• şənbə, 20 Aprel, 00:27
  • Baku Bakı 15°C

Özü barədə məlumat verməyən elektron ticarətçilərin və təchizatçıların fəaliyyəti qadağan edilir

14.12.16 19:09 795
Özü barədə məlumat verməyən elektron ticarətçilərin və təchizatçıların fəaliyyəti qadağan edilir
Azərbaycanda özü ilə bağlı məlumatlar barədə alıcıya və səlahiyyətli dövləti orqanına tanış olmaq imkanı yaratmayan elektron ticarət həyata keçirənlərin (satıcılar) və təchizatçıların fəaliyyəti ölkədə məhdudlaşdırılacaq.APA-nın məlumatına görə, bununla bağlı "Elektron ticarət haqqında” qanuna əlavələr təklif edilir.
Qanunun 5-ci (Elektron ticarətin iştirakçılarına olan tələblər) maddəsinə əlavə edilən 7-ci bəndə görə, satıcı özü barəsində bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatları alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun ölkə ərazisində fəaliyyəti məhdudlaşdırılacaq.
Xatırladaq ki, qanunun 5.3-cü (Satıcı (təchizatçı) özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır) maddəsində tələb olunan məlumatlar aşağıdakılardır:
5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;
5.3.2. əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);
5.3.3. satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);
5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;
5.3.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.6. malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər