Şəxsiyyətlərimizi bizə tanıdanları tanıyırıqmı yaxud
01.09
16:02
“Azərbaycan şeirinin işığında”
01.09
13:07
Amerikan ədəbiyyatının yeni üzü
01.09
13:00
Səslərdən sözlərə, sözlərdən şeirə, şeirdən poeziyaya
01.09
12:56
BƏXTİYAR VAHABZADƏ FENOMENLİYİ (Esse)
01.09
12:52
“Struqa şeir axşamları”
31.07
16:34
Sizi qınayıram, həmkarlarım!
30.07
14:09
Problemli “teatr”ın problematik müzakirəsi...
30.07
14:06
Azər Mirzəyevin qismət payı
30.07
12:06
“Dərdlərimin dünyasına dəyməyin...”
30.07
11:55
Son Məktub
30.07
11:33
Onu mütləq oxumaq məsləhətdi
30.07
11:23
Ömrünü əbəs yaşamadı
30.07
11:10
“Onu tapdığımdan xoşbəxt idim”
19.07
15:47
Yanaşma tərzinin Rəşad Məcid nümunəsi
19.07
15:44
İstedad + zəhmət = ...
19.07
15:39
Feyzbukda... (çağdaş satira)
19.07
15:37
Əslində necə yazmalı?
19.07
15:32
«Ən yaxşısı irəliyə baxmaqdır…»
19.07
15:28
Biz hamımız tarixin labirintindəyik
19.07
15:25
«Arazbarı» İranda
19.07
15:23
Teatrda PR işinin təşkili
19.07
15:20
Hansı teatrın mətbuat xidməti bu mövsüm daha yaxşı çalışıb? - sorğu
19.07
15:16
İRƏVANDA XAL QALMADI...
15.07
17:10
«Ədəbiyyatın qarşılığı - oxucu rəğbətidir!»
14.07
12:46
Qarabağ şeirləri - 2013-cü ilin şeirləri əsasında
14.07
12:43
Azadlığın yolu ədəbiyyatdan keçir
14.07
12:38
Dost sözü
14.07
11:52
Roman yazmaq xətrinə uzun əhvalatlar danışmaq istəmirəm
14.07
11:47
Qaranlığın və əzabın sərhədlərini ədəbiyyatla cızmış yazıçı
14.07
11:40
«O sirrə dəymə...»
05.07
11:02
Qadın oyunları
05.07
11:00
“Misis və mister cəsəd” “YUĞ”da
05.07
10:57
Musiqili Teatrın kollektivi Elçin Həmidovun məzarını ziyarət etdi
05.07
10:52
Dil… Dil… Dil…
05.07
10:50
Yuxu... çin yuxu... son yuxu...
05.07
10:48
“Dəvətsiz müsafir”
05.07
10:33
NAKAM ÖMRÜN SÖZ ÇİÇƏYİ
05.07
10:25
Əsəd Cahangirin “Namaz” poemasında “neqativ”
05.07
10:15
Elis Munronun rəqibi
05.07
10:12
«Ədəbiyyat insanı unudulmağa qoymur»
28.06
12:44
«Bu gün ən uğurlu model fikir və hadisə ədəbiyyatının sintezi ola bilər»
28.06
12:16
Şair Zeynal Vəfa haqqında bir neçə söz
28.06
12:08
“İRƏLİ GETMƏYƏ TƏPƏRİ” OLAN ŞAİR
28.06
12:01
Şərqdən Qərbə baxış
28.06
11:54
Absurd teatrın real qəhrəmanları
28.06
11:51
«Maydanda qan axıdılan kimi mən şeir yazdım»
23.06
16:16
“Getdikcə çoxalır heçlik”
23.06
16:11
Yazıçı olmaq istəyirsənsə, ölkəni tərk etməlisən
21.06
14:01
“BİR GÜNƏŞ GÖRMÜŞDÜM BU GECƏ...”
21.06
13:58
Bu, Çingiz Əlioğludur …
digər xəbərlər
Altmış bir ilin qonağı
Tarix: 28.09.2013 | Saat: 11:17:00 | E-mail | Çapa göndər

İsi Məlikzadə…
Müasir ədəbiyyat

Azərbaycan bədii nəsrinin XX əsrdə yetirdiyi görkəmli söz ustalarından biri…

Ədəbiyyatda heç kimə bənzəməyən, özünəməxsus fərdi deyim tərzi, yolu və üslubu olan bir sənətkar…

Gözəl hekayələr müəllifi…müasir Azərbaycan povestinin yaradıcılarından biri…

Bədii nəsrində ən doğru həqiqətləri sənət dililə ifadə edən, XX əsr Azərbaycan ziyalısının, kəndlisinin obrazlarını yaradan ustad nasir…

Neçə bədii filmin ssenari müəllifi…

Və nəhayət, heç vaxt xatirələrdən silinməyən, yaddaşlarda yaşayan əziz dost, gözəl insan.

35 illik bir yaradıcılıq yolu keçdi İsi. Onu şəxsən tanımayanlar, maddi və mənəvi qayğılarından xəbərsiz olanlar üçün xoşbəxt sənətkar idi. Bu təsəvvürü İsi Məlikzadə öz zəngin yaradıcılığı, sözünün qədr - qiymətiylə qazanmışdı. Ancaq bu xoşbəxt sənətkar İsi Məlikzadə 35 ildə heç də rahat və firəvan, mənəvi itkilərsiz yaşamayıb. Tay - tuşları, hətta ondan cavanlar fəxri adlar, təltiflər içində üzüblər, o isə başını aşağı salıb yazıçı - əkinçi ömrünü yaşayıb. Əslində, həyatın, yaşayışın mənası, yazıçı ömrünün mahiyyəti kimsədən pay ummamaq, zəmanə adlanan qara divlə üz - üzə gəlmək, bu amansız mübarizədə "mən bir həqiqətəm, heç deyiləm" məramını təsdiq etmək deyilmi? İsi Məlikzadə bu mübarizədən qalib çıxdı…

Təsadüf elə gətirib ki, mən İsi Məlikzadənin yaradıcılığı ilə bağlı bir neçə məqalə yazmışam, onunla müsahibə aparmışam, eyni redaksiyada - "Azərbaycan" jurnalında işləmişəm. Yalnız hekayə və povestlərindən tanıdığım və sevdiyim İsi Məlikzadə ilə ünsiyyətim məndə belə bir fikir yaradıb ki, İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar arasında necə də bir doğmalıq var. Sanki o, öz ömrünün ayrı - ayrı aylarını, illərini obrazlarına paylayıb. İsi bütün əsərlərində özünü yaradıb. Ancaq eyni zamanda, o qəhrəmanların hər biri də öz ömrünü yaşayıb. "İki günün qonağı"ndakı mühəndis İslam sanki İsinin özüdür, "Quyu"da, "Yaşıl gecə"də, "Günəşli payız"da, "Dədə palıd"da, "Gümüşgöl əfsanəsi"ndə də təsvir olunan qəhrəmanlar İsinin mənəvi dünyasından güc almışlar.

Əgər biz keçən əsrin 50-90-cı illər Azərbaycan mənəvi mühitini, Azərbaycan ziyalısının və kəndlisinin həyat və məişətini, duyğular aləmini daha yaxından izləmək istəsək, heç şübhəsiz, İsi Məlikzadənin bədii nəsri və bu nəsrin qəhrəmanları əlimizdən tutacaq, ən yaxın bələdçimiz olacaq. Mənim İsi ilə ünsiyyətim, birgə işlədiyimiz illərdə onunla bu və ya digər dərəcədə təmasım onu həm də bir insan kimi tanımağa, duymağa kömək elədi. Və mən baxıb gördüm ki, İsi özü bir insan kimi hər hansı bir əsərin baş qəhrəmanı ola bilər.

Bu BAŞ QƏHRƏMAN Ağcabədidə dünyaya göz açmışdı. Atası Abbas kişi çox baməzə adam imiş. İsidəki o lətifə damarı, baməzəlik, adamı qəşş edincəyə qədər güldürmək məharəti ona qandan keçmişdi. O, ixtisasına görə neft - qaz mühəndisi idi, mədəndə operator, yerüstü avadanlıq ustası, mühəndis işləmişdi. Ancaq özü də hiss eləmişdi ki, onu başqa bir aləm cəlb edir və 1966 - cı ildən taleyini ədəbiyyata bağlamışdı. Heç bir filoloji təhsili olmayan İsinin ilk hekayəsi çap olunanda (1960) 26 yaşı vardı. Ədəbiyyat aləmində kimsə onu tanımırdı. "Baxmadı getdi" adlı ilk hekayəsində o, bir oğlanla bir qızın görüşünü təsvir etmişdi. Elə hekayənin adından onun süjeti də məlum olur. O hekayəni İsi "Azərbaycan gəncləri" qəzetinə vermişdi və ona demişdilər ki, hekayən sabah qəzetdə çıxacaq, qəzet köşkünə gedib ala bilərsən. İsi sevinirdi və uçmağa qanadı yox idi. Səhərə qədər yata bilməyən İsi səhər sevinc içində, ayaqları titrəyə - titrəyə köşkə getmişdi…Amma hekayəsini qəzetdə görə bilməmişdi. Bu minvalla düz altı ay gözləmişdi… hekayə çap olundu, amma İsi Məlikzadə yox, İsi Məmmədzadə imzası ilə…

Ədəbi mühitdə onun ilk tanıdığı şəxslər Fərman Kərimzadə, Əlibala Hacızadə və Vasif Nəsiboğlu olub. O zaman redaksiyalara getməyə utanırdı, fikirləşirdi ki, adlarını eşitdiyi və pərəstiş etdiyi Mehdi Hüseyni, Mirzə İbrahimovu, Əbulhəsəni, İlyas Əfəndiyevi görsə, harada qaçıb gizlənəcək. O illərdə ədəbi mühitdə "qocalarla" "cavanlar" arasında əsl hədd - hüdud var idi, ağsaqqalın qədr - qiyməti uca tutulurdu. İndiki kimi deyildi. Bir dəfə İsi düz iki saat bulvarda Süleyman Rəhimovu seyr etmişdi, onun dənizə necə baxmasına, aralı durub gəzişməsinə heyran - heyran tamaşa etmişdi.

El arasında belə bir söz var: "Yetimə yiyə duran çox olar". İsinin ilk yazılarının çapında Sabir Əhmədlinin, Salam Qədirzadənin, Əliağa Kürçaylının böyük köməyi olmuşdu. Amma o vaxtlar yazıya ciddi yanaşırdılar, hər cızmaqaraçını çap eləmirdilər və görünür, bu ağcabədili balasında istedadı hiss eləmişdilər ki, ona qahmar durdular.

İsinin mənsub olduğu ədəbi nəsil o dövrün (60-cı illərin) gənc yazarları hesab edilirdi. Yazmaq, çap olunmaq heç də asan, maneəsiz deyildi. Axı canlı klassiklər yaşayırdı - Azərbaycan sovet nəsrinin təməlini yaradan Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı. Digər tərəfdən, artıq yaradıcılığının bəhrəli çağlarını yaşayan İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, Bayram Bayramov kimi tanınmış yazıçılar vardı. Bu iki ədəbi nəslin əhatəsində sadəcə olaraq başqa bir yol yox idi, ya gərək onları təqlid edəydin, ya da öz yolunu müəyyənləşdirəydin.

Və ikisinin mənsub olduğu ədəbi nəsil birinci yolu yox, ikinci yolu tutdu.

***

Ədəbiyyatda, xüsusilə bədii nəsrdə yeni meyllər və tendensiyalar diqqəti cəlb edirdi. Bütünlükdə ədəbiyyatın özü yeniləşməyə başlayırdı və bu mərhələni bütün ədəbi nəsillər yaradırdı. Diqqət yetirsək, görəcəyik ki, Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev kimi "baniyi - kar"ların yaradıcılığı da əvvəlki yazdıqlarından fərqlənirdi, ilk povestləri 50-ci illərdə çap edilən və ədəbi aləmdə elə bir reaksiya doğurmayan İsa Hüseynov tamam başqa bir yazıçı olmuşdu, İsmayıl Şıxlı, Sabir Əhmədli yeniliyi vaxtında duymuşdurlar. Anar, Elçin, M. İbrahimbəyov, İ.Məlikzadə, S.Süleymanov, F. Kərimzadə, S.Azəri kimi gənc nasirlər isə birbaşa fərqli, özünəməxsus ədəbi düşüncə nümayiş etdirirdilər.

Bədii nəsrdə əvvəlki illərdən fərqli olaraq insanın mənəvi - əxlaqi dünyasının təsvirinə meyl və maraq artmışdı, şəxsiyyət başlanğıcı, ədəbi qəhrəmanın hərtərəfli (həm müsbət, həm də mənfi) təsvirinə meyl, onu bütün mürəkkəbliyi ilə canlandırmaq səyi getdikcə aparıcı xəttə çevrilirdi. Bir janr kimi roman - vüsətli, epik roman xətti tədricən öz yerini yığcam povest janrına təhvil verirdi. 60-70-ci illər Azərbaycan nəsri üçün bu mənada povestin çiçəklənməsi mərhələsi oldu. Lakin ən başlıcası bu idi ki, ədəbiyyatda reallıq, həyat həqiqətinin təsviri üstünlük təşkil edirdi.


***
İ.Bexer məqalələrinin birində yazırdı: "Yeni incəsənət heç vaxt yeni formalardan başlamır, həmişə yeni insanla doğulur".

İsi Məlikzadə və onun mənsub olduğu "altmışıncılar" ədəbi nəsli ədəbiyyata məhz yeni qəhrəman tipini gətirdilər.

***
"Evin kişisi" povestində İsi Məlikzadə adi bir insanı - sıravi milis işçisi Qaçayın həyatını təsvir edir. Qaçay öz hərəkətləri və davranışı ilə sovet ədəbiyyatının "müsbət qəhrəmanı" tipi ilə heç cür uyuşa bilməz. Çünki o, mənfiliklərə qarşı mübarizə apara biləcək qəhrəman səviyyəsində deyil. Hətta Qaçay "müsbət qəhrəman"a xas olmayan avam və sadəlövh düşüncə tərzilə gülüş də doğurur.

Rəisi Qaçayı ironiya ilə "Koroğlu" adlandırır, lakin Qaçay nəinki Koroğlu, heç onun dəlilərindən də deyil. Amma Qaçay daxilən saf və təmiz insandır. O, kiminsə qarşısında əyilir, sınır, amma bu təmizlik onu tərk etmir. Məsələ burasındadır ki, Qaçay tipli insanlar ədəbiyyatın qəhrəmanı olmamışdılar. Onlar adi həyat tərzi, gün - güzəran ağırlığı, maddi və mənəvi qayğıları ədəbiyyatın predmetinə çevrilməmişdi. Təsadüfi deyil ki, "Evin kişisi" çap olunandan sonra bəzi tənqidçilər "bu necə qəhrəmandır? bu qəhrəman niyə passivdir?" deyə haray qopardılar. Lakin unudulurdu ki, ədəbi qəhrəmanın tipləri müxtəlif ola bilər və Qaçay kimi insanlar isə həyatda, reallıqda mövcuddurlar. İsi Məlikzadə isə süni şəkildə Qaçaya "müsbət qəhrəman" pasportu, "mübarizlik" vəsiqəsi bəxş etməmişdir.

Lakin əlbəttə, İsi Məlikzadənin yaratdığı ədəbi qəhrəmanların heç də hamısı Qaçaya oxşamır. Qaçay sadəcə olaraq sadə, təmiz və mənəviyyatlı insanların bir nümunəsidir. Bu qəhrəmanların hamısının qarşısında istisnasız və tərəddüd eləmədən "işıqlı" sözünü bədii təyin kimi işlətmək mümkündür. Lakin İsi Məlikzadənin təsvir etdiyi bu işıqlı insanların hər birinin öz fərdi dünyası, mənəvi aləmi var. Və İsi Məlikzadə hər bir qəhrəmanı təsvir edəndə özünəməxsus bədii boyalar, təravətli ifadə vasitələri tapa bilmişdir.

İsi Məlikzadənin təsvir etdiyi KƏND keçən əsrin 60-90-cı illərindəki Azərbaycan kəndidir.

İsi bu kəndi yaxşı tanıyırdı və yaxşı tanıdığı üçün də özündən heç nə uydurmurdu. O, kəndi ideallaşdırmırdı, özündən əvvəlki yazıçılardan fərqli olaraq bu kəndin ordenli - medallı, şöhrətli qəhrəmanlarından söz açmırdı (onsuz da bu mövzuda onlarla əsərlər yazılmışdı). İsi bu kəndin ağrı-acılarından, mənəvi baxımdan ekoloji tənəzzülündən, kənddə yaşayan insanların müxtəlif qayğılarından danışırdı. Bu baxımdan onun üç povestini xatırlatmaq kifayətdir: "Quyu", "Yaşıl gecə" və "Dədə palıd".

Elçin Əfəndiyev "Quyu" müəllifinə məktub göndərmişdi və həmin məktubda yazırdı ki: "Bu məktubun əsas səbəbi Sizin "qazdığınız" "Quyu"dur və lap əvvəldən deyim ki, yaxşı "quyu" qazmısınız, suyunun "mət kimi şipşirin, göz yaşı kimi dumduru" olması barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii psixoloji mənada gələcəyin daha dərin "Quyu"larından xəbər verir, Sizin yaradıcılığınızdakı inkişafı, bədii - estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir". Elçin Əfəndiyev həmin məqaləsində İ.Məlikzadənin "bədii cəhətdən dürüst və aktual" yaratdığı ayrı-ayrı obrazlardan söz açır və bu povesti İsi Məlikzadə yaradıcılığında irəliyə doğru böyük addım hesab edirdi.

"Quyu"da İ.Məlikzadə yetmişinci illər Azərbaycan kəndinin mənəvi - əxlaqi mənzərəsini əks etdirirdi. Əlbəttə, demək olmaz ki, bu mənzərə tam və bütöv idi, amma tam və bütöv olmasa da, real idi, inandırıcı idi, yalan deyildi. İsinin təsvir etdiyi insanlar - Umud, Məcid kişi, kolxoz sədri Xalıq, onun arvadı Əsli, qızı Solmaz, qoca anası və bu ailəyə məhrəm olan Piri bir obraz kimi son dərəcə təbii idilər - bütün müsbət insani keyfiyyətləri və qüsurları ilə birgə. Quyu sözünün özü də simvolik, rəmzi bir məna daşıyırdı və oxucu əsil quyu qazanlarla QUYU QAZANLARI seçib fərqləndirə bilirdi..

İ. Məlikzadənin "Yaşıl gecə" povestindəki Qərib də eyni yolu seçir. Fərq burasındadır ki, Umud üçün yol açıqdır - o, artıq özünü dərk edib, bundan sonra həyatda özünü bir şəxsiyyət kimi təsdiq etməyə çalışacaq. Qərib isə o dünyalıqdır, mənən saf və təmiz olan bu insanın fiziki qüvvəsi tükəndi. "Dədə palıd"dakı Nurcabbar isə təbiət aşaqidir. Lakin təbiətə bu vurğunluğu təkcə heyranlıqla bağlamaq doğru olmazdı, burada həm də rəmzi - simvolik bir çalar var. Nurcabbar təbiətlə insan harmoniyasının pozulduğunu, insanın təbiətə qəsd etdiyini böyük ürək ağrısı ilə dastana, nağıla çevirir: "Quruyacaq Dədə palıd, ayaq üstə can verəcək…" İsinin bu povestində bir haray var - təsadüfi deyil ki, Dədə palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk edir.

Doxsanıncı illərdə İsi Məlikzadə "Qırmızı şeytan" povestini yazdı. Bu povestdə İsi Məlikzadə illərdən bəri içində püskürən qəzəb və etirazını, yaşadığı cəmiyyətdən narazılığını bədii sözlə ifadə etdi. Onun qəhrəmanı Səməndər 20 Yanvar gecəsi şəhid olur.

***
Və 90-cı illərdə İsi Məlikzadə müstəqilliyin bəhrəsini gördü. Amma… öz yazıçı təbiətinə sadiq qaldı - kapitalizmin özü ilə gətirdiyi mənəvi, ictimai, iqtisadi qüsurlara da kəskin etirazını bildirdi. O illərdə İsi Məlikzadə deyirdi: "Mənim fikrimcə, nə olur-olsun, hansı partiya, hansı siyasi xadim hakimiyyətə gəlirsə-gəlsin, mədəniyyət, sənət biganəliklə üzləşməməlidir. On-on beş ilə əvvəl hər hansı bir şəxs fəxrnən deyərdi ki, mənim filan şair qohumum var, indi isə adamlar yazıçılarla, şairlərlə yox, biznesmen, tacir, kommersant qohumları ilə fəxr edirlər.

Ədəbiyyat hər bir dövrdə insan üçün təkcə estetik zövq, mənəvi qida mənbəyi olmayıb, həm də xalqın sözlə yaradılan tarixidir. Lakin doxsanıncı illərdə mənzərə dəyişmişdi: sənət, bədii söz arxa plana keçib, mənəviyyatda dərin bir çat əmələ gəlmişdi. Müharibənin doğurduğu əhval-ruhiyyə, gün-güzəranın pisləşməsi, əhalinin təbəqələşməsi, Azərbaycanın qaçqın-köçkün ölkəsinə çevrilməsi, soyumaq bilməyən hakimiyyət ehtirasları… bütün bunlar dəhşətli bir xaos yaratmışdı.. Ədəbiyyat kimsəyə lazım deyildi, adamlar povest ya roman oxumaq halında deyillər, onları gündəlik ruzi daha çox düşündürürdü. .İsi onda müsahibələrinin birində belə söyləyirdi:

"… Mənim atam deyərdi ki, vallah, oğul, biz Allahın qəzəbinə gəlmişik, bizim axırımız pis qurtaracaq. Kişi düz deyirdi, çünki bilirdim ki, daha belə yaşamaq olmaz, bu cür yaşayış - bir-birimizi aldatmağımız, kələklə, hiyləylə ömür sürməyimiz, hər sahədə "pripiska", total rüşvətxorluq, kökümüzü danmağımız bizə baha başa gələcək.

…Mən döyüş bölgələrində və onlara yaxın olan rayonlarda çox olmuşam. Orada olanda özümü daha rahat hiss edirəm, çünki hər şey gözlərimin qarşısında baş verir. Yanan evlərində, qaçan adamları da, talan olmuş kəndləri də, Laçından, Xocalıdan, Kəlbəcərdən, Ağdamdan gələnləri də görürəm, bu faciə ürəyimdən keçir. Bəli, sevinirdim ki, Qarabağdayam, bu səbəbdən rahat idim. Sonra Bakıya gələndə gördüm ki, Qarabağla çox az maraqlanırlar, çoxu öz alveriylə məşğuldur.

Ancaq mən heç vaxt ümidimi itirməmişəm. Həmişə düşünürəm ki, ola bilməz ki, bu xalq basılsın. Gücümüz də, enerjimiz də, mənəvi qüvvəmiz də, igid oğullarımız da kifayət qədərdir…"

…İsi Məlikzadə - görkəmli Azərbaycan yazıçısı, gözəl povestlər müəllifi bu ümid və inamla da dünyadan köçdü. Ancaq dünyadan köçən onun cismi oldu, İsi Məlikzadənin yaratdığı SÖZ DÜNYASI yaşayır. İsi Məlikzadənin əsl ömrü o SÖZün ömrü qədərdi.

Vaqif Yusifli,
filologiya elmləri doktoru

Xəbər 578 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

01.09.2014
Amerikan ədəbiyyatının yeni üzü
30.07.2014
Onu mütləq oxumaq məsləhətdi
19.07.2014
«Ən yaxşısı irəliyə baxmaqdır…»
14.07.2014
Qaranlığın və əzabın sərhədlərini ədəbiyyatla cızmış yazıçı
05.07.2014
Elis Munronun rəqibi


02.09.2014
Tipi Ədə. Adı AZN
CHF 1 İsveçrə frankı 0.8209
EUR 1 Avro 0.9859
GEL 1 Gürcü larisi 0.4759
IRR 100 İran rialı 0.0064
USD 1 ABŞ dolları 0.7854
GBP 1 İngilis funt sterlinqi 1.2421
KWD 1 Küveyt dinarı 2.7847
TRY 1 Türk lirəsi 0.4341
SEK 1 İsveç kronu 0.1184
        © Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info