• cümə axşamı, 25 aprel, 03:18
  • Baku Bakı 19°C

Özümüzü qorumalıyıq ki, bütünlükdə xalqımızı qorumuş ola bilək

14.05.20 11:45 1005
Özümüzü qorumalıyıq ki, bütünlükdə xalqımızı qorumuş ola bilək
Sevimli həmvətənlərim, əziz xalqımız, bu günlərdə gərgin həyat rejimi ilə üz-üzə dayandığımız bir həqiqətdir. Bu həqiqəti dərk edən hər kəs sabahımızın reallıqları barədə düşünməyi özünə borc hesab etməlidir. Ölkə rəhbərimiz, xalqımızın mənafeyi naminə əlindən gələn heç bir qayğını və diqqəti xalqımızdan əsirgəmir. Bu yolda bizlərin də üzərinə düşən bütün həlli mümkün olan və olmayan məsələlərdə ölkə Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək borcumuzu bir an belə unutmamalı, bu fəlsəfəni bütün varlığımız və idrakımızla dərk etməli, irəlidəki günlərdə bizi qarşılayacaq gözlənilən və gözlənilməz olan hər bir labirintdən uğurla çıxmamız üçün dövlətimizin siyasətinə ruhən bağlı şəkildə dəstək olmağa, bu istiqamətdə iradəli olmağa çalışmalıyıq.
Bu fikirləriAZƏRTAC-a Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev söyləyib.
Bildirib ki, hər birimiz öz sahəmizdə dövlət başçısının etimadlarını vicdan məsələsi kimi qəbul etməli və doğrultmalı, aparılan islahatlara öz töhfələrimizi verməliyik: "Pandemiya bəlasından sonrakı yeni dövrün ilk başlanğıcından etibarən, səmərəli və çevik dinamika ilə həyatımızı davam etdirmək üçün təfəkkürümüzü yeniləməliyik. Biz sənət xadimlərinin üzərinə düşən məsələlərdə ilk növbədə, önümüzdə mayak kimi parlayan və bizi işıqlı gələcəyə aparmaq üçün gecəsini gündüzünə qatan ölkə rəhbərimizə sədaqətimizi bütün varlığımız və ruhumuzla isbat etməliyik. Bizə göstərilən münasibətlərə qarşı bizim xəyanət etməyə ixtiyarımız yoxdur. Sənətimizlə, sənətkarlığımızla vətənimizə, dövlətimizə, xalqımıza, ölkə rəhbərimizin tutduğu yolda, üzərimizə düşən işlərlə səmərəli olmağa çalışmalıyıq. Hər kəs öz sahəsində aktuallıq göstərməli, novatorcasına çalışmalıdır. Görülən tədbirlərə qarşı diqqətli olmaqla, özümüzü qorumalıyıq ki, bütünlükdə xalqımızı qorumuş ola bilək. Hazırkı mənzərə göstərir ki, aparılan uğurlu işlər öz nəticəsini tədricən verməyə başlayıb. Biz isə bu ağır günlərdən sonrakı həyatımızı düşünməliyik. Bütün ruhumuz və idrakımızla yenilənməliyik. Yeni ruhla, yeni tələblərə çevik reaksiya verməklə və dinamikamızı getdikcə gücləndirməklə, dünyanın ritmindən geridə qalmamalıyıq. Bunun üçün də, bir an belə, birliyimizi, bütövlüyümüzü səngitməməliyik. Onsuz da biz elə bir gücə, birliyə malik qüvvə qazanmışıq ki, kənardan əsən yellər bizim səmtimizi dəyişdirə bilməz. Bizim əbədiliyimiz sarsılmaz birliyimizdədir”.
banner

Oxşar Xəbərlər