğal
etdi. Şuşanın işğalı nəticəsində 20
mindən çox azərbaycanlı yurd-yuvasından didərgin düşdü.
17 may – Helsinkidə ATƏT- in yüksək vəzifəli
rəsmləri ilə görüşdə münaqişənin sülh
yolu ilə həllinə dair müzakirələr gedərkən
erməni silahlı qüvvələri Laçın rayonunu işğal
etdilər. Bu işğal nəticəsində 63.341
Azərbaycan vətəndaşı doğma torpağından
qovuldu.
19 sentyabr – Soçidə (Rusiya) Azərbaycan və Ermənistan müdafiə
nazirləri bütün silahlı əməliyyatların iki ay
ərzində (müddətin daha sonra uzadılması şərti)
dayandırılması barədə razılığa
gəldilər.
9-12 dekabr – Soçidə əldə edilən razılığı
pozaraq, Ermənistan Azərbaycanın Zəngilan rayonunun 8
kəndini işğal etdi.
1993
27 mart-3 aprel – Cenevrədə aparılan sülh danışıqları
ilə eyni vaxtda Ermənistan Azərbaycanın
Kəlbəcər rayonunu işğal etdi. 60.698 azərbaycanlı
daimi yaşayış yerindən didərgin düşdü.
6 aprel – BMT Təhlükəsizlik Şurasının sədri
Kəlbəcərin işğalını pisləyən
bəyanat verdi.
15 aprel – Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq
Qarabağ münaqişəsinin dərinləşməsi
barədə bəyannaməsi. Nazirlər Komitəsi münaqişənin
dərinləşməsi, xüsusilə, döyüş zonasının
Azərbaycanın Kəlbəcər rayonuna kimi genişlənməsi
ilə bağlı ciddi narahatlığını bildirdi
və BMT Təhlükəsizlik Şurası sədrinin dərhal
bütün hərbi əməliyyatları dayandırmaq
tələbini və regionda sülhə və sabitliyə təhlükə
törədən bütün qüvvələrin çıxarılmasına
dair çağırışlarını dəstəklədi.
25-29 aprel – Islam Konfransı Təşkilatı Ermənistanın
Azərbaycana hücumlarını və Azərbaycan torpaqlarının
ermənilər tərəfindən işğalını
qətiyyətlə pisləyən qətnamə qəbul etdi.
30 aprel – BMT-nin Təhlükəsizlik Şurası işğalçı
qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın
son zamanlar işğal olunmuş digər
ərazilərindən dərhal çıxarılmasını
tələb edən 822 saylı qətnamə qəbul etdi.
11 iyun – Şimali Atlantika Əməkdaşlıq Şurasının
bəyanatı: “Biz BMT Təhlükəsizlik Şurasının
münaqişə tərəfləri və bütün ölkələr
tərəfindən yubadılmadan, bütünlüklə icra
edilməsi zəruri olan 822 saylı qətnaməsini
qətiyyətlə dəstəkləyirik. Biz döyüş
əməliyyatlarını dərhal dayandırmağa, işğalçı
qoşunları Kəlbəcər rayonundan və Azərbaycanın
işğal olunmuş digər rayonlarından çıxarmağa
çağırırıq”.
23 iyul – ATƏT-in Minsk Konfransının sədri cənab
M.Rafaellinin səfərindən dərhal sonra Azərbaycanın
Ağdam rayonunun Ermənistan tərəfindən işğalı.
158 min Azərbaycan vətəndaşı öz yurdundan
didərgin salındı.
24 iyul – Ağdam şəhərinin (Azərbaycan) işğalı
barədə ATƏT-in Minsk Konfransı sədrinin bəyanatı.
29 iyul – İşğalçı qoşunların Ağdam
rayonundan və Azərbaycan Respublikasının işğal
olunmuş digər rayonlarından dərhal, tamamilə və
qeyri-şərtsiz çıxarılması barədə BMT
Təhlükəsizlik Şurasının 853 saylı
qətnaməsinin qəbulu.
18 avqust – İşğalçı qüvvələrin Ağdam
rayonundan və Azərbaycanın işğal olunmuş
digər rayonlarından tamamilə, dərhal və qeyri-şərtsiz
çıxarılması barədə BMT Təhlükəsizlik Şurası
sədrinin bəyanatı;
23-26 avqust – Edilmiş xəbərdarlıqlara baxmayaraq,
Ermənistan öz təcavüzkar siyasətini davam etdirərək,
Azərbaycanın Fizuli və Cəbrayıl rayonlarını işğal
etdi. Nəticədə, 209.985 Azərbaycan vətəndaşı
yurd-yuvasından didərgin düşdü.
25-26 avqust – Silahlı qüvvələrin Azərbaycanın
Qubadlı və Zəngilan rayonlarının işğalına
yönləndirilməməsi barədə ATƏT Sədrinin
Ermənistan Prezidenti L.Ter-Petrosyana müraciətini Ermənistan
rədd edir.
31 avqust – Azərbaycanın Qubadlı rayonunun Ermənistan
silahlı qüvvələri tərəfindən işğalı.
Nəticədə 31.364 Azərbaycan vətəndaşı
yurd-yuvasından didərgin düşdü.
14 oktyabr – ATƏT-in Minsk Qrupunun fəaliyyət
cədvəlində nəzərdə tutulmuş qarşılıqlı
və zəruri addımların dərhal yerinə
yetirilməsi, eləcə də qoşunların işğal
olunmuş ərazilərdən çıxarılması
barədə BMT Təhlükəsizlik Şurasının 874 saylı
qətnaməsinin qəbulu.
28 oktyabr – 1 noyabr – Azərbaycanın Horadiz və Zəngilan
rayonlarının işğalı. 34.924 Azərbaycan
vətəndaşı öz evini tərk etməyə və qaçaraq
canını qurtarmağa məcbur oldu.
11 noyabr – BMT Təhlükəsizlik Şurasının
Zəngilan və Horadiz rayonlarının işğalını,
yerli əhaliyə edilən hücumları və Azərbaycan
Respublikasının bəzi ərazilərinin bombardman olunmasını
pisləyən, Zəngilan, Horadiz rayonlarından və
Azərbaycanın işğal olunmuş digər
ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını
tələb edən 884 saylı qətnaməsinin qəbulu.
1994
10-11 yanvar – Şimali Atlantika Əməkdaşlıq Şurasının
üzvü olan ölkələrin dövlət və hökumət başçıları
ərazi ələ keçirilməsi üçün güc tətbiq
edilməsini pisləyən qərar qəbul etdilər.
“Regionda sülhün, sabitliyin və əməkdaşlığın
bərqərar olması üçün Ermənistan, Azərbaycan və
Gürcüstanın ərazi bütovlüyünə, müstəqilliyinə
və suverenliyinə hörmət bəslənilməsi çox
vacibdir...”
15 aprel – MDB-nin üzvü olan dövlətlərin suverenliyinə,
ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına
hörmətlə yanaşılması barədə MDB-nin
qətnaməsi. Ermənistan qətnaməyə qoşulmayan
yeganə MDB dövləti idi.
12 may – Atəşkəs barədə razılıq qüvvəyə
mindi.
9-10 iyun – Şimali Atlantika Şurası nazirlərinin görüşündə
nazirlər qərara gəldilər ki, “münaqişənin
həllinə aparan mərhələli sülh prosesi üçün BMT
Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinə əsasən zəruri şəraitin
yaradılması, münaqişənin yatırılması, zorla
işğal olunmuş ərazilərdən qoşunların çıxarılması
və məcburi köçkünlərin öz yurdlarına geri qaytarılması
üçün səmərəli atəşkəs və güzəştli
konstruktiv danışıqlar çox vacibdir...”
5-6 dekabr – ATƏT-in Budapeşt Sammiti. Dağlıq Qarabağ
münaqişəsinin həlli sahəsində ATƏT-in
fəaliyyətinin gücləndirilməsi barədə qərar
qəbul olundu. Sənədə əsasən, silahlı münaqişənin
dayandırılması ilə bağlı siyasi razılıq
əldə edilməsi üçün intensiv danışıqların
aparılması, münaqişənin tərəflər üçün ağır
nəticələrinin aradan qaldırılması və Minsk
konfransının təşkil edilməsi məqsədi ilə
Minsk Konfransı həmsədrlərinin təşkilatı
təsis edildi. Bununla da, Budapeşt Sammiti münaqişənin
həlli prosesinin iki mərhələli hüquqi çərçivədə
aparılmasını qərara aldı: 1) birinci
mərhələ - razılığın yerinə
yetirilməsi ilə silahlı münaqişənin ağır
nəticələrinin aradan qaldırılması, yəni işğal
olunmuş ərazilərin tamamilə boşaldılması
və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının
təmin olunması; 2) ikinci mərhələ - münaqişənin
tam və hərtərəfli həlli üçün Minsk Konfransının
çağırılması. Budapeşt Sammiti həmçinin siyasi
razılığın həyata keçirilməsindən sonra ATƏT
tərəfindən sülhməramlı hərbi əməliyyatın
hazırlanması barədə qərar qəbul etdi;
1995
Münaqişənin dayandırılması barədə razılığın
dəqiqləşdirilməsi ilə bağlı danışıqlar.
1996
2-3 dekabr – ATƏT-in Lissabon Sammiti. ATƏT-in Sədri
Ermənistanla Azərbaycan arasında münaqişənin
həllinin üç başlıca prinsipi barədə Ermənistan
istisna olmaqla ATƏT-in üzvü olan bütün dövlətlərin (53)
dəstəklədiyi bəyanat verdi: 1) Ermənistan Respublikasının
və Azərbaycan Respublikasının ərazi bütövlüyü; 2)
Azərbaycan daxilində Dağlıq Qarabağa yüksək
muxtariyyət verilməsini nəzərdə tutan, öz müqəddəratını
təyin etmək hüququna əsaslanan razılaşma ilə müəyyən
edilən Dağlıq Qarabağın rəsmi statusu; 3) Dağlıq
Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinin
təminatı, eləcə də tərəflərin razılaşmanı
təmin etmək üçün qarşılıqlı öhdəlikləri.
1997
Yanvar - ATƏT-in Minsk Konfransı həmsədrliyi üçlüyünün
(Rusiya, ABŞ və Fransa) təsisatı təqdim edildi.
2 aprel – Rusiya Dövlət Dumasının Müdafiə
Komitəsinin sədri cənab Lev Roxlinin Rusiyadan Ermənistana
bir milyard ABŞ dolları məbləğində qeyri-qanuni
silah göndərilməsi barədə məruzəsi. Sonradan
cənab Roxlin naməlum şəraitdə qətlə yetirildi.
22 aprel – Avropa Şurasının Parlament Assambleyası
Cənubi Qafqazda münaqişələr barədə
qətnamə (1119) qəbul etdi. Qətnamədə qeyd edilirdi
ki, regionda mövcud olan münaqişələr 1975 –ci il Helsinki
Yekun Aktının və 1990-cı il Paris Nizamnaməsinin müddəalarına
uyğun həll olunmalıdır.
I. Sərhədlərin toxunulmazlığı;
II. Nəzərdə tutulan ərazilərdə bütün
əhalinin, xüsusilə çoxmillətli sülhməramlı qüvvələrin
təhlükəsizliyinin təminatı;
III. Bütün tərəflərlə razılaşdırılmaqla,
Abxaziyanın və Dağlıq Qarabağın yüksək
muxtariyyət statusu;
IV. Qaçqın və məcburi köçkünlərin geri qayıtmaq
hüququ və insan hüquqlarına uyğun olaraq onlara yenidən
vətəndaşlıq hüququnun verilməsi.
1 iyun – Həmsədrlər münaqişənin
həlli ilə bağlı kompleks plan təklif etdilər.
Təklifin başlıca ideyası iki əsas məsələ
ilə bağlı paralel danışıqların aparılmasından
ibarət idi: işğal olunmuş ərazilərdən silahlı
qüvvələrin çıxarılması və Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsi. Bu
plandan imtina edən Ermənistandan fərqli olaraq, Azərbaycan
təklifi bəzi istisnalarla qəbul etdi.
19 sentyabr –Həmsədrlər münaqişənin
“mərhələli” həlli planını təqdim
etdilər. Bu plan münaqişənin ikimərhələli
həllini əks etdirirdi: birinci mərhələdə - Laçın
istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətindən kənarda yerləşən altı rayondan
silahlı qüvvələrin çıxarılması, yerli
əhalinin geri qaytarılması və münaqişə
ərazisində əsas kommunikasiya əlaqələrinin
bərpa edilməsi; ikinci mərhələdə - Laçın
və Şuşanın, eləcə də Dağlıq Qarabağın
statusunun müəyyən edilməsi;
10 oktyabr – Strasburqda Azərbaycan və Ermənistan
prezidentlərinin münaqişənin mərhələli həlli
planını dəstəkləyən birgə
bəyannaməsi.
L.Ter-Petrosian özünün “Müharibə və sülh”
məqaləsində münaqişənin mərhələli
həllinin əhəmiyyətini qeyd etdi. Sonradan, o,
siyasi-hərbi dairələrin təzyiqi altında istefa
verməyə məcbur oldu. Baş nazir R.Koçaryan (Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin sakini və
vəzifəyə seçilməzdən əvvəl separatçı
rejimin lideri) ölkədə Prezident səlahiyyətlərini icra
etməyə başladı. Onun prezident seçkilərində
qələbəsindən sonra Ermənistanın münaqişənin
həllində mövqeyi daha dolaşıq oldu.
1997-2002-ci illər ərzində ATƏT-in Minsk Qrupunun tam
tərkibdə heç bir görüşü keçirilmədi.
1998
Aprel-may – Ermənistan ölkənin keçmiş Prezidentinin münaqişənin
mərhələli həllinə verdiyi razılığı
rəsmən rədd etdi.
9 noyabr – Həmsədrlər münaqişənin həlli
ilə bağlı “ümumi dövlət” adlı yeni plan
irəli sürdülər. Bu təklif beynəlxalq hüquq normaları
və prinsipləri, eləcə də milli qanunvericiliklə
ziddiyyət təşkil etdiyi üçün Azərbaycan tərəfi
ondan imtina etdi. Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində
aparılan danışıqların həmsədrlərin münaqişənin
mərhələli həlli barədə keçmiş təklifi
əsasında yeniləşdirilməsinə hazır olduğunu
bildirdi.
1999-2002
Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa
danışıqlar. İndiyədək onlar arasında
20-dən çox görüş olub. Hələ ki, bir nəticə
əldə edilməyib.
2002
8 mart – Sülh prosesində irəliləyiş əldə
etmək məqsədi ilə həmsədrlər münaqişənin
həlli barədə aparılan danışıqlarda iştirak
etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin
xüsusi nümayəndələrinin təyin olunmasını
təklif etdilər. İl ərzində xüsusi nümayəndələr
üç dəfə görüşdülər – may və iyun aylarında
iki dəfə Praqada və noyabr ayında bir dəfə Vyanada.
12 iyun - Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq
Komitəsinin yekun sənədində AB münaqişənin sülh
yolu ilə həllinə əsaslanaraq Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiyini bir daha
təsdiqlədi.
2 avqust – AB Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin
keçirilməsini pislədi.
2003
23 yanvar – Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda
geniştərkibli bürosu münaqişənin sülh yolu ilə
həlli məqsədi ilə Azərbaycan və Ermənistan
tərəfindən götürülmüş öhdəliklərin icrası
ilə bağlı xüsusi iclas keçirdi.
30 yanvar – Avropa Şurasının Baş katibi Ermənistan
Prezidenti Koçaryanın “Ermənistanla Azərbaycan arasında
etnik ziddiyyət” barədə son bəyanatı ilə bağlı
öz təəssüf hissini ifadə etdi. Avropa tarixinin qara
səhifələrini xatırladan V Şvimmer
Ermənistanda fevralın 19-na planlaşdırılan prezident seçkiləri
barədə qeyd etdi ki, burada heç vaxt yaxşı seçki
strategiyası olmayıb.
19 fevral – 5 mart – Ermənistanda prezident seçkiləri.
R.Koçaryan artıq ikinci dəfə Ermənistan Respublikasının
prezidenti seçildi. ATƏT-in İnsan Hüquqları və Demokratik
Təsisatlar İnstitutundan və Avropa Şurasının
Parlament Assambleyasından olan müşahidəçilər
bildirdilər ki, seçkilərdə ciddi qanun pozuntuları aşkarlanıb.
19 iyun – Ermənistanın koalisiya höküməti dördillik
fəaliyyət planını parlamentə təqdim etdi. Bu
proqramın “Müdafiə və təhlükəsizlik” bölməsində
bildirilirdi ki, ötən illərdə olduğu kimi, hökümət
Dağlıq Qarabağ probleminin sülh danışıqları
əsasında həllinə, “Arsax” (Dağlıq Qarabağ)
əhalisinin öz müqəddaratını təyin etmək hüququnun
beynəlxalq səviyyədə tanınmasına və “Dağlıq
Qarabağ Respublikası” əhalisinin təhlükəsizlik
təminatına ümid edir. “Dağlıq Qarabağ Respublikası”nın
Azərbaycana birləşdirilməsinin mümkünlüyü istisna
edilirdi.
Proqramın təqdim edilməsi zamanı Ermənistanın Baş
naziri A.Markaryan Ermənistanla Azərbaycan arasında mövcud münaqişədən
danışarkən bildirdi: “Qarabağ Azərbaycanın
ərazisi ola bilməz, Ermənistanla ümumi sərhəd təşkil
etməlidir və Qarabağ ermənilərinin öz müqəddaratını
təyin etmək hüququ dünya tərəfindən tanınmalıdır”.
19 avqust – ATƏT Sədrinin şəxsi nümayəndələrinin
Azərbaycanın Tovuz rayonunun Ermənistanla
həmsərhəd ərazilərində keçirilən monitorinqi
zamanı Ermənistan tərəfi atəşkəs rejimini
yenidən pozdu və nəticədə monitorinq prosesi
dərhal dayandırıldı. Təəssüf ki, ATƏT
Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu faktı
öz məruzəsində qeyd etməkdən imtina etdi.
Sentyabr – ATƏT-in Minsk Qrupunun Rusiya tərəfindən
həmsədri N.Qribkov Y.Merzlyakovla əvəz edildi. Bölgəyə
səfəri zamanı o, 3-5 sentyabrda Azərbaycan
rəsmləri ilə bir neçə görüş keçirdi.
15 oktyabr – Azərbaycanda Prezident seçkiləri.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
11 dekabr –Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ermənistanlı həmkarı ilə
Cenevrədə ilk görüşü.
2004
16 aprel – Praqada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı
ilə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü.
28-30 aprel – Varşavada Azərbaycan və Ermənistan
Prezidentlərinin görüşü.
12-13 may – Strasburqda ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin iştirakı ilə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin görüşü.
21 iyun – Praqada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı
ilə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü.
28-29 iyun – İstanbulda Türkiyənin xarici işlər naziri
Abdullah Gülün iştirakı ilə Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin görüşü.
3-12 avqust – Azərbaycan Respublikasının işğal olunmuş
ərazilərində Ermənistan silahlı qüvvələri
tərəfindən hərbi təlimlərin keçirilməsi.
Azərbaycanın Xarici İşlər Nazirliyi öz bəyanatında
beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı
ki, bu hərbi təlimlərin keçirilməsi faktı
Ermənistanın Azərbaycan Respublikasına qarşı
təcavüzünü və ərazilərin işğalını sübut
edən daha bir aydın dəlildir.
8 avqust – Azərbaycanın işğal olunmuş
ərazilərində erməni separatçı rejiminin
rəhbərləri tərəfindən yerli özünüidarə
orqanlarına seçkilərin keçirilməsi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
bəyanatında qeyd olunurdu ki, bu cür “seçkilər” qanuniliyi
özündə əks etdirmədiyi, təcavüzün, işğalın
davam etdiyi, eləcə də, Dağlıq Qarabağ
əhalisinin azərbaycanlılardan ibarət üçdə bir
hissəsinin zorla qovulduğu bir şəraitdə keçirildiyinə
görə beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının milli qanunvericiliyinə tamamilə ziddir.
30 avqust - Praqada ATƏT-in Minsk Qrupu həmsədrlərinin
iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü.
15 sentyabr – Astanada MDB sammiti çərçivəsində
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü.
Ermənistan Prezidenti Robert Koçaryan xarici işlər
nazirlərinin keçmiş dörd görüşünün
nəticələrini daha aydın təhlil etməyə
ehtiyac olduğu üçün Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin növbəti Praqa görüşünün təxirə salınmasını
(25 Oktyabr, 2004) xahiş etdi.
14 oktyabr – “Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət” adlı əlavə
maddənin BMT Baş Məclisinin əlli doqquzuncu iclasının
gündəliyinə daxil edilməsi barədə Azərbaycanın
müraciəti.
29 oktyabr – Baş Komitənin tövsiyəsinə müvafiq olaraq,
BMT-nin Baş Məclisi “Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət” adlı əlavə
maddəni iclasın gündəliyinə daxil etməyi qərara
aldı. Qərar qəbul edilərkən 43 dövlət lehinə,
1 dövlət (Ermənistan) əleyhinə səs verdi, 99 dövlət
bitərəf qaldı.
|