• çərşənbə, 24 Aprel, 11:45
  • Baku Bakı 13°C

Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa olunmalıdır”

29.09.16 19:23 1057
Ziyafət Əsgərov: “Qarabağ münaqişəsi ilə bağlı ədalət ABŞ-ın dəstəyi ilə bərpa olunmalıdır”
Milli Məclissədrinin birinci müaviniZiyafət ƏsgərovBakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Z. Əsgərov bildirib ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri ABŞ olub.
O qeyd edib ki, bu gün Azərbaycan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdır: "ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Hazırda Azərbaycan öz tolerantlığı ilə seçilən ölkələrdəndir. Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar – pravoslavlar və katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur.BMTTəhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır”.

Z. Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyiXocalısoyqırımı barədə də məlumat verilib. Görüşdə ABŞ qanunvericilərini maraqlandıran suallara aydınlıq gətirilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər