Patrik O’Braynın hekayələri 80 il sonra nəşrə hazırlanır
26.11
10:31
Görünən dağın bələdçiyə ehtiyacı yoxdur...
26.11
10:25
Möcüzə kimi
26.11
10:15
Qocanın uyuduğu təpə
26.11
10:10
Paris, Passi məzarlığı və Toğrul Nərimanbəyov haqqında düşüncələr
25.11
15:38
“National Book Award” Fil Kleyə verildi
24.11
17:09
“Amazon” “İlin kitabı” mükafatının qalibini açıqladı
24.11
13:34
Britaniyanın son beş ildə ən çox qazanan yazarı - 10 milyon funtluq gəlir
24.11
13:28
Cəmiyyətin yaralarını qələmə almış sosiofob yazıçı
24.11
13:06
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...
24.11
13:02
Musiqili Teatrda “Toya bir gün qalmış”
24.11
12:57
Anar uzun fasilədən sonra povest yazdı
24.11
12:51
Müasir ədəbiyyat
24.11
12:44
Tənhalaşma faciəsi...
24.11
12:35
«Əl ətək tutmayınca, sən dərviş olmazsan…»
24.11
12:32
QÜRUR: MƏNLİK, YOXSA MƏNƏM-MƏNƏMLİK?
21.11
14:05
Mayk Nikols dünyasını dəyişdi
21.11
13:39
Ancelina Coli təqaüdə çıxır
21.11
13:07
Mehman Musabəyli: “Teatr öz tamaşaçıları üçün mənəvi məhkəmə də ola bilər, estetik zövq mənbəyi də...”
21.11
12:58
Vüqar Hacıyev: “Böyük rolların ifaçısı olmaq hədəfə çatmaq deyil”
21.11
12:54
Yovan Çirilov vəfat etdi...
20.11
14:12
İÇDƏ BARIŞ, ÇÖLDƏ BARIŞ
19.11
15:09
SƏTTAR BƏHLULZADƏ – 105
19.11
13:52
Məmməd İsmayıl - 75
19.11
13:19
Nelli Kornienko: “Tənqid mənim son zamanlar imtina etmək istədiyim sənətlərimdən biridir”
18.11
14:00
“Ya gir, Ya çıx, vaxt itirmə”
18.11
13:46
İmprovizasiya-köhnə və yeni
18.11
13:35
Yazıçı olmaq istəyənlər üçün məsləhətlər
18.11
13:28
YALTAQ - PROTOTİP BƏDNİYYƏTDİR
18.11
13:17
Tarix sən həmişə mənimləsən deyir
18.11
13:02
“Yoldayam gəlirəm, Niyar…”
17.11
13:07
Conatan Franzen məsləhət görür
16.11
13:05
“Dilan Tomasın itmiş gündəliyi onun yaradıcılığına işıq sala bilər”
16.11
12:48
Sara Jio İstanbul Kitab Sərgisinə qatılmadı
16.11
12:21
Şeir düşüncə şəbəkəsidir, bir sətrdən ibarət fikir ipi deyil
16.11
12:13
Yazıçı İzabel Allend Prezident Azadlıq Mükafatına layiq görüldü
16.11
12:04
Yeni hekayə üçün ideya tapmağın 5 üsulu
14.11
12:49
Lemoni Sniketin satış rekordu göstərən əsəri ekranlaşdırılır
14.11
12:42
Meşak Asare Uşaq ədəbiyyatı üzrə Neustadt Mükafatının qalibi oldu
14.11
12:32
Avropa Birliyinin Ədəbiyyat Mükafatını necə qazanmaq olar?
03.11
19:44
Detektiv janrı: reallıqlar və prespektivlər
03.11
19:42
SƏBİR – möminin əsl dinamizminin adıdır II yazı
03.11
19:28
Səksəninci payızın mübarək, Oqtay Rza!
03.11
19:23
Savaş açmalıyıq həqarətlərə
03.11
19:17
«Yazıya həvəsim xəstəlik dərəcəsinə çatmışdı»
03.11
19:13
SİLİNDRİN GÜCÜ VƏ GÜCSÜZLÜYÜ
03.11
19:10
“Məktəb və teatr”
30.10
12:16
Con Qrişam üzr istədi
30.10
12:07
Frank Kottrel Boys: “Məcburi kitab analizləri uşaqları qiraət həvəsini öldürür”
25.10
15:31
«Yazı masası arxasında vaxt öldürməyi çox sevirəm»
25.10
15:26
“O birilər kimisən...”
digər xəbərlər
Mahir redaktor, tanınmış şair - Musa Ələkbərli
Tarix: 18.01.2014 | Saat: 14:03:00 | E-mail | Çapa göndər

Rövşən Yerfi
İddiasızlar...

Musa Ələkbərli... Bu ad ilk dəfə yaddaşımda tələbə vaxtlarımda ən çox sevdiyim kitabxananın dəhlizindəki ədəbiyyat dərnəyi haqqındakı elandan qalmışdı. Həvəslənib elandakı tədbirlərin birinə də gəlmişdim. Mülayim xasiyyətli, mehriban, sadə bir insan olan Musa müəllimi yaxından birinci dəfə o zaman görmüşdüm. Amma düzünü deyim, sonra növbəti tədbirlərə getmədim. Günahkarı özüm idim, artıq anlayırdım ki, məndən yaxşı şair alınmayacaq. Onun kimi istedadlı bir şairi tanımağım elə bil bu fikrimi daha da yəqinləşdirmişdi.

Gədəbəy rayonunda doğulan şair əmək fəaliyyətinə Sumqayıt şəhərindəki Boru-Prokat zavodunda fəhləliklə başlamışdır. O, 1974-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra iyimi ilə yaxın “Gənclik” nəşriyyatında çalışmışdır. Nəşriyyatda əvvəlcə redaktor, sonra isə böyük redaktor işləmiş, mindən çox kitabın redaktoru, onlarla kitabın tərtibçisi, həmin kitablarda gedən ön sözlərin müəllifi olmuşdur. Bu illər ərzində nəşriyyat sahəsində və ədəbi ictimaiyyətdə ən mahir redaktorlardan biri sayılmışdır.

Musa müəllim gənc ədəbi qüvvələrin yetişməsində də həvəslə xidmət göstərmiş, Sabir adına Bakı mərkəzi şəhər kitabxanasının nəzdində yaradılan “Pərvanə” ədəbi birliyinə beş ildən çox rəhbərlik etmişdir.

Musa Ələkbərli ədəbi fəaliyyətə 1964-cü ildə Gədəbəy rayon qəzetində çıxan “Ürəkdən soruş” qoşması ilə başlamışdır. Tələbəlik illərindən dövrü mətbuatda müntəzəm çıxış etmişdir. 1977-ci ildə isə “Məndən şeir istə” adlı ilk kitabı çap olunmuşdur:

Tanrım məni başdan yarat,
Qoy gedim təzədən gəlim.
Gəl bu dəfə daşdan yarat,
Qoy gedim təzədən gəlim.

Şeirləri türk, rus, ukrayna, tacik, türkmən, belorus, özbək, qırğız və sair dillərə tərcümə edilmişdir. Şeirlərlə yanaşı poemalar yazan şairin “Mübarizlik dərsi” adlanan son poeması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunub.

Musa Ələkbərli “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Sevgi bulağı”, “Gözümdə ağlayan bulud”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”, “Mən sevgi görməmişəm” adlı bir çox kitabların müəllifidir:

Ehtiyac, mənimlə əkiz doğuldun,
Yer var ki, doğmayıq, yer var ki, yadıq.
Göz açdım, könlümə, gözümə doldun,
Nə könlü, nə gözü doyuranmadıq...

Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi kimi Musa Ələkbərli 1976-cı ildə Aşqabadda, 1977-ci ildə isə Düşənbədə keçirilən Ümumittifaq poeziya festivallarının iştirakçısı olmuş, respublikamızın gənc, ədəbi qüvvələrini ləyaqətlə təmsil etmişdir. O, 2001-ci ildə “Azərbaycan” jurnalında dərc olunan şeirlərinə görə ilin poeziya mükafatına – İsa İsmayılzadə adına mükafata layiq görülmüşdür. Hazırda “Şur” nəşriyyatının direktoru işləyən Musa müəllim uzun illərdir yorulmaz fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin tərəqqisinə xidmət edir:

İçimdə boğsam sözümü,
Döyüküb döysəm gözümü,
Bu bazardan, bu alverdən
Məmnun saysam mən özümü,
Bu yerə də yer eləyər,
Göylər məni bağışlamaz!

Dağlarda böyüyüb boya-başa çatmış şair mənalı, gözəl şeirləri ilə poeziyamıza dağ havasını, bulaq saflığını gətirmişdir. Bu şeirlərə ürəkdən gələn sadəliyini və səmimiyyətini hopdurmuşdur. Qocalığının gəncliyini yaşayan, mehriban insan, istedadlı qələm sahibi Musa Ələkbərli şübhəsiz, hələ bundan sonra da əzm və qürurla, çağlayan ilhamla sənət uğurlarını dəyərli oxucuları ilə bölüşəcəkdir.
Xəbər 622 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

24.11.2014
«Əl ətək tutmayınca, sən dərviş olmazsan…»
19.11.2014
Məmməd İsmayıl - 75
16.11.2014
Şeir düşüncə şəbəkəsidir, bir sətrdən ibarət fikir ipi deyil
03.11.2014
Səksəninci payızın mübarək, Oqtay Rza!
25.10.2014
“O birilər kimisən...”


26.11.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info