Özünü hələ də balaca uşaq kimi hiss edən model - Fotolar
Gözəlliyi və
cazibədarlığı ilə Türkiyə mətbuatının, eləcə də qonşu ölkənin şou-biznesinin ən
çox müzakirə olunan nümayəndələrindən biri də tanınmış model-aparıcı Çağla
Şikeldir. Son dönəmdə gündəmin əsas simalarından biri olan model Türkiyə
mətbuatına müsahibə verib. Tanınmış model müsahibəsindən keçmiş sevgisindən
tutmuş uşaqlarına, yeni layihələrindən, bu günə qədər əldə etdiyi təcrübələrinə
qədər bir çox məsələlərə aydınlıq gətirib.Qeyd edək ki, modelin Azərbaycanda da kifayət qədər pərəstişkarı var.
O, 1996-cı ildə "Odessia” adlı filmdə
rol alıb. 1997-ci ildə "Miss Turkey” yarışmasında birinci olub. Daha
sonra "Miss Worl” gözəllik yarışmasında dünya dördüncüsü olub, "Avropa gözəli” mükafatına
layiq görülüb.Aktrisa kimi isə 2004-cü ildə
"Cennet mahallesi”, 2008-ci ildə isə "Görgüsüzler” serialında baş rola çəkilib.
Hazırda moda ustası həm də aparıcı kimi fəaliyyət göstərir.
- Çağla xanım, söhbətimizə sizin "Youtube”da kanal
açmağınızla başlamaq istəyirəm. Nə üçün belə bir qərara gəlibsiniz?
- Zaman-zaman evdə
uşaqlarımla videolar çəkirdim. Övladlarımla etdiyim layihələrin insanların da
marağına səbəb olacağını düşündüm. Elə hesab edirdim ki, sanki uşaqlarımızla
birgə bir kanalımız var idi və biz orada çəkilirdik. Gördüm ki, əlimdə bir çox
videolar var və bunları paylaşsam çox gözəl olacaq. Bu barədə çox düşünürdüm. Və bir gün Fəridə Ediyin yanına gəlib belə bir kanal
açmaq istədiyimi dedim. O gündən etibarən kanalımız fəaliyyətə başladı.
- Artıq neçə
müddətdir bu proqram davam edir?
- 4 ayımız tamam
oldu. Bu kanalı açdıqdan sonra insanlar
tərəfindən gözəl reaksiyalar gördüm. Açığını deyim ki, mən bu qədərini
gözləmirdim. Hətta, məni bu layihəm sayəsində də tanıyan gənc qızlar var.
- Türkiyənin tanınmış
kişi ifaçısı Alişanla birlikdə bir layihəyə imza atdınız. İstərdik bu layihə
barədə bizə məlumat verəsiniz.
- Bu imzanı
yayın ilk həftəsində atdıq. Bu il Alişanla birlikdə maraqlı bir serialda rol
alacam. Serialda məhəllə uşaqlarını canlandıracağıq.
- Qurban bayramında ailə üzvlərinizin, qohumlarınızın
ziyarətinə gedirsiniz, yoxsa tətil edirsiniz?
- Biz valideynik.
Uşaqlarımız da bizi görüb, örnək götürərək böyüyürlər. Onun üçün də düşünürəm
ki, hər zaman böyükləri ziyarət etmək, bayramı onlarla birlikdə keçirmək mənə
daha uyğun olar. Biz böyüklərimizdən belə görmüşük. Uşaqlar bizim
gələcəyimizdir. Bu gələcəyi itirməmək üçün ailə olaraq əlimizdən gələni edirik.
- Ümumiyyətlə, unutmadığınız, yadınızda qalan hər
hansı bir bayram xatirəniz varmı?
- Uşaq olanda anam
Qurban bayramı ərəfəsində mənə qırmızı ayaqqabı almışdı. O ayaqqabını sevərək
geyinirdim. Ancaq anam onu geyinməyə mənə icazə vermirdi. Anam bayramda aldığı
yeni paltarları sadəcə, bayramdan-bayrama geyinməyimizə icazə verirdi.
- Hazırda 38 yaşındasınız. Özünüzü bu yaşda
görürsünüzmü?
- Mənə elə gəlir
ki, hələ də balaca uşağam və tədricən böyüyürəm. Mənim ruhumun yaşı çox
kiçikdir. Uşaqlarla oturub 10 saat oynaya bilirəmsə, demək ki, ruhumun yaşı da
kiçikdir. Bundan başqa, həyata qarşı hər hansı həyəcan hissi keçirmək də
gözəldir. Bu hissi itirmədiyim müddətcə, çox xoşbəxtəm. Əvvəllər yaşıma görə
kompleks hissi keçirirdim. 35 yaşımda bu kompleksdən xilas oldum.
- Məşhur olmaq sizə
nə verdi?
- Məşhur olmaq mənə daha çox pul qazanmaq və dünyaya
açılmaq şansı tanıdı.
- Əgər seçim etmək lazım olarsa karyeranızı, yoxsa
ana olmağı seçərsiniz?
- Mənim üçün hər
ikisi çox önəmlidir. Əgər karyeram olmasa, uşaqlarımı necə dolandırar, onlara
nə təqdim edərəm?
- Başqa bir iş görsəydiniz hansı sənətlə məşğul
olardınız?
- Ofisiantlıqla
məşğul ola bilərdim. Bu sənəti çox sevirəm. İnanıram ki, bu sənətlə də xoşbəxt
olardım. İstənilən maddi durumda yorğanıma görə ayağımı uzatmağı bacarıram. Mən
anadangəlmə məşhur olmamışam. İndiyə qədər necə yaşadığımı və bu sənətə necə
gəldiyimi də çox yaxşı xatırlayıram. Həyatda sadəcə, bacarığımla, etdiklərimlə
və edəcəklərimlə varam.
- Atanızı itirdikdən
sonra həyatınızda nələr dəyişdi?
- Atam mənim ideallarımdan biri idi. Atamı dualarımda yaşadıram.
- Heç öz cənazənizi
təsəvvür edibsiniz?
- Xüsusilə
oturub bu xəyalı qurmamışam və ya bu haqda düşünməmişəm. Amma bir dəfə sanki
mənim ölümüm mənə bəyan oldu. Hər şey gözlərimin qarşısında canlandı. Sanki hər
kəs ağlayırdı. Bu çox gözəl idi və ruhum dincəlirdi. O zamana qədər ölümdən çox
qorxurdum. Bu travmanı yaşamağımın əsas səbəbi isə keçmiş həyat yoldaşımın
anasının vəfatı ilə bağlı idi. Qayınanamın və atamın ölümü çox ani oldu.
- Qısqanc
qadınsınızmı?
- Hərdən çox narahat bir qadın olduğumu düşünürəm.
- Keçmiş həyat yoldaşınızı, Türkiyənin
tanınmış ifaçısı Emre beyi çox qısqanırdınız?
- Əlbəttə, qısqanırdım. Çünki onu çox sevirdim.
Hələ də Emreni sevirəm, amma sizin bildiyiniz mənada deyil.
- Gələcəkdə Emre beyin həyatındakı qadınla
uşaqlarınızın səmimi görüntülərini görsəniz qısqanarsınızmı?
- Emrenin
uşaqlarının anasına hörməti çox böyükdür. Mənim də ona hörmətim sonsuzdur. Bir
ailə tablosu olaraq uşaqlarımın həmin şəkillərini "İnstagram”da paylaşmaz.
Çünki o, düşünəcək ki, bu şəkil məni incidə bilər.
- Çağla aşiq olanda
necə birinə çevrilir?
- Bu aralar aşiq
olmağı özümə çox da tövsiyə etmirəm. Çünki bir əlim gərək uşaqlarımın çiynində
olsun. Hər şeyin bir zamanı var.
Tərcümə etdi: Xəyalə Rəis